Sizin Reklam Burada

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaqDiaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan həqiqətləri” layihəsinə start verilib.

Layihənin məqsədi Qərbi Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq aləmi məlumatlandırmaq, Ermənistanın etnik təmizləmə siyasətini ifşa etmək, dünya ictimaiyyətində Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdış prosesi haqqında düzgün fikir formalaşdırmaqdır. Həmçinin məqsəd əcnəbi jurnalist və QHT-lərlə tərəfdaşlığı gücləndirərək rəsmi İrəvanın bu kimi mövzularda Azərbaycanla bağlı yalan məlumatlarının qarşısını almaq, xaricdə media dayaqlarımızı gücləndirmək və diasporumuzu bu işə təşviq etməkdir.

3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Qərbi azərbaycanlıların soyqırıma, deportasiyalara məruz qalması, bu soydaşlarımızın hüquqlarının bərpa olunması, Qərbi Azərbaycanda tarixi-mədəni abidələrimizin dağıdılması və s. mövzularla bağlı ABŞ, Özbəkistan, Suriya, Pakistan, Malayziya, Misir, İordaniya, Polşa, Əcəzair, İraq, Mərakeş, Ukrayna və Küveyt mediasında məqalələr dərc olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər