Daha 363 nəfər koronaya yoluxdu, 622 nəfər sağaldıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, 6 288 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 817, ötən müddət ərzində isə ümumilikdə 708 632 test aparılıb.
General Həşimov necə şəhid oldu? – Türk ekspertdən sensasiyaŞəhid general Polad Həşimov 2016-cı il Aprel döyüşləri zamanı Talış kəndi yaxınlığında ələ keçirdiyi bölgələrdən birindən çəkilməsi barədə daxildən birisi ilə çox ciddi mübahisə etmişdi. Hətta ondan ələ keçirilən yerə sancılan Azərbaycan bayrağını götürmək istənilmişdi. Bu hadisədən sonra istefa versə də, Prezident İlham Əliyev xəbər tutaraq, onun istefasını qəbul etməmiş və Həşimovu dərhal vəzifəsinə geri qaytarmışdı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur hərbi eksperti Abdullah Ağar yazıb.

O, Aprel savaşı zamanı göstərdiyi şücaətə görə Talış kəndindəki postlardan birinə onun adının verildiyini xatırladıb.

Ağar, həmçinin Həşimovun Azərbaycandakı rusiyayönlülər tərəfindən (qeyd edək ki, Səfər Əbiyevin dönəmində Polad Həşimova qarşı ədalətsizliklər edildiyi, hətta rütbəsinin aşağı salındığı haqda məlumat var – red.) sevilmədiyini də bildirib.

“General-mayor Həşimovun şəhid olduğu hadisədə yerləşdiyi komanda qərargahı cəbhə xəttinin 31 kilometr gerisindədir. Yəni general-mayor Həşimovun sərhəd xəttindən hava yolu ilə 31 kilometr içəridə bir silahlı pilotsuz uçan aparatla vurulduğu iddia edilir. Standart silahlı PUA əməliyyatlarında belə şey mümkün deyil. Bir silahlı PUA-nın hədəfi izləməsi, aşkarlaması, analizi olmadan belə dəqiq atəş həyata keçirməsi mümkünsüz. Belə olan halda belə dəqiq atəşin digər parametrlərinə diqqət etməyə ehtiyac yaranır. Yəni düşmən hərbi kəşfiyyatı, hədəfi göstərmək! Belə dəqiq atəş ancaq Həşimovun yerini anlıq və dəqiq olaraq bildirən informasiya, kəşfiyyat məlumatı nəticəsində həyata keçirilə bilər. Hücumdan 15 dəqiqə öncə generalın bəzi şəxslərlə görüşdüyü ifadə edilir. Bu informasiyaya əsaslansaq, silahlı PUA hücumuna məruz qalaraq şəhid olan Həşimovun yeri haqqında məlumatın bunun sayəsində təyin edildiyi və bunun da Rusiya nəzarətində erməni silahlı PUA-larına ötürüldüyü iddia edilir”.

Ağar yazısında Aprel döyüşlərində və Tovuzda daha çox Türkiyədə təhsil alan zabitlərin şəhid olmasına diqqət çəkib və bunun nəzarətdə saxlanılması gərəkdiyini qeyd edib:

“Türkiyə Türkiyədə təhsil alan azərbaycanlılar da daxil olmaqla, Türkiyəni sevən qardaşlarını qorumalıdır”.

Ağar, həmçinin Azərbaycan dövlətinin son dövrlərdəki yürütdüyü siyasətin Rusiyanı narahat edə biləcəyini də istisna etməyib:

“Azərbaycan dövlətinin son dövrlərdə həyata keçirdiyi siyasət Rusiyanı narahat edə bilər. Azərbaycanın geniş iqtisadi layihələri və təbii qaz və neftdən gəlirlərlə ticarət həcmini genişləndirməsinə görə dövlət idarəçilərinə mesaj kimi Tovuz təxribatı törədilə bilər”.

Ağarın fikrincə, Azərbaycanın qarışmasını istəyən güclər mövcud vəziyyəti fürsət bilib, FETÖ, PKK və radikal-islamçı qruplardan istifadə edərək, xalqı provokasiyaya çəkmək istəyə bilərlər.

Hərbi ekspertin sözlərinə görə, Türkiyənin Azərbaycana kömək etməsi üçün ilk növbədə statusun formalaşdırılması gərəkdir:

“Azərbaycanın məruz qaldığı basqılara qarşı tədbirlərin görülməsi vacibdir. Çünki Bakı yeni hücuma məruz qalmaq, yeni qeyri-stabilliklə toqquşmaqla çox qayğılıdır”.

Ağar Prezident və Müdafiə naziri ilə birlikdə çalışacaq türkiyəlilərdən ibarət xüsusi müşavir heyətinin formalaşdırılması gərəkdiyini söyləyib:

“Azərbaycan üçün həll mahiyyətində olacaq bir hədəf müəyyən edilməsi önəmlidir. Bu hədəf müstəqil Azərbaycan Respublikası ilə Türkiyə arasında sərhəd qonşuluğuna imkan yaradacaq formada Naxçıvan və Qarabağ üzərindən Azərbaycana uzanacaq bir dəhliz açılması ola bilər. Bu vəziyyət xalqın da dəstəyini alacaq, yarana biləcək gərginliyin önünü kəsəcək. Əks təqdirdə hadisələrin gedişinə görə həmlə həyata keçirəcək qüvvələr əvvəl-axır Azərbaycana ciddi ziyan vura bilər. Azərbaycan belə vəziyyətdə torpağını işğaldan azad etməyə ümid edərkən, yeni işğal riski ilə qarşılaşa bilər. Unudulmamalıdır ki, 30 il öncəki Qarabağ savaşı Türkiyənın türk dünyası ilə əlaqəsini kəsmək üçün həyata keçirilmişdi. Bu gün də bənzər geosiyasi hiylələr qüvvədədir. Türkiyə ilə türk dünyası arasında bağı qopartmalarına rəğmən Türkiyə ilə Azərbaycan arasında Tovuz keçidini təzyiq altına alaraq destabilizasiya etmək üzərindən bəzi hiylələrə cəhdlər edirlər. Məsələ son dərəcə həssas və önəmlidir”.

Qeyd edək ki, general Aydəmirov da general Həşimovun şəhid olması ilə bağlı olayın hərbi rəhbərlik tərəfindən ciddi araşdırıldığını qeyd etmişdi.
Əhməd Obalı: " Sevinc Osmanqızı etikanın, əxlaqın ziddinə mənim səsimi..." VİDEO CAVABGünazTV rəhbəri Sevinc Osmanqızına cavab verdi, onu ermənilərə dəstəkdə suçladı və göndərdiyi səs yazısının sirrini açdı

Sevinc Osmanqızı son vaxtlar erməniləri dəstəkləyən, qarşıdurmaların baş verməsində Azərbaycanı, rəsmi Bakını günahlandıran açıqlamalarla çıxış edir.

Musavat.com xəbər verir ki, o, azərbaycanlıların dünyanın müxtəlif ölkələrində ayağa qalxaraq erməni təcavüzkarlığına qarşı etiraz aksiyaları keçirməsi və ermənilərin provokasiyarına cavab verməsini yanlış addım kimi qələmə verir.

Şəhid Osman Mirzəyevin qızı olan jurnalistin bu fikirləri təkcə həmvətənlərimiz deyil, Güney azərbaycanlılar tərəfindən də qəzəblə qarşılanıb.

Belə ki, Güney Azərbaycan türklərinin liderlərindən biri, GünazTV-nin sahibi, ABŞ-ın Çikaqo şəhərində yaşayan Əhməd Obalı Sevinc Osmanqızını məlum çıxışına görə qınayıb, öz "Youtube" kanalı vasitəsilə erməni vəhşiliyinə haqq qazandıran şəhid qızına tutarlı cavab verib.

Əhməd Obalı öz çıxışında bir məqama da toxunub.

Sevinc Osmanqızının "...etikadan, əxlaqdan kənar" onun səsini montaj edərək, özü istədiyi şəkildə efirə verməsini kəskin şəkildə qınayıb. O deyib ki, Sevinc Osmanqızına məlum çıxışından sonra zəng edib, lakin telefonu bağlı olduğu üçün "whatsapp"la səs göndərib. Ə. Obalı öz çıxışında həmin səs yazısını da səsləndirib. Məlum olur ki, orada o, Sevinc Osmanqızına efirə verdiyi çıxışı ilə bağlı fikir bildirir. Sakit, mədəni, lakin tənqidi. Və həmin çıxışın ermənilərin xeyrinə olduğunu qeyd edərək onun efirdən qaldırılmasını xahiş edir.

KANAL 5 sözügedən videonu təqdim edir:
DTX "Muxtar" ləqəbli terrorçunu həbs etdiAzərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir.

DTX-dən Avrasiya.net-ə daxil olan məlumatda bildirilir ki, xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.

Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Mehdi Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1,279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmişdir.

Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılmış və 2020-ci il iyulun 28-də Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur.

Hazırda cinayət işi üzrə araşdırma davam edir.
İlham Əliyev Balakənə getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfər edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

“Ölkədə yaranmış su problemi aradan qaldırılır" - Komitə sədri"İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Bu görüşün əsas məqsədi su təsərrüfatında mövcud olan problemlərin müzakirəsi, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqların bundan sonrakı illərdə aradan qaldırılmasıdır".

Avrasiya.net xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri bildirib ki, ölkə başçısı xalqı narahat digər sahələrdə də mövcud problemlərin aradan qaldırılması istiqamətində işləri davam etdirir: " Su təchizatı məsələsi prioritet problemlərdən biridir. İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizdə enerji qıtlığı mövcud idi və biz idxaldan asılı idik. Ölkə başçımızın gördüyü işlərin nəticəsi olaraq isə bizim əlavə ixrac imkanlarımız da yaranıb. Ölkəmizdə ekologiyanın yaxşılaşdırılması üçün bir sıra işlər görülməkdədir. Su infrastrukturunu yaşxılaşdırmaq üçün nəhəng layihələr həyata keçirilib ki, onlardan biridə Oğuz-Qəbələ-Bakı su kəməridir. Bu kəmərin çəkilişi minlərlə hektar sahənin suvarılmasını, xalqı içməli su ilə də təmin edib".

Deputatın sözlərinə görə, keçən illərdə yaranmış quraqlıq nəticəsində böhranlı vəziyyət əkin sahələrinin su ilə təhcizatında problemlər yaradıb: "Bu problemləri aradan qaldırmaq üçün möhtərəm prezidentin bir sıra göstərişləri olub. O cümlədən rayonlarda artezan quyularının qazılması, suyun təkrar emalı bu sahədə müasir tələblərə cavab verən yüksək keyfiyyətli emal qurğularının alınması. Ekologiyanın qorunması sahəsində çalışan təşkilatların bu işə cəlb olunması, qeyri hökümət təşkilatların qüvvəsindən istifadə olunması alimlərin biliyindən istifadə olunmaqla onlarında bu işə cəlb olunması. Bu gün dünyanın düçar olduğu koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda bu bəladan bizim ölkəmizədə pay düşür. Xalqımızı bu bəladan xilas etməyin əsas amillərindən biridə təmiz su ilə təmin olunmasıdır.Aidiyyatı qurumlar, qeyri hökümət təşkilatları və bütün ictimaiyyət bu çətinliyin aradan qaldırılması üçün birlik olmalıyıq".

Bakıda jurnalistin evindən oğurluq olub - FOTOAPA İnformasiya Agentliyinin müxbiri Ramiz Mikayıloğlunun yarımtikili həyət evindən oğurluq olub.

Avrasiya.net-in məlumatına görə, hadisə iyulun 27-də baş verib.

Həyət evindən alüminium materialdan hazırlanmış pəncərələr xüsusi alətlərlə sökülürək oğurlanıb. Ümumilikdə dəyən ziyanın məbləği 2500 manatdan çoxdur.

Faktla bağlı Binəqəd Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.
Şuranın əməkdaşı layihələrdə çalışan işçilərin əmək haqqının hesablanması qaydasını şərh edibAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Toğrul Turabov layihələrdə çalışan işçilərin əmək haqqının hesablanması qaydasını şərh edib.

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

Toğrul Turabov yazıb:

Bildiyiniz kimi layihələrin böyük qisminin icrasına 01 iyul 2020-ci il tarixdən başlanılmışdır.Artıq 1 ayın tamamında təşkilatlar tərəfindən əmək müqaviləsi bağlanmış işçilərə əmək haqqı ödənişi və dövlət büdcəsinə ödənişlər olunmalıdır. Bu halla bağlı hesablama apararkən, aşağıdakı qaydalara istinad edilməlidir.

Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant vəsaitindən ödənilən əmək haqlarının vergiyə cəlb olunması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məktubla müraciət etmişdir. Cavab məktubuna əsasən Şura ilə bağlanmış qrant müqaviləsinin icrası ilə bağlı qeyri-hökumət təşkilatlarına əmək müqaviləsi əsasında cəlb olunan işçilərə əmək haqlarından gəlir vergisi Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq güzəştli dərəcələrlə hesablanır:

101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

- Vergiyə cəlb edilən aylıq gəlir 8000.00 manatadək olduqda 0 %, 8000.00 manatdan çox olduqda isə 8000.00 manatdan çox olan məbləğin 14%-i;
İşçinin hesabından tutulan sosial siğorta haqqı: 6.00+((əmək haqqı-200.00)*10%) düsturuyla hesablanacaq.

İşəgötürən tərəfindən ödənilən sosial siğorta haqqı 22% deyil, 44.00+((əmək haqqı-200.00)*15%) düsturuyla hesablanacaq.

Təsdiq edilmiş xərclər smetasında nəzərdə tutulmuş DSMF 22% xərc maddəsindən artıq qalan məbləğin xərclər smetasında nəzərdə tutulan başqa xərc maddəsinə yönəldilməsiylə bağlı rəsmi müraciət etməyiniz tövsiyə olunur.

Misal. "X" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bağlanmış qrant müqaviləsinə əsasən xərclər smetasında əmək müqaviləsi əsasında "Layihə rəhbəri" vəzifəsinə əmək haqqı 300.00 manat olan işçi cəlb etmişdir.Əmək haqqının hesablanma qaydası aşağıdakı kimidir:

Gəlir vergisi - tutulmur
İşçinin hesabından tutulan sosial siğorta haqqı - 6.00+((300.00-200.00)*10%)=6.00+10.00=16.00 manat
İşsizlikdən siğorta haqqı - 300.00*0.5%=1.50 manat
İşçiyə ödəniləcək məbləğ= 300.00-16.00-1.50=282.50 manat
İşəgötürən tərəfindən ödənilən sosial siğorta haqqı - 44.00+((300.00-200.00)*15%)=44.00+15.00=59.00 manat
İşəgötürən tərəfindən ödənilən işsizlikdən siğorta haqqı - 300.00*0.5%=1.50 manat.
İran yer altından ballistik raketlərini buraxdıİran hərbçiləri Fars körfəzində keçirilən təlim zamanı yerin altından ballistik raket buraxılışı həyata keçiriblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Tasnim” agentliyi yayıb.

Qeyd edək ki, dünən Fars körfəzi və Hörmüz boğazında SEPAH-ın “Böyük peyğəmbər 14” təliminə start verilib.
“Nezavisimaya qazeta” Türkiyənin Azərbaycana diviziya yeritdiyini yazırBu gün iyulun 29-da Azərbaycan ərazisində Türkiyə ilə birlikdə iki ölkə silahlı qüvvələrinin irimiqyaslı hərbi təlimləri başlayır.

Virtualaz.org xəbər verir ki, Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr fonunda keçirilən bu təlimlər Türkiyənin Azərbaycana açıq hərbi dəstəyi kimi qarşılanır və təkcə Ermənistanda deyil, Rusiyada da yaxından izlənməkdədir.

“Nezavisimaya qazeta” yazır ki, Azərbaycan KİV-lərinin xəbərlərinə görə, Naxçıvana Türkiyə ordusunun 11 minlik qruplaşması daxil olub. “Əgər bu məlumatlara inansaq o zaman diviziya gəlib və bu, sayca Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında dislokasiya olunmuş canlı qüvvəyə bərabərdir. Amma telekadrlara və Türkiyə ordu kalonunun Naxçıvana daxil olmasını əks etdirən videoroliklərə əsasən hazırda Naxçıvandakı Əlahiddə Ümumqoşun ordunun qarnizonlarında (zirehli obyektlərin, treylerlərin və avtobusların sayı nəzərə alınarsa) hazırda Türkiyə ordusunun təxminən 1000 nəfərlik batalyon taktiki qruplaşmasının yerləşdirildiyini təxmin etmək olar. Taktiki normativlərlə bu qruplaşma Ermənistan ərazisindəki istənilən hədəfi vura bilən reaktiv yaylım atəşi sistemləri və zərbə aviasiyası ilə gücləndirilə bilər. Yerli KİV-lərin xəbərlərinə görə, Azərbaycanın digər regionlarına da hava yolu ilə Türkiyə ordusunun əlavə bölmələri, hərbi təyyarələr və vertolyotlar çatdırılıb. Bu bölmələr Bakı yaxınlığında, habelə təmas xətti və Ermənistanla sərhəddəki poliqonlarda manevrlərdə iştirak edəcəklər.

Oradakı türk əsgər və zabitlərinin sayı nisbətən kiçikdir-hər istiqamət üzrə hərəsində 30-50 nəfər olmaqla bir-iki bölmədən çox deyil. Türkiyə aviasiyasi manevrlərdə hansı miqyaslarda iştirak edəcək, bu haqda məlumat yoxdur.

Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, HHM vasitələrini, habelə düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Və Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub. Həmin vaxt Azərbaycan HHQ-nin komandanı, general Ramiz Tahirovun rəhbərliyi ilə hərbi heyət Ankarada danışıqlar aparıb. Bir həftə sonra, iyulun 22-də Türkiyənin Milli Təhlükəsizlik Şurası bəyannamə qəbul edərək Ermənistanın illərdir işğal altında saxladığı ərazilərin azad edilməli olduğunu bildirib. Prezident Ərdoğan tərəfindən imzalanmış sənəddə deyilir ki, Türkiyə qardaş Azərbaycan xalqının öz ədalətli mübarizəsində seçdiyi istənilən həll yolunu dəstəkləyəcək.

Qəzet daha sonra yazır ki, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə irimiqyaslı manevrlərinin Ermənistanla mümkün müharibəyə məşq olduğu məlum deyil. Lakin bu təlimlər postsovet dövrünün ən irimiqyaslı təlimləridir və Azərbaycanla Ermənistan arasında münaqişənin qızışdığı bir vaxtda keçirilir.

“Bakıdan və Ankaradan səslənən bəyanatlara əsasən Azərbaycan-Türkiyə qruplaşmasının fəaliyyəti hücum xarakterli olacaq və Ermənistanın, habelə ola bilsin onun müttəfiqlərinin aqressiv davranışlarını cilovlamaq xarakteri daşıyacaq”,-qəzet yazır.

90-cı illərdə Rusiyanın Zaqafqaziyadakı qoşun qruplaşmasının komandan müavini olmuş general-leytenant Yuri Netkaçev qəzetə açıqlamasında deyib ki, Ermənistandakı 102-ci bazanın bölmələrinin daim bu ölkənin ordusu ilə əlaqəli hərəkət etdiyi sirr deyil. İndi isə Rusiya və Ermənistan qüvvələri Kamxud və Alagöz poliqonlarında birgə təlimlər keçirirlər. Bu təlimlər Rusiya ordusunun planlaşdırılan “Qafqaz-2020” təlimlərinə hazırlıq məqsədi daşıyır.

“Əgər Naxçıvan istiqamətindən erməni ordusunun qarnizonlarına və mövqelərinə zərbələr mümkün olacaqsa onlar yəqin ki, Ermənistandakı Rusiya bölmələrini də təhdid edəcək. Ona görə də indi ancaq münaqişə tərəflərinin sağlam düşüncəsinə ümid etmək qalır”,-general deyib.