Sizin Reklam Burada

Rusiya 3 nəfəri Azərbaycana təhvil verdi

Rusiya 3 nəfəri Azərbaycana təhvil verdiRusiya Baş Prokurorluğu Azərbaycan tərəfinin istəyi əsasında Azərbaycan ərazisində cinayət törətməkdə təqsirləndirilənləri cinayət təqibi üçün təhvil verib.

Rusiya Federasiyası Baş Prokurorluğundan Axar.az-a verilən məlumata görə, 3 nəfər xüsusi kanvoyun müşayiəti ilə Azərbaycan tərəfinə təhvil verilib.

Belə ki, Şirxan Abdullayev 2015-ci ilin mart ayında Gəncə şəhərində baş verən dava zamanı zərərçəkmişi bıçaqlamaqda, ona ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

Elvin Cəfərov 2017-ci ilin martında Bakıda sifarişlə hərəkət etməklə, təhdid və zorakılıqlardan istifadə edərək bir nəfəri oğurlamaqda ittiham olunur.

Fuad Abbasov isə 2019-cu ilin iyun ayında Bakıda olarkən mübahisə zəminində tanışına ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

Müttəhimlər cinayətləri törətdikdən sonra hüquq-mühafizə orqanlarından qaçıblar və onlar beynəlxalq axtarışa verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər