Sizin Reklam Burada

Tezliklə çox ciddi tədbirlər görulməsə... - Diaspor təşkilat sədri xəbərdarlıq edib

Tezliklə çox ciddi tədbirlər görulməsə... - Diaspor təşkilat sədri xəbərdarlıq edibİyulun 12-də ermənilərin Tovuz istiqamətində törətdiyi hərbi təxribatının ardınca dünyanın müxtəlif ölkələrində soydaşlarımız aksiyalar keçirib, bu təxribata, erməni vandalizminə, dinc sakinlərin evini artilleriya atəşinə tutan erməni ordusuna etiraz edib. Bu aksiyalardan bəzilərinə xaricdə yaşayan ermənilər müdaxilə edib və çox olmaqlarından istifadə edərək. soydaşlarımıza xəsarət yetiriblər. İndiyə qədər xaricdəki aksiyada ermənilərin hücumu nəticəsində 40 soydaşımız yaralanıb və xəsarət alıb. Dünya bununla da bir daha erməni vəhşiliyini əyani şəkildə gördü.

İspaniya Azərbaycanlıları Birliyinin sədri, Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə nümayəndəliyinin rəhbəri Vahid İmanov Avrasiya.net-ə bildirib ki, son günlər xaricdəki azərbaycanlıların keçirdikləri aksiyalarda azərbaycanlılara qarşı olan təxribatların önündə erməni diaspor təkşilatı və erməni xüsusi xidmət orqanları və onların havadarları durur.

Diaspor təşkilat sədrinin fikrincə, onlar istəyirlər beynəlxalq aləmdə elə bir imic yaratsınlar ki, guya azərbaycanlılardır günahkar, bu da onların riyakarlığından irəli gəlir: "İyulun 21-də İspaniyada yaşayan bir qrup vətənini sevən azərbaycanlı Madrid şəhərində Ermənistanın İspaniyadakı səfirliyi önündə aksiya keçirdik. Bizl sözmüzü onlara tarixi faktlarla çatdıtdıq, onlar da bizi təxribata çəkərək söyüşlər və ədəbsiz hərəkətlərə yol verdilər. Məqsədləri qarşıdurma yaratmaq və bundan hiyləgərliklə öz məqsədləri üçün istifadə etmək idi. Amma biz buna şərait yaratmadıq və təxribata getmədik. Son vaxtlar baş veren hadisələr onu deməyə əsas verir ki, ermənilər artıq son varianta əl atırlar. Buna misal bir çox ölkələrdə keçirlən yürüşlərdən ermənilərin üzərində ASALA sözü yazılan köynəklərdən istifadə etmələridir. Bununla da insanlar arasında bir xof yaradırlar ki, son variant terrordur.

Mənim fikirimcə, bütün bunların qarşısını almaq istiqamətində bizləin boynuna böyük yük düşür. Mən burada Dövlət Diaspor Komitəsinə səslənirəm ki, bu məsələni ciddi araşdırsınlar və təcili tədbir görsünlər. Avropada yaratdıqları Azərbaycan Evlərinin başına iş görənləri, vətənini, xalqını sevənlər qoysunlar, daha naşıları yox. Bu günki gündə bizə kəmiyyət yox, keyfiyyət lazımdır. Təəssüflər olsun ki, komitədəki bəzi şöbələr bu prinsipə üstünlük vermirlər. Avropada son günlərdə baş verən məlum hadisələr onu göstərdi ki, Diaspora Komtəsi sözünü deyən diaspor təşkilatları ilə deyil, onların çaldığı havanı oynayanlarla əməkdaşlıq edir. Bizlər nə qədər birlikdən, güclü diasporadan danışsaq da hələ ki, keyfiyyət yoxdur. Boş vədlər, sözlər... Tezliklə çox ciddi tədbirlər görulməsə, addımlar atllmasa, bunun fəsadları çox ağır olacaq. Madriddə keçirdiyimiz dəstək aksiyasında bəzilərinin şəxsi mənafelərini hər şeydən üstün tutduqlarını şahidi olduq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər