Sizin Reklam Burada

BƏƏ artıq beynəlxalq turistləri qarşılamağa başlayır

BƏƏ artıq beynəlxalq turistləri qarşılamağa başlayırBƏƏ hava limanına gələnlər üçün məcburi PZR testinin keçirilməsini elan edir

BƏƏ hansı ölkədən gəlməsindən asılı olmayaraq, hava limanı vasitəsi ilə buraya səfər edən və o cümlədən tranzıt sərnişinləri üçün COVID-19 testinin edilməsinin məcburi olduğunu elan edir. 12 yaşadək olan uşaqlar, həmçinin orta və ağır dərəcəli əlilliyi olan şəxslər etibarlılıq müddəti 96 saat olan test tələbindən azad edilir. Qərar avqustun 1-dən qüvvəyə minəcək.

BƏƏ səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, bütün sərnişinlər üçün PZR testlərinin tələb edilməsi qərarı BƏƏ-nin pandemiya müddətində həm sərnişinləri, həm də aviasiya sənayesini qoruyacaq təhlükəsiz və məsuliyyətli səyahət tədbirləri qurmaq əzmini əks etdirir. Bu tədbirlər sənaye rəhbərləri, hökumət nümayəndələri və səhiyyə orqanları arasında keçirilmiş geniş məsləhətləşmələrdən sonra qəbul edilmişdir. Bütün risklərin qarşısını almaq mümkün olmasa da, bu tədbirlər elmi cəhətdən riskləri azaltmaq üçün hazırlanmışdır.

Aparıcı nəqliyyat mərkəzi kimi BƏƏ təhlükəsiz qlobal səyahət və əlaqələrin bərpa edilməsində öz rolunu oynamağa qərarlıdır. Testlərin aparılması üzrə dünyanın ən yüksək nəticəyə sahib ölkələrindən olması, zəif yüklənmə və ciddi sağlamlıq arayışları sayəsində BƏƏ səyahət etmək üçün dünyanın ən təhlükəsiz ölkələrindən biridir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər