MDB ölkələrinin informasiya agentliklərinin rəhbərləri Bakıda toplaşır

MDB ölkələrinin informasiya agentliklərinin rəhbərləri Bakıda toplaşırBu gün Bakıda MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXXI iclası keçiriləcək.

Avrasiya.net xəbər verir ki, iclasda tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri, eləcə də növbəti il Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümünün qeyd olunmasına hazırlıqla bağlı peşəkar qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.

Görüşdə MDB-nin inteqrasiya birliyi kimi möhkəmləndirilməsi, Birlik çərçivəsində iqtisadi, mədəni və humanitar qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı mövzuların işıqlandırılmasında əməkdaşlığın müzakirəsi də diqqət mərkəzində olacaq.

İclasın gündəliyinə 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıqla bağlı əməkdaşlıq məsələləri də daxildir.

Həmçinin jurnalist mübadiləsi proqramlarının inkişafı və ixtisasartırma kurslarının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılacağı planlaşdırılır.

MDB İnformasiya Şurası 1995-ci ildə yaradılıb. Onun üzvlərinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın dövlət xəbər xidmətlərinin rəhbərləri daxildir. Şuraya TASS-ın baş direktoru Andrey Kondraşov rəhbərlik edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər