Sumqayıtda ana övladları ilə itkin düşdü
Dərc olunub:
4-05-2024, 12:23
Sumqayıtda ana və övladları itkin düşüb.
Avrasiya.net verir ki, mayın 3-də 1991-ci il təvəllüdlü Şəbnəm Sahib qızı Alıyeva övladları, 2013-cü il təvəllüdlü Ayxan Nəsrəddin oğlu Alıyevi və 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı da götürərək 4-cü mikrorayonda yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb.
Faktla bağlı polisə məlumat verilib.