Üç partiya sədri görüşdü
Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının Qərargahında AMİP sədr əvəzi Arzuxan Əlizadə, BAP sədri Elşad Musayev və ALDP sədri Fuad Əliyev arasında görüş keçirilib.
Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, pandemiyanın törətdiyi fəsadlarla bağlı vətəndaşları narahat edən məsələlər, eləcə də Ermənistanın iyulun 12-dən başlayan təxribatları geniş müzakirə olunmuşdur.
Sədrlər həmçinin partiyalar arasında əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparmış və bu istiqamətdə birgə təşəbbüslər çıxış etməyin əhəmiyyətli olduğunu vurğulamışlar.
Görüşdə həmçinin 14 iyul gecəsində vətəndaşların ordumuza və əsgərimizə birlik birlik nümayişi, eləcə də ayrı-ayrı ölkələrdə keçirilən dəstək aksiyaları yüksək qiymətləndirilmişdir.
Partiya rəhbərləri arasında keçirilən görüşdə 14 iyulun Birlik günü elan olunması üçün Prezidentə və Azərbaycan Respublikası Milli Məclisinə müracitə edilməsi məqsədilə siyasi partiyalara, Qeyri Hökümət Təşkilatlarına, KİV nümayəndələrinə, o cümlədən də ziyalılara çağırışlar edilməsi qərara alınmışdır.