Turan Uyğarlığı Təşkilatı erməni təxribatları ilə bağlı bəyanat verdiUfuk Kamal: “Bu prosesi lehimizə çevirməliyik”

“İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumu bölgədə atəşkəsin pozulmasına, gərginliyin artmasına səbəb olub. Bir millət, iki dövlət prinsipi ilə hərəkət edən Türkiyə ilə Azərbaycan arasında daha sıx birlik yaranıb. Ermənilərin xain hücumundan sonra daha güclü, konkret addımların atılacağı, əlaqələrin daha da gücləndiriləcəyi qarşıya konkret məqsəd olaraq qoyulub”.

Bu fikirlər Turan Uyğarlığı Təşkilatının Türkiyə mediasında yer alan bəyanatında qeyd olunub. Təşkilat sədri Dərviş Rəcəb var bildirib ki, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın ifadə ettiyi kimi Ermənistan bu təcavüzün altında boğulacaq: “Birləşmiş Millətlər Təşkilatının və bir çox beynəlxalq təşkilatlar Ermənistanı işğalçi olaraq qabul edib və Azərbaycan torpaqlarını erməni silahlı qvvələrinin dərhal tərk etmələrini bəyan etsə də bu qərarlar indiyə qədər diqqətə alınmayıb. Tam əksinə, təcavüz gettikcə artıb. Tovuz olaylarında həyatını itirən şəhidlərimizin qanları yerdə qalmayacaq. “Türkün Türkdən yaxşı dostu ola bilmaz” anlayışını ağılla həyata keçirəcəyik. Zamanı gələndə bu birliyimizdən doğan gücümüzün zalımlar üzərində təsirini görəcəkləri gün uzaqda deyil. Azərbaycandakı şəhidlərimizə Allahdan rəhmət, uca millətimizə səbr və əzm diləyir, Turan sədası, Qarabağ sevdası Türkün unudulmaz andı olduğunu bütün ictimaiyyətə sayqı ilə bəyan edirik”.

Təşkilat funksioneri Ufuk Kamal isə dedi ki, Ermənistan Tovuzda törətdiyi təxribatların cəzasını çəkəcək: “Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli mövqe sərgiləməsi qürurvericidir. Biz Turan Uyğarlığı Təşkilatı olaraq dövlət başçılarımızın birlik mesajından son dərəcə məmnunuq və onların arxasındayıq. Bu düşmənə göz dağı verməklə yanaşı, eyni zamanda həm ölkələrimizin daxilində, həm də qürbətdə yaşayan soydaşlarımıza stimul verir. Biz bütün cəbhələrdə düşməni məğlub edəcəyimizə əminik. Bir daha bəyan edirik ki, böyük millətin fərdləri olaraq savaşa tam hazırıq və bizim qarşımızda heç bir güc dayana bilməz. Onu da nəzərinizə çatdırım ki, Turan Uyğarlığı Təşkilatının 1000 üzvü bizə rəsmi müraciət edərək Qarabağda savaşmağa hazır olduğunu bildirib”.

Ufuk Kamal erməni diasporunun Avropada və dünyanın müxtəlif ölkələrində soydaşlarımıza qarşı törətdiyi təxribatlara, vandal hərəkətlərə də toxunub: “Təbii ki, ermənilərə istənilən formada cavab vermək gücümüz var. Ermənilər dünyanın heç bir yerində, o cümlədən Avropada bizim qarşımızda dayana, duruş gətirə bilməzlər. Los Ancelesdə, Brüsseldə və digər yerlərdəki təxribatlar və təxribatlara cəhdlər planlı olaraq həyata keçirilir. Bizim onları əzməyimiz bizim deyil, onların işinə yarayacaq. Biz emosional qərar verməməli, son dərəcə ağılla hərəkət etməli və bu prosesi lehimizə çevirməliyik. Bunun üçün fürsət yaranıb. Şükür ki, artıq diaspor təşkilatrımızın əksəriyyəti bunu təxribat olduğunu anladı və prosesi ağıllı şəkildə yönləndirəcəklərinə ümidliyəm”.
Virusdan sağalan Bəhram Bağırzadənin xəstəxanadan FOTOsuDünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır - müəllim, hakim və həkim.

Avrasiya.net-in məlumatına görə, bu sözləri əməkdar artist Bəhram Bağırzadə bildirib.

O, qeyd edib ki, bu sözləri 2000 il əvvəl dünyanın ən böyük filosoflarından biri Sokrat demişdi. "Gəncliyimdə Azərbaycanın gözəl müəllimlərindən bilik əldə etməmdə bəxtim gətirib. Onların bir çoxu taleyimdə çox böyük rol oynadı və mənim dostlarım oldu...Şükürlər olsun ki, hakimlərlə ünsiyyət qurmaq mənə nəsib olmayıb, amma təsəvvür edə bilərəm ki, onların çiyninə nə qədər böyük məsuliyyət düşür...Tibbə qaldıqda isə, məhz həkimlər bizə dünyaya gəlməyimizdə kömək edir və həyatımız boyu bizi müşayiət edir.

Əksər insanlar kimi mən də vaxtaşırı həkimlərə müraciət edirdim, amma 2020-ci ilin yayı, koronavirusla xəstələndiyim dövr mənim üçün əsl sınaq oldu və həkimlər olmasaydı, heç vaxt bunun öhdəsindən gəlməzdim...Müalicəmdə iştirak edən bütün həkimlərə təşəkkürümü bildirmək üçün hansı sözləri istifadə edə biləcəyimi də bilmirəm. Ancaq ən səmimi minnətdarlığımı xəstəliyin inkişafında ən kritik anda məni qəbul edən və günlərlə həyatım üçün mübarizə aparan Mərkəzi Gömrük Xəstəxanasının rəhbərliyinə bildirirəm!

Xəstəxana həkimlərinə sonsuz minnətdaram! Səkkiz saat xüsusi geyimdə olmaq, ən ağır xəstələr üçün daim məsləhətləşmələr aparmaq, vacib qərarlar qəbul etmək və həyatlarını qurtarmaq üçün bir çox tədbirlər görməklə həyatlarını təhlükə altına qoymaq üçün necə də böyük cəsarət və biliklərə sahib olmaq lazımdır, çünki virus heç kimə rəhm etmir! Sizə dərin təşəkkürümü bildirirəm - reanimatoloqlar, yoluxucu xəstəliklər üzrə mütəxəssislər, kardioloqlar, fizioterapevtlər! Hər biriniz özünüzə zərbə götürür və müəyyən bir orqanın müalicəsi ilə məşğul olursunuz və hamınız birlikdə görünməz bir düşməni məğlub edərək şəfa möcüzəsi edirsiniz!

Ayrıca, kiçik tibb işçilərinə böyük bir təşəkkür edirəm. Bu gözəl insanlar bütün sutka boyu xəstələrin yanındadırlar və istisnasız olaraq bütün xəstələri öz yaxınlarına olduğu kimi münasibət göstərirlər. Sənin kim olduğun, müəyyən xidmətlərin olduğun və ya adi bir insan olmağının onlar üçün fərqi yoxdur. Onların fədakar işlərinin əsas məqsədi xəstələrə ən çətin müalicənin bütün mərhələlərini mümkün qədər ağrısız keçməyə kömək etməkdir. Həkimlərin göstərişlərinin yerinə yetirməkdə əsas yükü çiyinlərində daşıyan məhz kiçik tibb işçiləridir.

Mərkəzi Gömrük Xəstəxanasının bütün işçiləri əsl Qəhrəmanlardır! Pandemiya günlərində Xəstəxana koronavirusla mübarizədə ölkənin əsas dayaq məntəqəsinə çevrildi. Müalicəm zamanı Rusiya, Böyük Britaniya və Kubadan gəlmiş və xəstəxananın dəqiq, yaxşı əlaqələndirilmiş, yüksək peşəkar işinə heyrətlənən böyük tibbi heyətlərini gördüm. Dünyanın ən yaxşı memarlıq dizaynına əsasən inşa edilən binada ən müasir tibbi avadanlıqlar var ki, bunun sayəsində azərbaycanlı həkimlərimiz unikal cərrahi əməliyyat və mürəkkəb xəstəliklərin müalicəsini həyata keçirirlər. Allahın köməkliyi ilə çox yaxında vətəndaşlarımız sağlamlıqlarını yaxşılaşdırmaq üçün başqa ölkələrə getməli olmayacaqlar.

Mərkəzi Gömrük Xəstəxanası bundan sonra Azərbaycan təbabətinə sağlam və düzgün iş ritmini verəcək ölkənin tibbi ürəyinə çevrilmişdir. Bu da xəstəxana rəhbərliyinin böyük əməyinin bəhrəsidir! Görkəmli sovet fiziki Sergey Kapitsa demişdir: "Rəhbərlik etmək yaxşı insanların işləməsinə qarışmamaqdır." Müdrik rəhbərliyi işçilərinin hər birinin yüksək peşəkarlığını artırmağa imkan verən unikal strategiya seçən xəstəxananın işinin əsasını məhz bu prinsip təşkil edir!

Mən həmişə tibbə dərin hörmət bəsləmişəm, çünki həkim biliyə, fədakarlığa və həyatımızın ən çətin anlarında ağrılarımızın bir hissəsini bölüşmək və öz üzərinə götürmək və xəstəliklərimizə şəfa vermək üçün böyük istəyə malik olan insan ruhunun inkişafının ən yüksək səviyyəsidir. Qarşınızda baş əyirəm, qiymətsiz Azərbaycan Qəhrəmanları!
Xalqıma lazımi dəstəyi verəcəm - Lotu QuliMən öz xalqımın yanındayam və hər yerdə xalqıma dəstək verəcəm.

Avrasiya.net Yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı oğru Nadir Səlifov (Lotu Quli) bildirib. O, bu fikirləri azərbaycanlıların müxtəlif ölkələrdə ermənilərin hücumlarına məruz qalması kontekstində yazıb.

Nadir Səlifov əlavə edib ki, azərbaycanlılara Rusiya və digər ölkələrdə lazımı dəstəyi verəcək.

Qeyd edək ki, Ermənistanın 12 iyulda Tovuz istiqamətində törətdiyi hərbi təxribatdan sonra xaricdəki ermənilər müxtəlif ölkələrdə azərbaycanlılara qarşı hücumlar təşki etməyə başlayıb. Bu hücumlar ABŞ-ın Los-Anceles şəhərində və Belçikanın paytaxtı Brüsseldə görünməmiş zorakılıqla müşayiət olunub. Hazırda bu məsələ dünyanın gündəmindədir. Ermənilərin əməlləri pislənilsə də, onların yeni hücumlar planlaşdırdıqları barədə xəbərlər var.
Ölüm yatağında olan həkimin son şeiri ürək sızlatdıDünən koronavirus səbəbilə dünyasını dəyişən həkim Xasay Bayramovun son şeiri izləyiciləri kədərləndirib.

Avrasiya.net xəbər verir ki, Bayramov şeiri ölümündən bir neçə gün əvvəl yazıb. O, şeirdə çəkdiyi ağrılardan, düşdüyü əziyyətli vəziyyətdən söz açıb. Həkim şeiri “Facebook” səhifəsində yayımlayıb:

Bir yerim olsaydı, küsüb gedərdim,

Köpəyoğluyam e, qayıtsam geri.

Ay, Ay, işığını nərdivan eylə,

Çək məni yanına, ağlat bu yeri.

Bunun çayına da, dənizinə də,

Suyuna, qumuna, pişiyinə də,

Lap məsçidinə də, kilsəsinə də,

İsasına da,

Musanın əsasına da

Saqqalısına da, kosasına da,

Əlvida deyibən şüa içində,

Qızdırma içində çıxıb gedirəm,

Amma bir ev var ki, pəncərəsindən,

Xəlvətçə o evə baxıb gedirəm.

Görmək istəmirəm sifətimi də

Şəklimi versələr, cırıb ataram.

Ağrıdır canımı, ev-eşik yastıq,
Başımı buluda qoyub yataram.

Şeir xasiyyətimi unutdum daha,

Bu gündən qələmi tuturam topa.

Hər şey uydurulub oğul, qız, nəvə,

Hər şey uydurulub ana və ata.

Durub məndən ötrü ağlayan qadın,

Həyatın ən qəddar təşbehi sənsən.

Görən kim uydurub sənin ərinəm,

Görən kim uydurub sən sevgilimsən?

Şeir də yalandı, kağız yanırsa,

Yaddaş pozulursa, səslər sönürsə.

Dünyanın sonuncu adamı gəlib,

Gözün görə-görə bax e ölürsə...

Guya ki, deyirlər oğlumsan mənim,

Nə sənə atayam, nə də qızıma.

Ürəyimdən çıxan bu son şerimi,

Atıram küçədə itin ağzına.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Xasay Bayramov COVİD-19 virusuna yoluxub. Vəziyyəti ağırlaşdığından mərhum həkim süni tənəffüs aparatına qoşulubmuş.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanda 4 gün iş olmayacaqQurban Bayramı münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.

Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bildirib ki, Qurban bayramı ilə bağlı müvafiq tədbir planı hazırlanır.

Onun sözlərinə görə, bu bayram digərlərindən fərqli olacaq. Ona görə də xüsusi tədbir planı hazırlanır.
Əhmədzadənin koronadan ölən kürəkəni İstanbulda dəfn edildiDaxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov dünyasını dəyişib.

Avrasiya.net Yeniçağ.az-a istinadən xəbər verir ki, İlham Rəcəbov bir neçə gün əvvəl müalicə üçün Türkiyəyə aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Rəis müavini təxminən bir ay əvvəl koronovirusa yoluxmuşdu. Müalicəsi Azərbaycanda davam etsə də vəziyyəti pisləşdiyi üçün Türkiyəyə aparılmışdı.

Xatırladaq ki, İlham Rəcəbov təxminən bir il əvvəl Baş Dövlət Yol Polisi İdarəsində rəis müavini təyin olunmuşdu. Daha əvvəl isə Texniki şöbənin rəisi vəzifəsində çalışırdı.

Onu da bildirək ki, polkovnik İlham Rəcəbov Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin kürəkəni idi.

Qeyd edək ki, polkovnik İlham Rəcəbov Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin kürəkəni idi və Türkiyədə dəfn edilib.
Ermənilərin Tovuzdakı itkiləri: ölənlər və yaralılar – Siyahıİyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribatı nəticəsində baş verən məlum hadisələr və Azərbaycan Ordusunun ağır cavab zərbələri ilə çoxsaylı erməni hərbçinin öldüyü artıq bəllidir.

Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərinin sayını və adını hələ də gizlətməkdədir.

Sfera.az isə erməni mediasına istinadla ölən və yaralanan erməni hərbçilərinin bəzilərinin adını ümumiləşdirib:

1. Mayor Qaruş Ambartsumyan

2. Kapitan Sos Elbakyan

3. Artur Avakyan (kiçik zabit)

4. Norik Biriyan (zabit)

(Digər sıravi əsgərlər və ya çavuşlar)

5. Maxlamyan

6. Aramayis Hakobyan

7. Arman Sianosyan

8. Tatul Koçaryan

9. Smbat Qabrielyan

10. Pavel Abrahamyan

11. Karamyan

12. Kalaşyan

13. Kazaryan

14. Qrişa Matevosyan

15. Arsen

16. Artur Muradyan

17. Suren Vardanyan

18. Marqaryan

19. K.Sadskalyan

20. Hovsep Martirosyan

21. Alik Manukyan

Yaralı hərbçilər

1. Mxitar Vardazaryan (kiçik zabit)

2. A.Babayan (zabit)

3. Hayrapetyan

4. Sasun Dallakyan

5. Xaratyan

6. Sarkisyan

7. Udumyan

8. Hayrapetyan
Prezident yeni təhsil naziri təyin etdi - SərəncamPrezident İlham Əliyev E.E.Əmrullayevin Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

"Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilsin".

Qeyd edək ki, E.Əmrullayev bu günə qədər nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Daha bir erməni əsgər məhv edildiDaha bir erməni hərbçi ölüb.

Publika.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Hərbçinin Azərbaycan Ordusunun snayper atəşi nəticəsində məhv edildiyi bildirilib.

Məlumata görə, hadisə ölkənin şimal-şərq sərhədlərində baş verib.
"Azərbaycan beynəlxalq müstəvidə böyük bir gücə çevrilib"Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov gündəmdə olan aktual məsələlərlə bağlı AzPolitika.info-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Sadiq müəllim, xeyli müddətdir paytaxtda və bir sıra şəhərlərdə sərətləşdirilmiş karantin rejimi davam etsə də, koronavirusa yoluxanların sayı hələ də yüksək olaraq qalır. Bunu Azərbaycanda pandemiya ilə mübarizənin keyfiyyətli təşkil edilməməsi ilə bağlamaq olarmı?

- Əlbəttə, xeyr. Yeni növ koronavirus - COVID-19 infeksiyası, sözün əsl mənasında, bəşəriyyətin bəlasına çevrilib. Yer kürəsinin 213 ölkə və bölgəsində tüğyan edən COVID-19-un yayılmasının qarşısının alınması, virusun təsirinin azaldılması məqsədilə bütün ölkələrdə lazımi addımlar atılsa da, hələki infeksiyanı tam ram etmək mümkün olmayıb. İnkişaf etmiş ölkələrin səhiyyə sisteminin belə aciz qaldığı dönəmdə Azərbaycan koronavirusla mübarizəyə qətiyyətlə atıldı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini nəzərə alaraq, xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl hökumət onun ciddiliyini anladı və dünyada öz sərhədlərini, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən biri oldu. Ölkədə qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Nəticədə, Azərbaycan COVID-19-la mübarizəni uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasında yer aldı.

COVID-19 virusunun vətənimizdə qarşısının alınması istiqamətində görülən tədbirlər əhalinin sağlamlığına və təhlükəsizliyinə hesablanıb. Maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi, yeni laboratoriyaların təcili olaraq alınıb ölkəmizə gətirilməsi və quraşdırılması koronavirusla mübarizəyə inanılmaz töhfə oldu. Karantin dövrü ərzində pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən göstərilən maddi və sosial yardımlar bu xüsusda əhəmiyyətli rol oynadı. Hazırda da bu tədbirlər davam etdirilir.

İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib: “Bu çətin pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Onu da bildirməliyəm ki, Azərbaycan bu siyahıda yoxdur, biz öz hesabımıza yaşayırıq. Neftin qiyməti kəskin aşağı düşür, buna baxmayaraq, biz bu işləri görürük. Budur siyasət”.

Yəni Azərbaycan dünyanın pandemiya dövründə xarici maliyyə dəstəyinə ehtiyacı olmayan ölkələrindən biridir. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Bunda həm 2014-2016-cı illərdə əldə edilmiş təcrübə böyük rol oynayır, həm ötən müddət ərzində iqtisadiyyatdakı uğurlar əhəmiyyət daşıyır, həm də 2 il öncə, yəni 2018-ci ilin ikinci yarısından başlanılan islahatlar mühüm təsirə malikdir.

Dünyanın digər pandemiya ilə mübarizə aparan ölkələrindən fərqli olaraq dövlətimiz həm pandemiya ilə mübarizə aparır, həm də dövlət milyon yarımdan çox işçinin əmək haqqının əsas hissəsini ödəməyi öz üzərinə götürür, 600 mindən çox aztəminatlı vətəndaşına ayda 190 manat birdəfəlik ödəmə həyata keçirir, ünvanlı sosial yardım alan ailələrin sayını 80 minə çatdırır, 600 minə yaxın işçiyə orta aylıq 712 manat civarında pul ödəyir, heç bir sosial proqramın təxirə salınmayacağını xalqın qarşısında bəyan edir, şəhid ailələri və məcburi köçkünlərə tək bu il 8500-dən çox mənzil vermək hədəfinə doğru inamla gedir, ziyan çəkmiş sahibkarlara kompensasiya ödəyir, işçini ixtisar edən sahibkarı güzəştsiz şəkildə cəzalandırır, müəyyən kateqoriya təhsil haqqı ödəmiş tələbələrin pulunu geri qaytarır, yəni "ağırlıq xalqın yox, onun yanında duran dövlətin çiyinlərinə düşəcək" kimi dərin humanist-sosial prinsipin əsasında fəaliyyət göstərir.

Eyni zamanda dünyanın pandemiya ilə çarpışdığı ağır bir zamanda Azərbaycanın sərhədlərinə xaincəsinə hücum edərək vəziyyəti çətinləşdirmək istəyən Ermənistan kimi mənfur düşmənlə də layiqli mübarizə aparır.

- Söhbət Ermənistanın növbəti təcavüz cəhdindən düşmüşkən, bununla bağlı bəzi məsələlərlə bağlı Sizin də fikirlərinizi öyrənmək istərdik. Əvvəla, necə bilirsiz, bu təcavüzün dəf edilməsində Azərbaycana verilən beynəlxalq dəstəyi yetərli hesab etmək olarmı?

- Bilirsiz ki, ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqda ibarətdir.

Bu günlərdə heç vaxt olmadığı qədər çox güclü beynəlxalq dəstək gördük. İlk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər. Eyni zamanda, ATƏT-də də, Avropa İttifaqında da Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin haqlı və ədalətli möv¬qeyi həmin təşkilatların müvafiq sənədlərində əks olunub. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilib. 14 iyul 2020-ci il tarixli açıqlamasında Türk Şurasının Baş katibi Ermənistanın artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mülki əhalisinin sıx yaşadığı ərazilərini atəşə tutmasını qətiyyətlə pislədi və Ermənistanın bu təxribatı nəticəsində dünyasını dəyişən şəhidlərin ailələrinə başsağlığı bildirdi. Baş katib Türk Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həlli ilə bağlı mövqeyini bir daha təsdiq edib.

14 iyul 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi bəyanatla çıxış edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasının Tovuz rayonunda hücum cəhdini qətiyyətlə pisləyib. İƏT Baş katibi şəhid olan Azərbaycan hərbi qulluqçularının ailələrinə başsağlığı verib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində tam və qeyd-şərtsiz çıxmasını tələb edən İƏT-in məlum qərar və qətnamələrinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin dəstəkləndiyi vurğulanıb.

Qoşulmama Hərəkatının 18 iyul 2020-ci il tarixli kommünike sənədi isə Ermənistanın iki dövlətin beynəlxalq sərhədində son hərbi təxribatı ilə bağlı 120 üzv dövlətin mövqeyini ifadə edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumu qətiyyətlə pislənib. Qoşulmama Hərəkatının Ermənistan və Azərbaycan arasındakı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bir daha təsdiq edilib. Qoşulmama Hərəkatına üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər.

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Baş katibi mülki əhalinin ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhəd yaşayış mənətəqələrini atəşə tutmasını şiddətlə qınayıb. TÜRKPA-nın Azərbaycan respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəklədiyini bir daha bəyan edib.

GUAM təşkilatı isə sosial şəbəkə hesablarından etdiyi paylaşımlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hücumunu pisləyib və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını paylaşıb.

Göründüyü kimi, Ermənistanın son hərbi təxribatı, gücdən istifadə etməklə yeni mövqelər ələ keçirmək və yeni təcavüz törətmək cəhdi beynəlxalq təşkilatların diqqət mərkəzində saxlanılıb. Baş vermiş təxribatla bağlı BMT, Aİ, ATƏT-in fəaliyyətdə olan sədri, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdiyi neytral və ümumi sakitləşməyə çağıran açıqlamalar ilə yanaşı, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən QH, eləcə də İƏT və Türk Şurası kimi beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkəyə münasibətdə birmənalı və qətiyyətli ismarışlar ünvanlanıb.

- Sadiq müəllim, Ermənistanın birdən-birə Tovuz istiqamətində Azərbaycan ərazilərinə təcavüz etmək cəhdinin səbəbləri barədə müxtəlif mülahizələr var. Sizin fikinizcə, bu təcavüz cəhdinin arxasında hansı məqsəd dayanırdı?

- Fikrimcə, Ermənistanın son provokasiyaları yalnız Azərbaycan ərazilərinə qəsd deyil, həmçinin ölkəmizin strateji əhəmiyyətli nəqliyyat və enerji layihələrinə zərbə vurmaq məqsədi daşıyırdı. Qeyd etmək lazımdır ki, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri, Cənubi Qafqaz Boru Kəməri (CQBK), Bakı-Tiflis-Ərzurum (BTƏ) qaz kəməri erməni hərbi birləşmələrinin hucum etdiyi Tovuz rayonu ərazisindən keçir. Cənubi Qafqaz Boru Kəməri (CQBK) Türkiyədən TANAP və TAP vasitəsilə Cənubi Avropaya qaz ixracını nəzərdə tutur və bu ilin payızında Avropaya ilkin qazın çatdırılması planlaşdırılır. Hazırda Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi Avropa Komissiyasının ittifaq ölkələrinin enerji təhlükəsizliyi üçün prioritet hesab olunan layihələrdən biridir. Beləliklə, Ermənistanın Tovuz istiqamətində atdığı təxribat xarakterli addımlar birbaşa Avropanın enerji təhlükəsizliyini təhdid edir.

Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışırdı. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. Ermənistanın daha çox güvəndiyi KTMT-dən arzuladığı dəstəyi, müsbət cavabı ala bilmədi.

Ermənistanın başqa bir avantürası isə ABŞ Konqresində iflas etdi. Artıq bilindiyi kimi, Azərbaycan əleyhinə düzəliş keçmədi, əvəzində, ilk dəfə, Ermənistan əleyhinə düzəlişlər qəbul edildi. Təbii ki, bu uğursuzluqlar erməni lobbisinin, xüsusilə, “Daşnak” partiyasını təmsil edən ANCA-nı (“Amerika Erməni Milli Komitəsi”) çaşqınlıq və məyusluğa düçar edib.

Digər yandan, Konqres üzvü Stiv Cohen tərəfindən “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş bilginin ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

- Erməni təcaavüzünə qarşı ölkədə böyük milli həmrəylik nümayiş etdirildi. Bunu necə qiymətləndirirsiz?

- Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq müəyən qüvvələr, o cümlədən bəzi AXCP üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər. Bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz. İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi, xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər.

Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Unutmayaq ki, biz birlikdə güclüyük!