Təbrizdə Ermənistanın Baş Konsulluğu açılır
Dərc olunub:
25-04-2024, 11:50
Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hökumətin bu gün keçirilən iclasında məlum olub ki, artıq xərclər smetası təsdiqlənib.
Qərara əsasən, baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6 hissəsi qədər olacaq.