Sizin Reklam Burada

Azərbaycan Qırğızıstan münasibətlərində effektiv əməkdaşlıq

Azərbaycan Qırğızıstan münasibətlərində effektiv əməkdaşlıq Qədim tarixə, eyni zamanda etnik kökə və ortaq dinə sahib Azərbaycan və Qırğızıstan Respublikaları arasında münasibətlər son illər inkişaf etməkdədir. Qeyd etməliyik ki, Azərbaycanla Qırğızıstan tarixən də bir-birinə bağlı olub. Hər iki xalqın Sovet imperiyasının tərkibində olması dostluq münasibətlərinin inkişafına böyük təsiri olmuşdur. Xüsusilə hər iki dövlət Sovet imperiyasının dağılmasından sonra öz müstəqilliklərini bərpa etmiş və sovet dönəmində mövcud olmuş dostluq və qardaşlıq münasibətlərində yeni bir səhifə açılmışdır. Müstəqil dövlətlər kimi Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər məhz ötən əsrin 90-cı illərin əvvəllərindən yenidən qurulub. Bütün sahələrdə olduğu kimi Qırğızıstanla və Qırğız xalqı ilə münasibətlərin inkişafında Ulu Öndər Heydər Əliyevin fəaliyyəti xüsusi rol oynamışdır. Sonrakı illərdə hər iki dövlət başçısının qarşılıqlı səfərləri bu münasibətlərin daha da dərinləşməsinə gətrib çıxarmış və qarşılıqlı səfirliklər açılaraq fəaliyyətə başlamışdır.

Qırğızıstan Azərbaycan münasibətlərinin daha da inkişafı və yeni mərhələyə qədəm qoyması isə cənab Prezident İlham Əliyevin adı ilə bağlı olmuşdur. Bildiyimiz kimi Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin daha da yaxşılaşdırılması əsas prioritet istiqamətlərdən birini təşkil etməkdədir. Xüsusilə hər iki dövlət başçısının qarşılıqlı səfərləri iki qardaş dövlət arasında mövcud olan əlaqələrin daha da dərinləşməsinə gətirib çıxarmışdır. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun cari ilin 24 aprel tarixində ölkəmizə rəsmi səfəri və iki dövlət arasında əməkdaşlığın inkişafını nəzərdə tutan sənədlərin imzalanması münasibətlərdə yeni bir mərhələnin başlanğıcını qoydu.

Hazırda Azərbaycanla Qırğızıstan arasında qarşılıqlı ticarət həcminin artırılması, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin icrası, nəqliyyat və tranzit sektorunda mövcud imkanlardan istifadə etməklə əlaqələrin daha da mövkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. İki dövlət arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki mövcud geosiyasi vəziyyət dövlətlərin qarşılıqlı əməkdaşlığı, xüsusilə qardaş dövlətlərlə əlaqələrin möhkəmləndirilməsini vacib edir.

Bundan əlavə xüsusi olaraq qeyd etməliyik ki, səfər çərçivəsində izlədiyimiz dost və qardaşlıq münasibəti Azərbaycanla Qırğızıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunun bariz göstəricisi idi. Bütün bunlar iki dövlət arasındakı dostluq münasibətlərinin bütün dünyaya nümayişi idi. Qarşılıqlı səfərlər və əldə edilmiş razılıqlar əsasında imzalanmış sənədlər Azərbaycan və Qırğız xalqlarının mənafelərinə xidmət etməklə yanaşı, inanırıq ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrini bundan sonra daha da möhkəmləndirəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər