Sizin Reklam Burada

ABŞ-ın Azərbaycana qarşı ikili, qərəzli yanaşması var

ABŞ-ın Azərbaycana qarşı ikili, qərəzli yanaşması varAmerika Birləşmiş Ştatlarından (ABŞ) Azərbaycan generalı Mirzəyevə və 40 rəsmi məmurumuza sanksiya təklif edilir. ABŞ-ın siyahısında yer alanlar əsasən hərbçilərimizin, hakimlərimizin, eləcə də yüksək çinli dövlət orqanı rəsmilərinin olduğu qeyd olunur.

Azərbaycana qarşı 1992-ci ildə tətbiq olunan 907-ci düzəlişi ləğv etməyən ABŞ-ın nöbbəti sanksiya istəyi hansı məqsədə xidmət edir?

Versus.Az xəbər verir ki, açıqlama verən siyasi şərhçi Fuad Əliyev bunu ABŞ-ın Azərbaycana qarşı ikili, qərəzli yanaşması hesab edir. Onun fikrincə, məlum siyahıda Prezident Admnistrasiyasının rəhbri Samir Nuriyevin, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin, Prezidentin hüquq mühafizə orqanları və hərbi məsələlər üzrə hərbi köməkçisi Fuad Ələsgərovun adının keçməsi ABŞ-ın Azərbaycan hakimiyyətini hədəfə almasını göstərir.

F.Əliyev hesab edir ki, siyahıda prokurorların, hakimlərin, Ədliyyə Nazirliyi Penitensianar Xidmətin işçilərinin yer alması ABŞ-ın məkirli niyyətini ortaya qoyur:

“Sanksyiyalr tətbiq olunarsa, bu, artıq Azərbaycana qarşı növbəti təzyiq və münasibətərə ləkə gətirən addım olacaq. ABŞ 907-ci maddəni ləğv etməyib. Bu sanksiya Azərbaycana qarşı ikilistandartlı siyasətin davamıdır. ABŞ bir tərəfdən Azərbaycanla əməkdaşlıqdan danışır, Azərbaycan-NATO çərçivəsində müxtəlif tədbirlərdə iştirak edir, Azərbaycanla əməkdaşlığı NATO çərçivəsində davam etdirmək istəyir, digər tərəfdən də tanınmış generallarımıza, həbçilərə sanksiya tətbiq edir. Siyahıya salınan hakimlər Azərbaycan torpaqlarında cinayət törədən erməni hərbçilərinin məhkəməsində iştirak edən hakimlərdır. Bu hakimlərin hədəfə alınması ABŞ-ın ermənilərə dəstək siyasətinin təzahürüdür”.

F.Əliyevin fikrincə, bu bəyanatların arxasında xoş olmayan məqsədlər dayanır. Onun fikrincə, ABŞ-ın “sanksiya siyahısı” “5-ci kalon”un aktivləşməsi, mitinq təşəbbüsləri, Ermənistanın silahlandırılması, Azərbaycan sərhədində təxribatların törədilməsi, vəziyyəti gərginləşdirmək və ölkəmizə qarşı təsirlərin davamıdır.

F.Əliyev hesab edir ki, sanksiyalar tətbiq olunarsa, ABŞ-la münasibətlərə cidd zərbə olacaq:

“Onsuz da son vaxtlar ABŞ-ın Azərbaycana qarşı qərəzli yanaşmaları fonunda münasibətlərdə kifayət qədər neqativ hallar yaranıb. Sanksiya növbəti zərbəni vuracaq. Bundan daha çox ABŞ itirəcək. Düşünürəm ki, buna qarşı adekvat addımlar atılmalıdır. Çünki həmin siyahıda göstərilən şəxslər sıradan adamlar deyil. Bu şəxslərin ABŞ-ın sanksiya siyahısında olması onu göstərir ki, Azərbaycan hakimiyyəti hədəfə alınıb, onun əsas sütunlarının zəiflədilməsinə çalışırlar. Belə müdaxilələrin qarşısı alınmalı, XİN buna reaksiya verməlidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər