Sizin Reklam Burada

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”Könül İsmayılova: “Məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir”

“Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir”.

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatla bağlı açıqlamasında bildirib.

K.İsmayılova qeyd edib ki, Qırğızıstan Prezidentinin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir:

“Bütün bunlar türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafında nümunəyə çevrilir. Cənab İlham Əliyev ölkələrimizin qarşılıqlı fəaliyyətinin gündəliyinin kifayət qədər geniş olduğunu deyərkən imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcəyinə əminliyini ifadə etdi. Prezidentlərin bundan öncəki qarşılıqlı səfər və görüşlərini nəzərə alsaq görərik ki, bu görüşlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş isə qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir”.

Azərbaycanla Qırğızıstan arasında yaranan uğurlu dövlətçilik münasibətlərinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan K.İsmayılova qeyd edib ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf edib:

“Görünən budur ki, ümummilli liderin əsasını qoyduğu Azərbaycan-Qırğızıstan dostluq əlaqələri Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. Hər il davamlı qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşdirilməsinə doğru irəliləyir. Bütün bunlar onu deməyə əsas verir ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf edib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər