Sizin Reklam Burada

Rusiyanı dayandıracaq ölkəni tapdılar – Qərb elçi göndərdi

Rusiyanı dayandıracaq ölkəni tapdılar – Qərb elçi göndərdiABŞ və Avropa ölkələri hələ də Çini Rusiyaya təsir etməyə çağırırlar. Bu dövlətlər istəyirlər ki, Çin Rusiyanın Ukrayna müharibəsini dayandırmağa inandırsın. Pekin bu məsələdə fəal olmasa da, Avropa ölkələri səylərini davam etdirirlər.

Avrasiya.net xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Almaniya Kansleri Olaf Şolz bir müddət əvvəl Pekinə səfəri zamanı Çin lideri Si Cinpindən Ukrayna münaqişəsinə son qoymaq üçün Kremlə təsir göstərməyi xahiş edib:

“Kansler Çinin sözünün Rusiyada böyük əhəmiyyət kəsb etdiyi fikrini xatırladıb. Şolz bu il Çinə səfər edən ilk Qərb lideri olub. O, Pekindəki görüşlərdə Çinin Ukrayna ilə bağlı yay aylarında İsveçrədə keçiriləcək sülh konfransında iştirakının vacibliyini də bildirib. Pekin bu konfransda iştirak etmək istəmir. Pekinin mövqeyi belədir ki, sülh konfransında müxtəlif ölkələrlə yanaşı, Rusiya da iştirak etməlidir. Ancaq indiki şərtlər altında bu mümkün deyil.

Almaniya kanslerinin Çin səfərindən nəticəsiz qayıtması Qərb mətbuatında tənqid olunub. Hesab edilir ki, Şolzun Çinə səfəri Avropanın Pekinlə bağlı ümumi siyasətinə uyğun deyil. Halbuki Çinə başqa Avropa liderləri də səfərlər edib və Pekinlə müzakirələr aparıblar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər