Sizin Reklam Burada

“Avroviziya”da Azərbaycan təmsilçiləri qalib gələ bilməyəcək

“Avroviziya”da Azərbaycan təmsilçiləri qalib gələ bilməyəcək“Avroviziya – 2024” mahnı müsabiqəsi üçün bukmeykerlərin ehtimalı dərc olunub.

Avrasiya.net müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, onların qənaətinə görə, xorvat təmsilçi Baby Lasagnanın "Rim Tim Tagi Dim" mahnısı qalibiyyət üçün ən real namizəddir (25 %).

Müvafiq olaraq, növbəti yerlərdə İsveçrə (17 %), Ukrayna (14 %), İtaliya (12 %) və Hollandiya (5 %) qərarlaşıb.

Azərbaycan təmsilçiləri Fahree və İlkin cütlüyünün "Özünlə apar" mahnısının qalibiyyət şansı 1 faizdən aşağı qiymətləndirilir.

Məlumat üçün qeyd edək ki, müsabiqənin birinci və ikinci yarımfinalları mayın 7-si və 9-da baş tutacaq. Azərbaycan birinci yarımfinal mərhələsində yarışacaq. Ölkəmizin burada rəqibləri Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldovadır.

Müsabiqənin final mərhələsi isə mayın 11-də keçiriləcək.

Xatırladaq ki, ötən ilin qalibi isveçli Loreen olub. O, qalibiyyəti “Tattoo” mahnısı ilə əldə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər