Masallıda ata və oğul güllələndi, cinayət işi açıldıİyulun 29-da saat 13 radələrində Masallı rayonu, Əhmədli kənd sakinləri Vüqar İsmayılov və atası Valeh İsmayılovun odlu silahdan atəş açılması nəticəsində xəsarətlər almalarına dair məlumat daxil olub.

Masallı rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla Əhmədli kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərovun özünə məxsus tək lüləli tüfənglə qonşuları Vüqar İsmayılov və Valeh İsmayılova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atəş açaraq xəsarətlər yetirməsi və bununla da, onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hafiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mərkəzi Bank sədrindən əmanətçilərə MÜRACİƏTAzərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bağlanan bankların əmanətçilərinə müraciət edib.

Avrasiya.net-in məlumatına görə, E.Rüstəmov qeyd edib ki, yaxın günlərdə əhalinin öz əmanətlərinə çıxış imkanları olacaq:

Mərkəzi Bankın sədri bildirib ki, iyulun 28-də Konstitusiya Məhkəməsi lisenziyası ləğv edilmiş banklarda Əmanətlərin Sığortalanması Fondunun blok qoyuduğu əmanətlərlə bağlı iclası keçirilib.

O qeyd edib ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər. E.Rüstəmovun sözlərinə görə, proses son mərhələdədir. O bildirib ki, təxminən 1300 nəfər əmanətçinin 62 milyon manatı qalıb.:

“Burada əhalinin heç bir günahı yoxdur. Biz əhalinin hüquqlarının bərpa edilməsini Konstitusiya Məhkəməsinə əsaslandırdıq. İyulun 28-də məhkəmə olub, ən geci yaxın 7-10 iş günü ərzində məhkəmə yekun qərarını açıqlayacaq. Biz çox pozitiv qərar olacağını gözləyirik. Əhalidən xahiş edirəm ki, təmkinli olsunlar, tezliklə pozitiv qərar ilə tanış olacağıq və 1300-dən çox əmanətçinin 62 milyon manat əmanətinə çıxışını təmin edəcəyik”.

E.Rüstəmov həmçinin əlavə edib ki, bu kimi halların bir daha yaşanmaması üçün Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürəcəklər.
Şok: Düşməni Türkiyədən PUA-lar alırYunanıstan Müdafiə Nazirliyinin Türkiyənin "Assuva" şirkətindən 50 taktiki pilotsuz uçuş aparatı (PUA) sifariş verdiyi məlum olub.

Axar.az xəbər verir ki, bu barədə "Defens Nyus" agentliyi məlumat yayıb.

Bildirilib ki, Yunanıstan sözügedən şirkətlə hətta müqavilə də imzalayıb. Bundan öncə isə Yunanıstana göndərilən iki "Proton Elik RB-128" tipli PUA-nın uğurla sınaqdan keçirildiyi vurğulanıb.

"Assuva"nın rəhbəri Rəmzi Başbuğ açıqlamasında həm NATO, həm də Avropa Birliyinə üzv ölkə ilə ilk ixrac razılaşması imzalandığını təsdiqləyib:

"Yunanıstana ixrac üçün bütün lazımi lisenziyaları aldıq".

Yunanıstana satılacaq PUA-ların axtarış və xilasetmə missiyalarında istifadə ediləcəyi qeyd olunub. Məlumata görə, sözügedən PUA-lar yeraltı bunkerləri, partlayıcı maddələri, qurudakı minaları və kimyəvi maddələri də aşkar edə bilər.

Bu PUA-larda 1 kilometr uzaqlıqdakı hədəfi və 50 metrədək yeraltı görüntüləri çəkə bilən termal kamera var.

Qeyd edək ki, daha öncə sözügedən PUA-lar Çin və Şri-Lanka ordusuna da göndərilib.
BƏƏ - nin Qızıl Yubileyi: Tərəqqi səyahətimiz sonsuzdurBirləşmiş Ərəb Əmirlikləri qazandığı uğurlara görə fərqli bir ölkədir. BƏƏ heç vaxt dayanmır, əksinə, on illiklərlə irəliləyir.
2021-ci ildə BƏƏ xalqı yeni iddialı planları ilə Yeni ili - Qızıl yubileyini qeyd edəcəkdir.

Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və vitse-prezidenti, Dubay Hökmdarı əlahəzrət Şeyx Məhəmməd bin Raşidin elan etdiyi kimi: “Gələn il gələcək üçün yol xəritəsinin təqdim edilməsi və 50 illik yubileyi qeyd etmək üçün möhtəşəm tədbirlərə hazırlıq ili olacaqdır. Geniş miqyaslı milli strategiya, 2071-ci ildə 100 illik yubileyinə qədər Əmirlikləri istiqamətləndirəcəkdir. Əlli il bundan əvvəl dövlətimizin qurucu ataları bizim bugünkü həyatımızı formalaşdırdılar və indi biz gələn il gələcək nəsillər üçün gələn əlli illiyi formalaşdıracağıq".

BƏƏ müdrik rəhbərliyi altında və çalışqan bir xalqın səyəsində bu illər ərzində bu ölkəni fərqləndirən bir çox böyük nailiyyətlərə imza atmışdır: Əmirliklərin Mars Missiyası bütün ərəb və müsəlman ölkələri arasında ilkdir. BƏƏ İnnovasiya ili elan edilən 2015-ci ildən bəri hər yeni il üçün mərkəzi mövzular təqdim edir. BƏƏ burada yaşamaq izni olan xarici vətəndaşların sevimli və xoşbəxt evinə çevrildi. Son 50 ildə BƏƏ həyatın bütün sahələrində əlamətdar bir irəliləyiş əldə etdi:

• uzun ömürlülük artdı
• uşaq ölümü aşağı düşdü;
• hər əmirlik üçün xəstəxanalar sayı artdı,
• əhali arasında savadlılıq yüzdə 95-faizdən çox oldu;
• BƏƏ-də beynəlxalq məktəblər və dünyanın ən yaxşı universitetlərinin filialları açıldı;
• Yeni muzeylər və parklar açıldı.
• Xoşbəxtlik Nazirliyi quruldu

Qısacası, tərəqqi BƏƏ-ni etibarlı, təhlükəsiz və çiçəklənən bir ölkə halına gətirdi. Bunlar BƏƏ-nin qalib ruhuna bir neçə misaldır.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri olaraq vurğulamaq istərdim ki, Səfirlik BƏƏ təcrübəsini qardaş Azərbaycanımızla bölüşmək üçün hər cür təşəbbüs və fikirləri alqışlayır. Bu baxımdan, hər zaman Azərbaycan tərəfinin, xüsusən də əlahəzrət Prezident zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və bütün Hökumətin dəstəyini hiss etmişik.

Sözlərimi Zati-aliləri cənab Şeyx Məhəmməd bin Zayed Əl Nahyanın, Əbu-Dabinin Vəliəhd şahzadəsinin "bizi prespektivli gələcək naminə bir komanda, birr uh birləşdirir”.

Mohamed Alqubaisi
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Səfiri

Maska taxmadığı üçün keçini HƏBS ETDİLƏRHindistan polisi Uttar-Pradeş ştatının Kanpur şəhərində qoruyucu maska taxılmadığı üçün keçini həbs edib.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, şəhərin mərkəzində maskasız gəzən keçini görən polis əməkdaşı onu maşına qoyub və bölməyə aparıb.

Bir müddət sonra keçinin sahibi bölməyə gələrək keçinin buraxılmasını xahiş edib. Polis gələcəkdə bu qaydanın pozulmaması şərti ilə heyvanı sahibinə təhvil verib.
Laricani yenidən koronaya yoluxduİran parlamentinin sədri Əli Laricani yenidən koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, test nəticəsi pozitiv çıxan Laricani Tehranda xəstəxanaya yerləşdirilib.

Parlament sədrinin səhhəti hazırda qənaətbəxşdir.

Qeyd edək ki, aprel ayında da Laricani koronavirusa yoluxmuşdu.
Zərdab İcra Hakimiyyətindəki əməliyyatın - VideosuXəbər verdiyimiz kimi, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Avrasiya.net-in məlumatına görə, daxil olmuş məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar.

Əməliyyatın videosunu təqdim edirik:
Ermənilərə məxsus PUA vurulduİyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.