Sizin Reklam Burada

Londonun Aİ-dən fərqli olaraq öz qlobal siyasi hədəfləri var

Londonun Aİ-dən fərqli olaraq öz qlobal siyasi hədəfləri varBöyük Britaniyanın 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana verdiyi siyasi - diplomatik dəstək, Azərbaycana öz ərazilərini işğaldan azad etməyə, suverenliyini tam bərpa etməyə imkanları qoruyub saxlayan şərtlərdən oldu.

Çanaqqala zəfərinin 100 illiyində Türkiyədə keçirilən tədbirdə prins Çarlz Türkiyə prezidenti Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevun bir araya gəlməsi, bu üç ölkənin müttəfiqlər kimi çıxış etdiyini göstərirdi. Əlbəttə ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi həm də ona əsaslanırdı ki, Böyük Britaniya Avropa İttifaqdan fərqli olaraq öz qlobal siyasi hədəfləri var. Baxmayaraq ki, ingilis breksit-iqtisadi göstəriciləri önə çəkməklə gerçəkləşdirilib.

Almaniya, Fransa kimi, Aİ-nın aparıcı dövlətlərin anti Azərbaycan, antitürk siyasəti Böyük Britaniyanın öz qlobal maraqlarına mane yaradır. Yeri gəlmişkən, Böyük Britaniya tək bir dövlətlərdəndir ki, xarici siyasətini iqtisadi maraqlardan öndə tutaraq, milli fəqrliliyini, hakimliyini qorumağı əsas meyar götürür.

Rişi Sunakın Böyük Britaniya baş naziri seçildikdən sonra, ingilislərin ənənəvi siyasi kursunda müəyyən uyğunsuzluqlar hiss olunur. Əlbəttə ki, buna əsas səbəb kimi, hind mənşəli Sunakın baxışlarının oturuşmuş ingilis yanaşmasına uyğunsuzluğundan irəli gəlir. Hindistanın Cənub Qafqazda maraqlarının önə çıxması və Ermənistanla hərbi əməkdaşlığının ingilis maraqlarına toxunduğu şübhəsizdir. Sunak dövründə də Ermənidtanın İngiltərə ilə hərbi əməkdaşlığının mümkünlüyünün müzakirəsi belə ingilis maraqlarına zərərərlidir və çox güman ki, Sunakın bu vəzifədən getməsinə təsir edəcək, tezləşdirəcək.

Hindistanın antitürk, anti Azərbaycan siyasəti əlbəttə ki, Pakistan - Hindistan faktoruna da əsaslanır. Ancaq geniş mənada Hindistan iqtisadiyatının gücləməsi, əhalisinin sayına görə önə çıxması əlbəttə ki, onu qlobal oyunçuya çevirməyə sövq edir.

Böyük Britaniyanın görünməz hakim dairələri, Hindistanın güclənməsinin, hind mənşəli şəxslərin dünyanın aparıcı şirkət və korparasiyalarında söz sahibi kimi fəaliyyətlərinin, dünyanın siyasi və iqtisadi axarına təsirsiz ötüşmədiyinin fərqindədir. Əlbəttə ki, ingilislər bu vəziyəti qiymətləndirməmiş deyillər.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər