Bayram günlərində rayona getmək istəyənlərə XƏBƏRDARLIQQurban bayramı ilə əlaqədar qeyri-iş günlərini rayonlarda keçirmək istəyən Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edilib.

Avrasiya.net xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev azvision.az-a açıqlamasında bildirib ki, rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaq.

“İnsanların sağlamlığı təhlükə altında ola bilər. Kimsə olduğu yerdədirsə, həmin şəxs bilməlidir ki, işi bağlanırsa, uzun müddət işləməyəcəksə və rayona gedərsə, artıq bayramdan sonra geri qayıda bilməyəcək. Söhbət rayon qeydiyyatında olanlardan gedir. Bakı qeydiyyatında olanlar ümumiyyətlə rayonlara gedə bilməz. Onlar postlardan geri qaytarılacaq”, - deyə K.Əliyev xəbərdarlıq edib.
"ABŞ-ın özünün demokratiya, insan hüquq və azadlıqlarından ciddi dərs keçməyə ehtiyacı var”“Dünyada təkcə sabitlik və təhlükəsizliyin deyil, eyni zamanda demokratiya, insan hüquqları, söz azadlığının qarantı kimi çıxış etməyi xoşlayan və bu sahədə hamıya “dərs keçməyə” alışmış Amerika Birləşmiş Ştatları bir müddətdir ki, özü bu sahədə ciddi problemlərlə üzləşib. Demokratiya və insan hüquqlarından dəm vuran ABŞ-da vəziyyət dünyanın insan haqlarının ən çox pozulduğu ölkələrdən heç nəyi ilə fərqlənmir. ABŞ polisinin irqçilik siyasətini davam etdirməsi və vətəndaşlar arasında qoyduğu ayrı-seçkilik dünyada hamıya bəllidir. Bu siaysətin nəticəsi olaraq son illərdə ABŞ polisi qaradərili insanlaırn “ovuna” çıxmazdı. ABŞ mediası da ölkə polisinin vətəndaşların hüquqlarını kobud surətdə pozaraq, onlara qarşı zorakılıq hallarının tətbiq edilməsini, hətta günahsız yerə öldürülməsini pisləyən yazılar dərc etməkdədir. ABŞ-ın nüfuzlu “New York Times” qəzetinin 28 iyunda çıxan sayındakı bir məqaləsində də Nyu-York şəhərində keçirilən dinc nümayişlər zamanı mülki geyimli polislərin aksiya iştirakçılarını qeyri-qanuni saxlayaraq, bəlli olmayan istiqamətə aparılması barədə tənqidi fikirlər öz əksini tapıb”.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Komitə sədrinin sözlərinə görə, məqalədə ABŞ polsinin qanunsuz olaraq insanların kobud surətdə pozması, aksiya iştirakçılaırn qarşı fiziki zor işlətməsi, onlara bibər qazından istifadə edilməsi, insanların mülki geyimli polislər tərəfindən zorla maşınlara mindirilərək naməlum istiqamətlərə aparılması qeyd olunub. “Yazıda qeyd olunur ki, mülki geyimli polsilər aksiya iştirakçılaırna qarşı daha aqressiv formada davranaraq, onları zorla, güc tətəbiq edərək dövlət qeydiyyat nişanı olmayan mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıblar. Bununla bağlı çoxsaylı video-görüntülər olsa da, polis saxlanılan şəxslər barəsində tutarlı cavab verə bilməyib və saxlanma hallarını izah edə bilməyib. Polisin dinc aksiya iştirakçılarına qarşı bu hərəkəti ABŞ cəmiyyətində böyük səs-küyə, kəskin etiraza səbəb olub. ABŞ mediası hakimiyyətin bu siyasətini kəskin tənqid edib. Belə yazılar təkcə “New York Times” qəzetinda deyil, digər nüfuzlu media orqanları da polisin bu zorakı, irqçi hərəkətini kəskin pisləyib və buna etiraz edən yazılar dərc edib. Ən qəribəsi isə odur ki, ABŞ Prezidenti Donald Tramp da polisin bu zorakılığına haqq qazandırması, hətta məsələnin həllində ordudan istifadə etməsi barədə fikirlər səsləndirib. Tramp kilsəyə rahat getməsi üçün aksiya iştirakçılaırna qarşı rezin güllə və bibər qazından istifadə edilib. ABŞ Prezidenti Donald Trump "qiyam və qanunsuzluqla" mübarizə aparmaq üçün lazım olduğu qədər milli qvardiyaçıya göstəriş veriləcəyini açıqlayıb. "Əgər şəhərlər və əyalətlər vətəndaşın həyatını və əmlakını qorumaq üçün hərəkətə keçməzsə, mən təcili Amerika ordusunu dövrəyə keçirəcəm, beləliklə də problemi yerindəcə həll edəcəm” - Tramp deyib.

Onun bu bəyanatı isə kəskin etirazlara səbəb olub. Noyabrda ABŞ-da keçiriləcək seçkilərdə prezidentliyə namizəd Co Bayden Trampın bu bəyanatını prezidentin yox, bir diktatorun sözləri kimi dəyərləndirib”- komitə sədri qeyd edib. S.Qurbanov əlavə edib ki, mənim məqsədim ABŞ-da nəyin necə baş verdiyini şərh etmək və bu ölkədə baş verənləri cəmiyyətə çatdırmaq deyil: “Məqsədim özünü sözdə dünyada demokratiyanın insan hüquq və azadlıqlaırnın təminatçısı olduğunu bəyan edib, ancaq buna real həyatda əməl etməməsini, bundan dünyada ağalığını təmin etmək üçün digər ölkələrə qarşı bir təzyiq vasitəsi kimi istifadə etməsini çatdırmaqdır. Dünyanın hər hansı ölkəsində, o cümlədən Azərbaycanda polisin qeyri-qanuni, dağıdıcılığa, xaosa, ictimai asayişi kobud şəkildə pozulmasına xidmət edən aksiyalara imkan verməməsinə həmən reaksiya verərək, pisləyir. Bunu demokratiyanın, insan hüquq və azadlıqlarının kobud surərtdə pozulması kimi təqdim etməyə çalışdığı halda, “öz gözündəki tiri” görümür. Azərbaycanda da zaman-zaman sabitliyi pozub, xaos yaratmaq istəyən müxalifət adı altında gizlənən bəzi antimilli qüvvələrin icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tamamilə fərqli formada təqdim edilir.

Həmin qüvvələr hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. O zaman ortaya belə bir sual çıxır, bəs niyə özünü dünyada demokratiya və insan hüquq və azadlıqlarının təminatçısı kimi təqdim edən ABŞ-da bu prinsiplərə əməl olunmur? Belə çıxır ki, güclüyəm, qüdrətliyəm, istədiyimi edə bilərəm?! Bu bir daha sübut edir ki, digər məsələlərdə olduğu kimi qanunun aliliyi deyil, gücün hüququ hökm sürür. Biz bunun ABŞ-da vətəndaşına qarşı yürüdülüən ayrı-seçkilik və irqçilik siyasəti və buna etiraz edən insanlara qarşı törədilən zorakılıq əməllərinin törədilməsində şahidi oluruq. Əgər ABŞ dünyada həqiqətən demokratiya, insan hüquq və azadlıqlarının çarçısı kimi çıxış etmək istəyirsə, ilk növbədə öz daxilində bu sahədə olan problemləri aradan qaldırmalıdır. Daha demokratiya, insan hüquq və azadlıqlaırnı bəhanə edəərk digər ölkələrin daxili işlərinə qarışmamalıdır. Son olaraq onu demək yerinə düşərdi ki, demokratiyadan dünyaya dərs deyən ABŞ-ın özünün demokratiya, insan hüquq və azadlıqlarından ciddi dərs keçməyə ehtiyacı var”.
Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - SİYAHIBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.

Bu barədə qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib.

Onlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, dörd nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifələrinə xitam verilib.

Həmin məktəblər aşağıdakılardır:

19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər.
Rusiyada arvadı repçini doğrayıb günlərlə soyuducuda saxladıUkraynalı repçi Endi Kartraytın (Aleksandr Yuşko) cəsədinin hissələri bir neçə gün Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində qalıb.

“Fontanka” xəbər verir ki, “Versus Battle” qrupunun iştirakçısı, reper Endi Kartraytın meyitinin parçalanmış qalıqları Nevski prospektində mənzildə tapılıb. İlkin versiyaya görə, o, narkotikin həddən artıq dozada qəbulundan ölüb.

İyulun 29-da mərhum repçinin həyat yoldaşının vəkili polisə zəng edib. O bildirib ki, musiqiçinin 36 yaşlı arvadı dörd gün əvvəl həddən artıq dozada narkotik qəbulundan ölən ərinin cəsədini gizlətmək istəyib.

Buna görə cəsədi parçalayaraq, hissələrə ayıran qadın sonradan nə edəcəyini bilməyib.

Həqiqətən də, mənzildə insan bədəninin qalıqları tapılıb: soyuducuda mərhumun bədən hissələri olan beş paket olub. Qadın tutulub.

Mənzildən sübut kimi bıçaq, çəkic, çəngəl, kəsici lövhə götürülüb.

Qadın törətdiyi əməli həyat yoldaşının bu cür ölümünü qəbul etməməsi ilə əsaslandırıb.
“Türklər erməni qüvvələrini də, Ermənistandakı Rusiya bazasını da silib-süpürəcək...”Azərbaycan və Türkiyə silahlı qüvvələrinin dünən iyulun 29-da başlayan misli görünməmiş miqyasda birgə manevrləri Ermənistanla yanaşı Rusiya ekspert-siyasi dairələrində də ciddi narahatlıqla izlənməkdədir. Xəbər verildiyi kimi Türkiyə ordusu bu təlimlərdə iştirak etmək üçün bəzi məlumatlara görə 11 minlik canlı qüvvə, çoxsaylı zirehli texnika və reaktiv yaylım atəşi sistemləri, o cümlədən hücum vertolyotları göndərib. Manevrlər Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin ardınca keçirilir. Türkiyə hərbi-siyasi rəhbərliyi Ermənistanın təcavüzkar addımlarına cavab olaraq birmənalı şəkildə Azərbaycana dəstəyini ifadə edib və indi bu təlimlərlə mesaj vermiş olur ki, hərbi əməliyyatlar başlasa Azərbaycanın tərəfində döyüşməyə hazırdır.

Virtualaz.org xəbər verir ki, “Rosbalt” agentliyi hərbi ekspert Pavel Felgenhauerdən bu təlimlər və Ermənistanla Azərbaycan arasında mümkün irimiqyaslı müharibənin Türkiyə ilə Rusiya arasında hərbi qarşıdurmaya keçmək riskləri barədə soruşub.

Ekspert deyir ki, Türkiyə ordusunun iri qruplaşmasının Naxçıvana və Azərbaycanın digər ərazilərinə yeridilməsi heç də Azərbaycana mənəvi dəstək nümayiş etdirmək deyil. “Ərdoğan və onun müdafiə naziri deyirlər ki, nəsə olsa Azərbaycanın tərəfində döyüşəcəklər. Beləliklə, onlar öz mövqelərini ortaya qoyublar. Yeri gəlmişkən bu mövqe həmişə belə olub”,-o deyib.

Bəs Türkiyə işə qarışsa Rusiyanın buna reaksiyası necə olacaq? Felgenhauer deyir ki, hadisələrin bu cür inkişafı Moskva ilə birbaşa müharibə təhdidi yaradacaq. Çünki Rusiya Ermənistanı türklərdən qoruyacaq. Gümrüdəki hərbi bazada elə bunun üçündür.

Ekspert hesab edir ki, Ermənistanın KTMT-nin hərbi dəstəyinə arxalanması fiksiyadır. Çünki nə Qırğızıstan, nə Tacikistan, nə Belarus Qafqazda vuruşmayacaq. Ona görə də Ermənistanın köməyinə təkcə Rusiya gələcək.

“Üstəlik Ermənistanda yerləşən Rusiya qoşunları heç də tam olaraq ruslardan ibarət deyil, şəxsi heyətin 90 faizi ermənilərdir. Köhnə imperiya ənənəsidir-xidmət üçün yerliləri muzdla cəlb etmək. Bu, sadəcə olaraq Rusiyadan muzdluları təyyarələrlə daşımaqdan ucuz başa gəlir. İstənilən halda orada cəmi bir motoatıcı briqada var, təxminən 4 minə yaxın adam. Bundan əlavə bizim orada MiQ-29 təyyarələrindən ibarət aviasiya dəstəmiz, zenit-raket komplekslərimiz də yerləşir. Lakin bütövlükdə bunlar Türkiyənin sərhədin o tərəfində dayanan 3-cü ordusu ilə müqayisədə olduqca simvolik döyüş qüvvəsidir. Bizim Ermənistandakı qruplaşmanı gücləndirmək imkanlarımız kifayət qədər məhduddur. Çünki nəsə olsa gərək Gürcüstan ərazisindən keçəsən. Gürcülər isə buraxmaya bilər, o zaman onların ərazisini döyüşlə keçmək lazım gələcək...Əlbətdə, havadan əlavə qüvvə də daşımaq mümkündür. Lakin hava yolu ilə tank və motoatıcı briqadaları daşımaq mürəkkəbdir. Üstəlik türklərin çox müasir və güclü aviasiyası var. Ümumən, orada hərbi əməliyyatlar başlasa türklər erməni qüvvələrini də, Ermənistanda yerləşən Rusiya qüvvələrini də silib-süpürəcək. Belə şəraitdə isə Rusiya özünün müdafiə doktrinasına əsasən nüvə qüvvələrindən preventiv istifadəyə əl ata bilər”,-Pavel Felgenhauer deyib.

Bəs Moskvanın bu cür riskli addıma getməsi nə dərəcədə mümkündür?

Ekspert deyir ki, bunu istisna etmir. Onun fikrincə, Rusiya əhali yaşamayan hansısa dağlıq ərazilərə və Anadoludakı hansısa bazaya nüvə zərbəsi endirib göstərə bilər ki, buna hazırdır. “Lakin digər tərəfdən bu artıq NATO ilə müharibə olacaq”,-o bildirib.

Felgenhauerin fikrincə situasiya kifayət qədər ciddidir və istənilən an kəskinləşə bilər. Türkiyə qoşunlarının bu manevrlərdə iştirak üçün Azərbaycan-Türkiyə sərhədini keçməsi onun sözlərinə görə, çox ciddi eskalasiyadır və ən pis halda nüvə müharibəsinə də gətirib çıxara bilər.
Los-Anceles meri ermənilərin azərbaycanlılara hücumunu pislədiLos-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib.

Baş Konsulluqdan virtualaz.org-a verilən məlumata görə, mer hadisənin Los-Anceles polis idarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los-Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer, zorakılığın yolverilməz olduğunu vurğulayıb.

E.Qarsetti Los-Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.
Prezident Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıqlar veribİyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, uzunluğu 28 kilometr olan yol 13 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.

Prezident İlham Əliyevə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun ikinci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən iki kilometrlik avtomobil yolunun bərpası istiqamətində aparılan işlər barədə də məlumat verildi.

Bildirilib ki, yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişini təmin edəcək.

Dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.
 Rasim Balayev karantinə alındıXalq artisti, aktyor Rasim Balayev 14 günlük karantinə alınıb.

Bu barədə Kult.az-a xalq artisti özü məlumat verib.

O bildirib ki, koronavirusa yoluxmayıb:

“Bir neçə gün öncə müayinə üçün Türkiyəyə getmişdim. 5 gün orada qaldım. Hər şey yaxşıdır. Səhhətim də normaldır. Yanvarda qardaş ölkədə əməliyyat olunmuşdum. May ayında müayinədən keçməli idi. Koronavirusa görə yollar bağlandı, gedə bilmədim. Təzəlikcə qayıtmışam. Ölkəyə dönən kimi 14 günlük karantinə aldılar. ASAN Xidmətə zəng vurub səbəbini soruşdum. Dedilər ki, qayda belədir. Xarici ölkədən qayıdanlar iki həftə evdən bayıra çıxmamalıdır. İndi bayıra da çıxa bilmirəm. Evə ərzağı uşaqlar alır”.

İlham Əliyev Şəkiyə getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Rusiya sərhədə qoşun yeridirRusiya yeni silahlarını və əlavə döyüş kontingentini qərb sərhədlərinə yerləşdirəcək.

Axar.az xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında Rusiya Müdafiə Nazirliyinin inspektoru general-mayor Vladimir Boqatırev deyib.

O, bu addımın ABŞ-ın Polşa və Baltikyanı ölkələrdə əsgər yerləşdirməsinə cavab olduğunu bildirib.

Boqatırev Qərb Hərbi Dairəsi və Baltik donanmasının gücləndiriləcəyini deyib.

General-mayor Baltik donanmasının hipersionik silahlar, “Xəncər” aviasiya kompleksləri, “Peresvet” lazer döyüş kompleksləri və “Çirkon” raketləriylə təchiz ediləcəyini vurğulayıb.