Sizin Reklam Burada

Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb

Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıbSamir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri


Bildiyimiz kimi cari ilin 22 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə getmişdir. Səfər çərçivəsində dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüş keçirmiş, iki dövlət arasında münasibətlərin dərinləşməsi və mövcud əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Həmçinin hər iki dövlət başçısının iştirakı ilə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş keçirilmişdir.

Görüşdə çıxış edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yarım əsr bundan əvvəl inşasına başlanılmış və dünyanın ən böyük dəmir yolu arteriyalarından biri olan Baykal-Amur Magistral xəttinin əhəmiyyətindən və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu dəmir yolunun tikintisində göstərdiyi müstəsna xidmətlərindən bəhs etdilər. Çıxışı zamanı dövlətimizin başçısı Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafından məmnunluğunu bildirmiş və xüsusi olaraq qeyd etmişdir ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın xarici siyasətinin başlıca məqsədi milli maraqların müdafiəsidir. Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün bütün sahələrdə olan yarıtmaz siyasəti eyni zamanda xarici siyasətdə özünü daha qabarıq göstərmiş və qonşu dövlətlərlə, xüsusilə Rusiya Federasiyası ilə əlaqələr istənilən səviyyədə qurulmamışdır. Məhz bu fürsətdən istifadə edən mənfur qonşumuz Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmışdır. Son nəticə isə bizim üçün olduqca ağır nəticələnmiş, Qarabağ və ətraf ərazilərimiz düşmən tərəfindən işğal edilmiş və yüz minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Lakin Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıtması Azərbaycanın bütün sahələrdə olduğu kimi xarici siyasətində də köklü dəyişikliklərə gətirib çıxarmış oldu.

Belə ki, qonşu dövlətlərlə o, cümlədən Rusiya ilə əlaqələrimizn genişlənməsi sonrakı dövrlərdə Azərbaycanın xarici siyasətdə əlini gücləndirmiş oldu. Ulu Öndərin layiqli davamçısı Möhtərəm cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişi isə Azərbaycan-Rusiya münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoymuş oldu. Əminliklə deyə bilərik ki, Azərbaycan-Rusiya münasibətlərinin dost və müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi eyni zamanda Qarabağ probleminin də həll edilməsində başlıca rol oynadı. Xüsusilə 22 fevral 2022-ci il tarixində imzalanmış Moskva bəyənnaməsi isə Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin qurulmasında və bu münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasında olduqca əhəmiyyətlidir. Rusiya Federasiyası ilə imzalanmış Moskva bəyənnaməsi Azərbaycanın balanslaşdırılmış yüksək səviyyəli xarici siyasətinin təntənəsi olmaqla yanaşı eyni zamanda dövlət təhlükəsizliyimizin və müstəqilliyimizin əbədi və dönməz olmasının qarantıdır.

Sevindirici haldır ki, bu gün Azərbaycan Ulu Öndərin ideyalarını uğurla davam etdirən Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Milli suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş Azərbaycan regionda sülh və əməkdaşlığın əsas tərəfdaşı rolunu oynayır. Bu baxımdan Rusiya Federasiyası ilə münasibətlərin daha dərinləşməsi istiqamətində cənab Prezidentin Rusiya Federasiyasına səfəri mühüm əhəmiyyət kəsb edir. İnanırıq ki, iki ölkə arasındakı mövcud olan əlaqələrin yeni mərhələyə qədəm qoyması nəticəsində dövlətlərimiz və xalqlarımız arasındakı hərtərəfli əlaqələr bundan sonra daha da möhkəmlənəcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər