Sizin Reklam Burada

Kreml Kadırov üçün varis tapıb

Kreml Kadırov üçün varis tapıbKreml Çeçenistan rəhbəri Ramzan Kadırovun varisi ilə bağlı qərar verib.

Bu barədə "Novaya Gazeta Europe" nəşri yazıb.

Nəşrin araşdırmasıa görə, onu "Axmat" xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinov əvəz edə bilər.

Aprelin 16-da prezident Vladimir Putin Alaudinovun Rusiya Müdafiə Nazirliyi Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Nəşr xatırladır ki, 2023-cü il dekabrın 18-də Moskvada "Vahid Rusiya"nın qurultayı keçirilib və orada nümayəndələr Putinin beşinci müddətə prezidentliyə namizədliyini dəstəkləyiblər. Qurultayda Alaudinov da çıxış edib. O, xüsusilə ənənəvi dəyərlərdən və dindən danışıb.

Məlumatda iddia edilir ki, R.Kadırovun səhhəti tam sağalmağa ümid vermir. Ona mədəaltı vəzinin nekrozu diaqnozu qoyulub. Həmçinin bildirilir ki, 2023-cü ildə Kadırov qəbul etdiyi dərmanın həddindən artıq dozası səbəbindən medikamentoz komaya düşüb. Bundan sonra həkimlər Kadırovun vəziyyətini stabilləşdirə biliblər, lakin onun beyninin müayinəsinin nəticələri "Kadırovun qohumlarını sarsıdıb".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər