Sizin Reklam Burada

Fələstin dövləti yaradılmalıdır - Çin lideri

Fələstin dövləti yaradılmalıdır - Çin lideriÇin lideri Si Cinpin Pekinin Yaxın Şərqdəki münaqişə ilə bağlı narahatlığını ifadə edib.

Bu barədə o, "Le Figaro" nəşri üçün yazdığı məqalədə bildirib.

Onun fikrincə, münaqişəni Fələstin dövlətinin yaradılması ilə həll etmək olar.

“Fələstin-İsrail münaqişəsi bizi narahat edən məsələdir. Əsas həll yolu müstəqil Fələstin dövlətinin yaradılmasıdır”, - Çin lideri bildirib.

Si Cinpinin sözlərinə görə, tarix göstərir ki, “davamlı qeyri-sabitlik” əsasən BMT qətnamələrinin yerinə yetirilməməsi, həmçinin “iki dövlət prinsipinin aşınması və Yaxın Şərqdə sülh prosesindən yayınma” ilə bağlıdır.

Məqalə Çin Xalq Respublikası sədrinin Fransaya səfəri fonunda dərc olunub. Onun fikrincə, ölkələr Yaxın Şərqdə sülhün bərpasına kömək etmək üçün əməkdaşlığı gücləndirməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər