Azərbaycanda general vəfat etdi
Dərc olunub:
26-04-2024, 09:15
Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.
Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.
A.Əliyevin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi vurğulanıb.
Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.