Sizin Reklam Burada

COP29 dövlətimizin sülhsevər ölkə olduğunu bir daha dünyaya göstərəcək

COP29 dövlətimizin sülhsevər ölkə olduğunu bir daha dünyaya göstərəcəkAzərbaycanda bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirilib. COP29 kimi beynəlxalq tədbirlərin keçirilməsi isə hər bir dövlətin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan artıq təşkilatçılıq baxımından əhəmiyyətli təcrübəyə malikdir. Beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasında Bu tədbirin də əhəmiyyətli rolu olacaq. COP29 dövlətimizin sülhsevər ölkə olduğunu bir daha dünyaya göstərəcək. Ona görə ki, dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi COP29 sülh prosesinin nəticəsidir: “Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır.

Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir”.

Əminliklə deyə bilərik ki, COP29 da Azərbaycan dövləti tərəfindən böyük müvəffəqiyyətlə keçiriləcək. Bu tədbir 2023-cü ilin noyabrından artıq dünya mediasının gündəmindədir. COP29 haqqında xarici mediada yazıların verilməsi, o cümlədən dövlətimizin də təbliğatına xidmət edir. Artıq eyni zamanda, müxtəlif ölkələrin ətraf mühit və media ilə bağlı qurumları COP29-a dəstək bəyanatları yayırlar.

Ölkəmiz tərəfindən irəli sürülmüş yeni təşəbbüslər tərəfdaş ölkələr tərəfindən qəbul olunub və icra edilməkdədir. Növbəti onilliklər ərzində bu da Azərbaycanın uğurlu və sürətli inkişafını təmin edəcəyinə əsas verir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər