Bakıda 4 yaşlı uşaq süd qazanına düşüb öldüBakıda bədbəxt hadisə azyaşlı uşağın həyatına son qoyub. Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yaşayan 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov evdə qaynanan süd qazanına düşərək yanıb. Uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Bakıda tanınmış iş adamı koronavirusdan öldüTanınmış iş adamı Füzuli Fərəcov vəfat edib. Onun koronavirusdan dünyasını dəyişdiyi deyilir.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, iş adamı bu gün səhər saatlarında dünyasını dəyişib.

Məlumata görə, uzun müddətdir diabet xəstəsi olan F.Fərəcov bir neçə gün əvvəl koronavirusa yoluxub və bu gün dünyasını dəyişib. Xatırladaq ki, F.Fərəcov "Mohito” və "Paradise” və daha bir neçə gecə klublarının, Novxanıdakı "Kalyon” restoranının sahibidir.

Onu da qeyd edək ki, F.Fərəcovun adı 2017-ci ildə oğlunun lüks avtomobillə piyadanı vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. F.Fərəcovun oğlunun "Porsche" ilə qəza törədən zaman 14 yaşı var idi.
Trampdan korona açıqlaması: Dünyaya paylayacağıq!ABŞ koronavirus peyvəndini digər ölkələrlə paylaşmağa hazır olacaq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Əvvəllər heç vaxt belə edilməyib. Biz vaksinləri kütləvi istehsal edəcəyik və təsdiqləndikdən sonra amerikalılar üçün əlçatan olacaq. Çox güman ki, vaksinlər dünyadakı insanlar üçün az olmayacaq”, - deyə Ağ Ev rəhbəri bildirib.
Prezidentdən Qurban bayramı TƏBRİKİPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur.

Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.

Əziz bacı və qardaşlarım!

Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.

Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!"
Vətənimizin müdafiəsi hər birimizin vicdan və şərəf borcudur - Mirsamir Məmmədov Yayımlanan hər bir informasiya bizim daim qələbəmizə və dövlətçiliyimizin qorunmasına‚ dövlətimizin güclənməsinə xidmət etməlidir..

Döyüş bölgəsində yaranan istənilən bir gərginliklə bağlı yayılan informasiyalarda ehtiyatlı olmağın vacibliyindən danışan siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov Azərbaycan ordusunun yüksək peşəkarlığından‚ mükəmməl döyüş qabiliyyətindən və düşmən üzərində qazanılan üstünlüklərdən bəhs edib. Politoloq bildirib ki‚
Azərbaycan ordusu cəbhə xəttində yüksək üstünlük əldə edib.

Ermənilərin təxribat məqsədilə dövlət sərhədlərimizə olan hücumlarının və atəşkəsi pozma cəhdlərinin qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınıb. Düşmənin xeyli sayda texnikası və canlı qüvvəsi məhv edilib. Hal hazırda cəbhədəki bütün əməliyyat şəraiti ordumuzun yüksək nəzarəti altındadır. Hər kəs əmin olsun ki‚ Azərbaycan dövləti düşmən üzərində hər cür üstünlüyə malikdir. Ordumuz düşmənə layiqli cavab verdi. Düşmən tərəfi böyük itgilərlə üzləşib. Cəbhə xətti və bütün sərhəd boyu ərazilərdə lazımı təhlükəsizlik təmin edilir. Bir çox qüvvələrin sabotaj və təxribat xarakterli məlumatlar yaymağa çalışması insanları çaşdırmağa hesablanıb. Rəsmi qurumların və Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatından savayı yayılan və həqiqətə sığmayan bütün informasiyalar Azərbaycan ictimaiyyətini çaşdırmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi məlumatından başqa heçbir kənar xəbərlərin rəsmi və hüquqi əsası yoxdur.

Azərbaycan ictimaiyyəti bu kimi məsələlərdə son dərəcə ehtiyatlı olmalı və düşmən tərəfin yararına olacaq informasiyalara və eyni zamanda düşmən ölkənin müəyyən hiylə və təxribat məqsədilə yaydığı xəbərlərə istinad və etibar olunmamalı‚ ölkə maraqlarına zidd informasiyaların yayılmaması üçün son dərəcə diqqətli və tədbirli davranılmalıdır. Rəsmi məlumatlardan savayı yayılan istənilən bir fikir və istənilən bir xəbər ölkəmizin əleyhinə olacaq addımdır və yayılması düşmən qüvvələrə xidmət edir. Hüquqi və rəsmi əsası olmayan istənilən bir xəbərin yayılması çaşqınlıq və təxribat məqsədi daşıyır və bu kimi informasiyaları yaymaqda olan hər kəs ciddi məsuliyyət daşıyır. Rəsmi və hüquqi əsası olmayan‚ dövlət maraqlarına zidd olan istənilən bir informasiya ölkəmizə və dövlətçiliyimizə qarşı təhdid yaradır. Bunun üçün cəbhə bölgəsindən istənilən mətbuat xəbərlərinin hazırlanmasında və sosial şəbəkələrdə fikir paylaşıldığında dövlətimiz‚ dövlətçiliyimiz və ölkəmiz üçün daxildən və xaricdən təhdid yaradacaq fikirlərdən uzaq olmaq lazımdır.

Xüsusən cəbhəyanı və düşmənlə sərhəd boyu ərazilərdə yaşayan şəxslər bilməlidir ki‚ əsla və qətiyyən Silahlı Qüvvələrimizə aid hər hansı bir texnikanı‚ hərəkətdə olan hər hansısa hərbi obyektləri‚ silah‚ sursat və əsgər daşıyan hərbi maşın və texnikaların və ya daimi dislokasiya edilmiş silah və texnikaların görüntüsünü və hərbi obyeklərin koordinat nöqtələrini və yerləşdirilən əraziləri və cəbhə bölgəsinə gedən hərbi təyinatlı maşınları‚ texnika və əsgərləri çəkib paylaşmaq olmaz və həmçinin bu barədə‚ hərbi xarakterli mövzuları telefonlarda əsla müzakirə etmək və hətta sosial şəbəkələrdə və hər hansı mobil messenger yazışmalarında belə ordumuza aid hər hansısa bir məlumat paylaşmaq və bir-birilə bölüşmək olmaz‚ çünki bu‚ əsgərlərimiz üçün təhlükə yarada bilər.

İnsanlar Bir birilə hərbi mövzulara və xüsusən cəbhəyanı ərazilərə aid sərhədlərimizdə və sərhədlərimizə yaxın ərazilərdə gördüklərinə dair heçbir məlumatı bölüşməməlidir. Çünki mənfur düşmən hər zaman bizləri izləyir‚ bu işdə isə xarici xüsusi xidmət orqanları da onlara yardımçı olmağa çalışır. Bu səbəbdən qaydalara əməl etmək ölkəmizin və xalqımızın təhlükəsizliyi‚ ərazi bütövlüyümüzün müdafiəsi və qorunması‚ cəbhədəki düşmənlə üz-üzə dayanan əsgərlərimizin həyatları üçün vacibdir və buna əməl etmək vətənimizin müdafiəsi üçün hər birimizin bir nömrəli vicdan və şərəf borcudur. Vətənimizə və Dövlətimizə xidmət etmək hamımızın üzərindəki ən ali vəzifə və missiyadır. Bu bizim vicdan və qeyrət borcumuzdur. Vətəni və Dövləti müdafiə etmək ALLAHın bizə vacibatıdır. Dövləti və Dövlətçiliyi qorumaq hər bir vətəndaşın borcudur.

Uca ALLAH ölkəmizi‚ Dövlətimizi və xalqımızı xain düşməndən və bütün təhlükələrdən qorusun. AMİN
Kürdəmirin bir kəndində onlarla insan koronavirusa yoluxubKürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma qeydə alınıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxması aşkarlanıb.

Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.

Xəstələrin sayının artacağı isə istisna olunmur.

Qeyd edək ki, bir müddət əvvəl rayonun Sığırlı kəndində də təhlükəli infeksiyaya kütləvi yoluxma halı qeydə alınıb.

Azərbaycanda ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.

Koronavirusun yeni əlaməti aşkarlandıMelburnda (Avstraliya) Kral Hospitalının tibb bacısı Emil Morris özündə koronavirusun nadir simptomunu aşkarlayıb.

Bu barədə “Report” “Mirror”a istinadən xəbər verir.

Məlumata görə, o təcili yardım bölməsində işləyir və bilavasitə COVID-19 pasiyentləri ilə əlaqədə olur. Tibb bacısı bir neçə gün əvvəl əl-ayaqlarında ağrılar hiss edib. Qeyd edilir ki, tibb bacısı iş vaxtının çox hissəsini ayaq üstdə keçirir və yorğunluğa öyrəşib, ancaq bu dəfəki yorğunluq əlamətləri fərqli olub.

Tibb işcisi bununla bağlı rəhbərliyə müraciət edib və ondan koronavirus analizləri götürülüb. Virusla bağlı analizlər müsbət nəticə verib.

Mütəxəssislər bunun təhlükəli infeksiyanın nadir əlaməti olduğunu bildirirlər.
Səfərbərlikdən könüllülərə niyə zəng edilir?Bu gün sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında qeydiyyatdan keçən şəxslərə Xidmətdən zəng edilməsi haqda məlumat yayılıb.

Avrasiya.net xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov bildirib ki, müraciət edənlərə zəng edilməsinin səbəbi sadəcə onların anket məlumatlarının tam doldurulması olub.

“Edilən zənglər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün müraciət edən vətəndaşların anket məlumatlarının dəqiqləşdirilməsi xarakteri daşıyır”, - o bildirib.
İrəvanda təşviş: Türk ordusu Naxçıvana gəldiTürkiyə və Azərbaycan ordularının hərbi təlimlərini məlum Tovuz hadisələri ilə əlaqələndirmək doğru deyil. Lakin istənilən lokal müharibədə Türkiyə Azərbaycanın yanında olacaq. Məhz təlimlərin özündə ehtiva etdiyi məna da budur.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə keçiriləcək təlimləri şərh edərkən deyib. O vurğulayıb ki, Türkiyə ilə birgə hərbi təlimlər Ermənistanı hər zaman ciddi narahat edir:

“Hazırda Ermənistan kütləvi informasiya vasitələrinə nəzər salsaq, görə bilərik ki, bu hərbi təlimləri fərqli məcrada şərh etməyə çalışırlar. Xüsusilə də son Tovuz hadisələri fonunda bunu özlərinə qarşı təhdid adlandırırlar. Əslində isə bu kimi təlimlər vaxtaşırı keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında saziş mövcuddur. Adətən bu təlimlər mövsümi xarakter daşıyır və hazırda da yay mövsümü ilə əlaqədar keçirilir. Bununla belə, düşmən tərəfi indidən qorxuya düşüb. İstənilən halda düşmənin qorxu içində qalması yaxşıdır. Azərbaycan bu təlimlər olmasa belə, Ermənistanı qorxuya salmağa qadirdir”.

Politoloq bildirib ki, Tovuz hadisələrindən sonra Ermənistan onsuz da ciddi narahatlıq içində idi:

“Çünki faktiki olaraq Rusiyadan və çox güvəndiyi KTMT-dən gözlədiyi dəstəyi ala bilmədi. Türkiyə isə birmənalı olaraq Azərbaycana dəstək verdiyini açıqladı. Yəni Ermənistanda hərbi əməliyyatların hər an başlaya biləcəyi yönündə bir təlaş var. Mövcud hərbi təlimlərə erməni mediasının reaksiyası bunun sübutudur”.