Sizin Reklam Burada

Tərəflər razılığa gəliblər

Tərəflər razılığa gəliblərHindistan-Çin sərhədi boyunca Faktiki Nəzarət Xətti (LAC) məsələsinə dair Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü cənab Anurag Srivastava son bir neçə həftə ərzində Faktiki Nəzarət Xətti sərhəd bölgələrindəki vəziyyətlə əlaqədar bir sıra açıqlamalar verərək Hökumətin mövqeyini açıq şəkildə bildirdi.

Hindistan səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Faktiki Nəzarət Xəttinə hörmətlə yanaşmaq və ciddi şəkildə əməl etmək sərhəd bölgələrində sülhün və əmin-amanlığın əsasını təşkil edir. Hindistan və Çin tərəfindən 1993-cü ildən bəri bağlanmış bir neçə müqavilə bunu qətiyyətlə təsdiqləyir. 26 iyun tarixli açıqlamasında, o qeyd etdi ki, Çin qüvvələrinin bu ilki davranışları, o cümlədən böyük qoşunların yerləşdirilməsi və davranışdakı dəyişikliklərin əsassız və səbəbsiz iddialarla müşayiət olunması bütün qarşılıqlı razılaşmalara tam riayət edilmədiyini göstərir. Hindistan tərəfinin Faktiki Nəzarət Xəttinə tam hörmətlə yanaşmağa və əməl etməyə sadiq olduğu və Faktiki Nəzarət Xətti boyunca status-kvonun dəyişdirilməsi üçün birtərəfli cəhdlərin qəbul edilməyəcəyini də açıq şəkildə bildirildi.

Xüsusi Nümayəndələrin söhbəti zamanı tərəflər sülh və əmin-amanlığın tam bərpası üçün Faktiki Nəzarət Xətti boyunca qoşunların tamamilə geri çəkilməsi və Hindistan-Çin sərhəd bölgələrində münaqişənin azaldılması istiqamətində müəyyən tədbirlərin görülməsinə dair razılığa gəldilər.

Bu məqsədə sürətlə nail olmaq üçün hər iki tərəf qurulmuş diplomatik və hərbi kanallar vasitəsilə müzakirələr aparır. İyulun 14-də baş komandirlərin görüşünün dördüncü mərhələsi keçirildi və burada da geri çəkilməni təmin etmək üçün planlaşdırılan növbəti tədbirlər müzakirə edildi. Bununla əlaqədar, Hindistan-Çin Sərhəd Məsələlərinə dair Məsləhətləşmə və Əlaqələndirmə üzrə İş Mexanizminin daha bir görüşünün də həmçinin yaxın vaxtlarda planlaşdırılması gözlənilir. Daha əvvəl qeyd edildiyi kimi, sərhəd bölgələrində sülhün və əmin-amanlığın qorunması ikitərəfli münasibətlərimizin əsasını təşkil edir. Beləliklə, Çin tərəfinin Xüsusi Nümayəndələrin razılığa gəlinən ən qısa müddətdə sərhəd bölgələrində sülhün və əmin-amanlığın bərpa edilməsi, eləcə də geri çəkilmə və münaqişənin azaldılması üçün Hindistanla birgə səmimiyyətlə fəaliyyət göstərməsi gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər