Azərbaycanda daha 412 yoluxma, 631 sağalma, 7 ölümAzərbaycanda koronavirus infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 23 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, 6555 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8429, ötən müddət ərzində isə ümumilikdə 698 815 test aparılıb.

Rusiya İranda terror təcrübəsi keçmiş şəxsi Azərbaycana verdiRusiya İranda qanunsuz silahlı dəstələrdə iştirak etməkdə təqsirləndirilən şəxsi Azərbaycana təhvil verib.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

"Azərbaycan tərəfinin tələbi ilə Rusiya Federasiyasının Baş Prokurorluğu Mehdi Şükürovu cinayət təqibi üçün təhvil verdi" deyə qurumun nəzarət idarəsindən bildirilib. O, Azərbaycan Respublikası CM-nin 12.3-cü, 214-3.1-ci ("terrorizm məqsədi ilə təlimlərin keçirilməsi") və 12.1-ci, 279.1-ci ("qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak") maddələri ilə ittiham olunur.

İstintaqın versiyasına görə, M.Şükürov 2016-cı ilin mart ayında Azərbaycanın "Biləsuvar" gömrük buraxılış məntəqəsindən İran ərazisinə keçib və orada qanunsuz silahlı birləşmələrə qoşulub. O, terror cinayətləri törətmək üçün odlu silahdan, partlayıcı maddələrdən və digər texniki vasitələrdən istifadə etmək üçün təlim keçib. Onun Rusiya ərazisində olduğu müəyyən ediləndən sonra Azərbaycanın Baş Prokurorluğu tərəfindən təqsirləndirilən şəxsin verilməsi barədə sorğu göndərilmişdi. Həmin sorğu 2020-ci ilin martında təmin edilmişdi.
Putinlə danışıqlar nəticə verdi – Türkiyədən Qarabağ mesajıİşğalçı Ermənistandır. Bizim hörmətli Prezidentimiz dünən bunu açıq şəkildə hörmətli Putinə izah edib.

Axar.az xəbər verir ki, bunu “CNN Türk”ə müsahibəsi zamanı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın deyib.

“Biz Azərbaycanın yanındayıq. Bizim Prezidentin münasibəti belədir, buna bir damcı da şübhə yoxdur. Azərbaycana təhdidin haradan gəlməsindən asılı olmayaraq, Türkiyə Azərbaycanın yanında yer alacaq. Bu, diplomatik kanalların bağlanması demək deyil. Deyə bilərəm ki, Putinlə telefon danışığı çox yaxşı nəticələrə gətirib çıxardı”, – deyə o bildirib.
Bu il Azərbaycanda bayram namazı qılınmayacaqKoronavirus pandemiyasına görə bu il Azərbaycanın məscidlərində Qurban bayramı namazı qılınmayacaq.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi bayram namazının evdə qılınmasını tövsiyə edib.

Eyni zamanda vətəndaşlara qurbanlıqları onlayn qaydada sifariş etməkləri məsləhət görülür.

Xatırladaq ki, Azərbaycanda 31 iyul və 1 avqustda Qurban bayramı qeyd ediləcək. Bayramın ikinci günü həftənin şənbə gününə düşür. Beləliklə bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.
Çoxdan gözlədiyimiz o mübarək gün gəlib çatdıƏlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikaları Bakıya və Naxçıvana gəldi. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.

Qardaş ölkənin əsgər və zabitlərinə "Xoş gəlmisiniz" deyirik. Birgə təlimlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin və hərbi-texniki əməkdaşlığının təsdiqi və təntənəsidir. Keçirilən hər yeni təlim qardaşlıq əlaqələrimizi daha da möhkəmləndirir. Türkiyə və Azərbaycan ordularının növbəti hərbi təlimlərinin başlaması bir daha qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olacağının mesajıdır. Odur ki, Tovuz döyüşlərindən sonra Türkiyənin qətiyyətli mövqeyindən qorxuya düşən ermənilərin bu təlimlərə necə reaksiya vermələri, Ermənistan KİV-lərinin və ekspertlərinin bu gün başlayan hərbi təlimləri fərqli mövqedən şərh etməyə çalışmaları və xüsusən də Tovuz hadisələri fonunda bunu özlərinə qarşı təhdid adlandırmaları bizi əsla qayğılandırmamalıdır. Tovuz döyüşləri bitər-bitməz, Rusiya və Ermənistan birgə hərbi təlimlərə başladılarsa, Azərbaycan və Türkiyənin də birgə təlimlərə başlaması tamamilə anlaşılandır və bu iki qardaş ölkənin təbii haqqıdır. Biz birgə təlimlər keçirmək üçün üçüncü ölkələrdən icazə almalı deyilik.

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında hərbi əməkdaşlıq haqqında saziş mövcuddur. Bu təlimlər də həmin sazişə əsasən vaxtaşırı keçirilir. İşğalçı Ermənistan bundan təşvişə düşürsə, qoy düşsün.
Azərbaycan-İndoneziya İş Adamları Assosiasiyası (AZİNBA) təsis olunub23 iyul 2020-ci il tarixində Azərbaycan və İndoneziya işadamlarının qarşılıqlı işbirliklərinin daha da səmərəliləşdirilməsi, stimullaşdırılması, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək yeni bir ictimai birlik təsis edildi. Azərbaycan-İndoneziya İş Adamları (Biznesmenləri) Assosiasiyası (AZİNBA) adlandırılan ictimai birliyin təsisçiləri sahibkar, ictimai fəal Emin Əliyev və sosiologiya araşdırmaçısı və ictimai fəal Yusif Nəbiyevdir.

Emin Əliyev eyni zamanda İctimai Birliyin sədridir.

Azərbaycan və İndoneziya xalqlarının dostluq əlaqələrinin çox dərin tarixi köklərinin olduğunu deyən Emin Əliyev bildirdi ki, İndoneziya dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir. İqtisadi artım tempinə görə hal-hazırda dünyada üçüncü yerdə olan İndoneziya ölkəmizin haqq səsinin daha böyük areala çatdırılması üçün hər zaman öz dəstəyini göstərmişdir.

2017-ci ildə İndoneziyaya işgüzar bir səfərimiz oldu. Burada bir neçə ixtisaslaşmış biznes assosiasiyaları ilə danışıqlar apardıq. Xeyli görüşlər keçirdik, Azərbaycanla bağlı təqdimatlar etdik. Bundan başqa Azərbaycanı özünün ikinci vətəni sayan İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Husnan Bey Fananienin təşəbbüsü ilə ölkəmizə indoneziyalı iş adamlarının səfərləri zamanı müxtəlif tədbir və görüşlərdə iştirak etdik.
Azərbaycan-İndoneziya İş Adamları Assosiasiyası (AZİNBA) təsis olunub
Apardığımız təhlillər nəticəsində iki ölkə arasında biznes əlaqələrinin inkişaf perspektivlərinin böyük olduğunu müəyyən edərək bu qərara gəldik ki, belə bir ictimai birliyin təsis edilməsinin tam zamanıdır. Onu da qeyd edək ki, eyni formatlı təşkilat İndoneziyada da təsis ediləcəkdir və bu təşkilatlar iki ölkə arasında əlaqələrin inkişafına xidmət edəcəkdir. İndoneziya tərəfdən bu təşkilatın idarəçilyini məhz Husnan Bey Fananie öz üzərinə götürmüşdür. Belə ki, o qısa bir müddətdən sonra ölkəmizdəki diplomatik missiyasını başa vuracaq, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafı üçün fəaliyyət göstərmək üçün AZİNBA-nın İndoneziya tərəfdən koordinasiyasını təşkil edəcəkdir.

Qeyd edək ki, İctimai Birlik artıq dövlət qeydiyyatına alınmaq üçün qanunvericiliklə tələb edilən sənədləri toplayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bölmələrinə təqdim etmişdir.
Razi Nurullayev AXCP adından imtina etdiDeputat Razi Nurullayevin sədr olduğu partiyanın onlayn qurultayı keçirilib.

Avrasiya.net xəbər verir ki, qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası adından imtina edilib.

Həmçinin qurultayda Milli Cəbhə Partiyasının (MCP) təsis edilməsi haqqında qərar qəbul olunub.

“Bu addımla biz müxalif düşərgədə ilk həmrəyliyin yaranması istiqamətində addım atmış oluruq. Bütün hərəkatçıları və sağlam cəbhəçiləri çaşqın və məşəqqətli durumda olmaqdan xilas olmağa, birləşmək istiqamətində sağlam düşüncəyə səsləyirik. Eyni zamanda fəal siyasi kəsimə seçim üçün imkan yaradırıq ki, siyasi mübarizələrini sağlam formada və millətə sevgi və dövlətə etiqad prinsipində olan bir partiyada davam etdirə bilsinlər. Hesab edirik ki, MCP-nin yaranması ilə siyasi qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıq mümkündür” – qurultayın bəyannaməsində bildirilib.
Baş Prokurorluğun yeni mətbuat katibi təyin edilibBaş Prokurorluğun Mətbuat Xidmətinin yeni rəhbərinin təyinatı təsdiqlənib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Günay Səlimzadə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı Report-a təsdiqləyib.

Qeyd edək ki, ötən ay Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib, Günay Səlimzadəyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.
İlham Əliyev yeni konsul təyin etdiAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Nərminə Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.
AVMA muzeylərə virtual ekskursiya təşkil edir “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi (AVMA İB)Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə müsabiqəsinin qalibi olub.

Bu fonda AVMA koronavirus pandemiyası şəraitini nəzərə almaqla, "Keçmişdən gələcəyə, toplaşaq muzeylərə” - Region muzeylərinə virtual ekskursiyaların təşkili, muzey mədəniyyətinin inkişafına dəstək layihəsinə start verib. Layihə üzrə Gədəbəy, Quba, Qəbələ, Şamaxı, İsmayıllı rayonlarında yerləşən muzeylərlərdən 01 iyul - 01 noyabr 2020-ci il müddəti çərçivəsində canlı yayımlar və çəkilişlər təşkil ediləcək, əhali virtual olaraq muzeylərə ekskursiya edə biləcəklər.

Layihənin məqsədi valideynlər, uşaq və gəncləri, ailələri muzeylərimizlə virtual tanış etmək, muzeylərə marağı kütləviləşdirmək, muzey mədəniyyətinin inkişafına dəstək vermək, övladlarımıza tarix və mədəniyyətimizə sahib çıxmağı öyrətmək, ictimaiyyətin diqqətini muzeylərin problemləri və inkişafına yönəltmək, muzeylərimizi sosiallaşdıraraq cəmiyyətdə əhəmiyyətini yüksəltməkdir.