Sizin Reklam Burada

COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər

COVID peyvəndi qan laxtalanmasınaQlobal biofarmasevtik şirkəti "AstraZeneca" ilk dəfə etiraf edib ki, onun COVID peyvəndi nadir yan təsirə - trombositopeniya sindromu ilə tromboza səbəb ola bilər.

Bu barədə B.Britaniyanın “The Telegraph” qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin izah etdiyi kimi, Oksford Universiteti ilə birgə hazırladığı peyvəndin xəstələrə ciddi zərər vurduğu və hətta ölümlə nəticələndiyi üçün şirkətə qarşı qrup davası açılıb.

“Peyvənd çox nadir hallarda trombositopeniya sindromu (TTS) ilə tromboza səbəb ola bilər. Bunun səbəbləri məlum deyil”, – qəzet məhkəməyə təqdim ediləm sənəddən sitat gətirib.

Nəşrin məlumatına görə, London Ali Məhkəməsində 51 iddia qaldırılıb, zərərçəkənlər və onların yaxınları təqribən 125 milyon dollar məbləğində təzminat tələb edir.

Qəzet izah edir ki, trombositopeniya sindromu ilə tromboz qan laxtalarının əmələ gəlməsinə və trombositlərin sayının azalmasına səbəb olur. (unikal)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər