Qəzza zolağının bərpasına 40 milyard dollar lazımdır - BMT
Dərc olunub:
3-05-2024, 08:53
HƏMAS və İsrail arasında silahlı münaqişə zamanı ciddi ziyan dəymiş Qəzza zolağının bərpası üçün 30-40 milyard dollar lazımdır.
Bu barədə Qərb KİV-ləri xəbər verib.
"BMT-nin İnkişaf Proqramının ilkin hesablamaları göstərir ki, Qəzza zolağının yenidən qurulması üçün 30 milyard dollardan çox vəsait tələb olunacaq və bu məbləğ 40 milyard dollara çata bilər", - deyə BMT-nin İnkişaf Proqramının ərəb ölkələri üzrə regional ofisinin direktoru Abdulla əd-Dərdari bildirib.
Onun sözlərinə görə, dağıntıların miqyası dağıntıların miqyası böyük və misli görünməmişdir.