İlon Maskdan dollarla bağlı xəbərdarlıq
Dərc olunub:
4-05-2024, 09:08
“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask xəbərdarlıq edib ki, ABŞ-nin dövlət borcu problemi həll olunmasa, dollar dəyərsizləşəcək.
O, bu barədə X sosial şəbəkəsində bildirib.
“Biz milli borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərsiz olacaq”, - deyə Mask yazıb.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun büdcə məsələləri departamentinin direktoru Vitor Qaspar bildirmişdi ki, ABŞ-ın dövlət borcunun artması bütün dünyada mənfi təsirlərə səbəb olur.