Sizin Reklam Burada

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edirAzərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı keçirdikləri tədbirlərin sayı artıb.

Axar.az xəbər verir ki, tədbir və konfranslar SEPAH və Qumdakı dini mərkəzlərin təşkilatçılığı ilə baş tutur.

Həmin tədbirlərdə iranlı mollalarla yanaşı, İranın ələ aldığı və təlimatlandırdığı Afrika qitəsindən olan qaradərili şiələr də çıxış edir, Azərbaycan Respublikasına qarşı Tehran rəsmilərinin iddialarını təkrarlayırlar.

Bu qəbildən olan tədbirlərdən birində İranın “Afrika gənclərinin nümayəndəsi” kimi qələmə verdiyi Məhəmməd Bah Azərbaycanda 5 min nəfərin şiə olduğu üçün həbsxanalara salındığını deyib.

“İşğalda olan Fələstin (İsraili nəzərdə tutur) və ABŞ-da hicab bağlamaq sərbəst olduğu halda, Azərbaycanda buna qadağa qoyulub, hicablı qadınlara şəxsiyyət vəsiqəsi və pasport verilmir”, - o iddia edib.

Tədbirdə İran hakimiyyətində təmsil olunan yüksək rütbəli mollalar, SEPAH komandirləri iştirak ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər