Sizin Reklam Burada

Məşhur pediatr özünü güllələdi - Rəsmi

Məşhur pediatr özünü güllələdi - RəsmiPediatriya İnstitutunun keçmiş direktoru, tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, o, yaşadığı mənzildə özünü güllələyib.

Digər təfərrüat hələ ki, məlum deyil.

Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub.1965-ci ildə kənd 8 illik məktəbini, 1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini, 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

O, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti vəzifələrində çalışıb. Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir.

Ailəli idi, 3 övladı var.

***

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş veşmə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər