Sizin Reklam Burada

Bu qədər ədalətsizlik və barbarlıq olmaz!

Bu qədər ədalətsizlik və barbarlıq olmaz!Bu ay Zəngilanda beynəlxalq mina konfransı keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə bu cür tədbirlərin təşkil olunması, əlbəttə, mühüm addımdır. Ancaq bu konfranslara təşrif buyuran müxtəlif beynəlxalq qurumların nümayəndələri ATƏT-in Minsk Qrupunun keçmiş həmsədrləri kimi özlərini turist kimi aparmamalı və pafoslu, şablon çıxışlar etməklə işlərini bitmiş hesab etməməlidirlər. Çünki məhz onların bilavasitə havadarlıq etdiyi təcavüzkar Ermənistanın 30 illik işğalı nəticəsində torpaqlarımızın 12 faizindən çoxu minalarla çirkləndirilib.

Fransa prezidenti Emmanuel Makron kimi həm reallıq hissini, həm də vicdan hissini itirmiş araqızışdırıcıların, provokatorların Cənubi Qafqazda gərginliyi süni surətdə artırması və Ermənistanın cəzasız qalmasına şərait yaratması fonunda, biz azərbaycanlılar isə minalardan əziyyət çəkirik və mina partlamalarından itkilərimiz hər keçən ay daha da artır. Belə ki, postmüharibə dövründə (son 4 il ərzində) mina partlayışları 300-dən çox mülki vətəndaşımızın, hərbi qulluqçularımızın, bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərin həyatlarına son qoyub. Bir çox insanlarımız ağır xəsarətlər alıb, sağlamlığını itirib.

Ermənistanın ərazilərimizdə dağınıq şəkildə basdırdığı saysız-hesabsız minalar (təxminən 1.5 milyon ədəd) təkcə humanitar fəaliyyətlərə deyil, həmçinin vandalizmə və talançılığa məruz qalmış şəhər və kəndlərimizin bərpası, yenidən qurulması prosesinə də, “Böyük Qayıdış” Proqramının sürətlə həyata keçirilməsinə də ciddi surətdə mənfi təsir göstərir. İllərdir yurda qayıdış həsrətilə gözləyən keçmiş məcburi köçkünlərimiz hələ də öz doğma yurdlarına rahat şəkildə qayıda bilmirlər. Minaların yaratdığı mənəvi-psixoloji gərginlik bu insanların öz yurdlarına qayıtmalarına hələ daha neçə il mane olacaq? Və Ermənistan tərəfi insanlarımıza yaşatdıqları bütün bu stresslərin, həyəcanların, narahatlıqların, gözləntilərin qarşılığını, kompensasiyasını ödəyəcəkmi? Ümumiyyətlə, müharibənin gətirdiyi dağıntıların, fəlakətlərin təzminatı ödəniləcəkmi?

Beynəlxalq təşkilatların nümayəndələri ilk növbədə bax bu məsələlərə aydınlıq gətirməli və minaların təmizlənməsi üçün texniki imkanlarımızın gücləndirilməsinə dəstək verməli, həmçinin Azərbaycana birbaşa maliyyə vəsaitlərinin ayrılması üçün hərəkətə keçməlidirlər. Düzdür, Avropa İttifaqı (Aİ) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 2 milyon avro ayırmağı planlaşdırır. Lakin bu barədə hələ qəti qərar qəbul olunmayıb. Azərbaycanın üzərinə qarğa-quzğun kimi şığıyan Avropa Parlamentinin üzvləri, ABŞ konqresmenləri, AŞPA-nı təmsil edən Frank Şvabe kimi köpəklər, heç olmasa, hərdənbir vicdanlarının səsinə qulaq asıb Azərbaycanı mina terroruna məruz qoyan Ermənistana da təzyiq etməyə səy göstərməlidirlər. Bu qədər ədalətsizlik və barbarlıq olmaz!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər