ABŞ səfiri Şuşaya niyə getmədiyini açıqladı
Dərc olunub:
4-05-2024, 08:04
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər etməməsinin səbəbini açıqlayıb.
"Azadlıq" radiosunun məlumatına görə, diplomat bildirib ki, onun Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır.
O bildirib ki, indiyədək Azərbaycanın bir neçə regionunda olub:
“Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir. Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm. Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.
Qeyd edək ki, ABŞ və Fransa səfirlərinin Şuşa, o cümlədən işğaldan azad edilmiş digər bölgələrə səfərlər etməməsi Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunub.