Rövşən Lənkəranskinin killerinə 19 il iş kəsdilərMoskvada, Presnenski Val küçəsində 2012-ci ildə adam güllələdiyinə görə həbs edilən kriminal avtoritetə 19 il iş kəsiblər.

Rusiya İstintaq Komitəsinin regional bölməsinin rəsmi nümayəndəsi Yuliya İvanovanın sözlərinə görə, o, cəzasını ciddi rejimli koloniyada çəkəcək.

İstintaqın məlumatına görə, 2012-ci il aprelin 19-da Talıbxanlı Hacıbaba Tahir oğlu (Hacı Beyləqanski) avtomobillə hərəkət edən rəqib kriminal qrupunun üzvlərinə atəş açıb. Avtomobildəki kişi aldığı yaradan keçinib, qadın isə reanimasiyaya yerləşdirilib. Öldürülən şəxs isə Aslan Usoyanın (Ded Hasan) əlaltısı İlqar Əliyev olub.

2018-ci il iyunun 13-də Hacı Beyləqanskini Moskvanın yeganə qadın təcridxanasına salmışdılar. Buna səbəb kimi isə onu mümkün hücumlardan qorumaq istəyi göstərilirdi.

Bildirək ki, 1982-ci il martın 29-da Azərbaycanın Beyləqan rayonunda anadan olmuş Talıbxanlı Hacıbaba Tahir oğlu 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada digər kriminal avtoritet Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gəlib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb.

Bəzi mənbələrə görə, Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri olub və 2013-cü ilin 18 avqustunda Qoca Bakinskini məhz onun əmri ilə qətlə yetirib. / "Sputnik"
Nazir yeni rəis təyin etdiDaxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Nəsimi Cəfərov Daşkəsən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi vəzifəsinə təyin edilib.

O, buna qədər həmin şöbənin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.
Yeni sultan türk çıxdı, bu şirkətləri ölkədən qovdu - ŞokOmanın yeni sultanı Heysem bin Tarıq bin Teymur əl-Səid barədə şok məlumat yayılıb.

Axar.az xəbər verir ki, misirli jurnalist Sabır Məşhur yeni sultanın türk olduğunu bəyan edib.

Bir müddət öncə Türkiyə ilə Omanın razılaşdığı barədə iddia ortaya atan misirli jurnalist Oman sultanının anasının türk olduğunu bildirib. O qeyd edib ki, yeni sultanın atası Tarıq bin Teymur Türkiyədə böyüyüb və bir türk qızı ilə evlənib.

Tarıq bin Teymurun Türkiyə vətəndaşlığına da sahib olduğunu deyən Məşhur onun ana dilinin türkcə olduğunu, ərəb dilini sonradan öyrəndiyini vurğulayıb.

Qeyd edək ki, Oman sultanının Türkiyəyə qarşı cəbhədə yer alan BƏƏ şirkətlərini ölkədən qovması da diqqətdən yayınmayıb.
İŞİD hücumu: general öldüİŞİD İraqın Ənbar vilayətində orduya hücum edib.

Avrasiya.net xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı İraq ordusunun general-polkovniki Əhməd əl-Lami və bir baş leytenant həlak olub.

Bundan başqa, 2 əsgər də yaralanıb.
Pentaqon: İstənilən hücuma cavab verməyə hazırıqBiz İranın təlimləri, təlim zamanı hərəkət etməyən təyyarədaşıyan maketinə hücum haqqında informasiyaya sahibik.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın 5-ci donanmasının rəsmi nümayəndəsi Rebekka Rebariç deyib.

Onun sözlərinə görə, İranın fəaliyyəti məsuliyyətsizlikdir. Rebariç ABŞ-ın konflikt istəmədiyini, amma özünü dənizdən gələn istənilən təhdiddən qorumağa hazır olduğunu bildirib.
Bu gün Azərbaycan-Türkiyə hərbi təlimləri başlayırİyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iki ölkənin hərbi aviasiya vasitələrinin iştirakı ilə təlimlər keçiriləcək.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının Bakıda və Naxçıvanda təlimləri təşkil olunacaq.
Azərbaycandakı 900-ə yaxın QHT birgə MÜRACİƏT yaydıAvrasiya.net Azərbaycan QHT-lərinin müraciətini tqədim edir:

“Azərbaycanın QHT sektoru olaraq son günlər bir neçə ölkədə azərbaycanlıların dinc etiraz nümayişlərinin erməni millətçiləri və diaspor üzvləri tərəfindən hədəfə alınmasından və onlara qarşı fiziki zor tətbiq olunmasından bir daha narahatlığımızı ifadə edirik.

Məlumdur ki, Ermənistan 30 ildir Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamaqda, qaçqın və məcburi köçkün vəziyyətinə salınmış bir milyon insanın hüquqlarını kobud şəkildə pozmaqda, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyət həyata keçirməkdə və tarixi abidələrimizi dağıtmaqda davam edir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymaması və bunun müqabilində işğalçı ölkənin cəzasız qalması və sülh danışıqlarının heç bir nəticə verməməsi artıq münaqişəni dialoq müstəvisindən müharibə həddinə çatdırmışdır.

12-17 iyul 2020-ci il tarixlərində isə Ermənistan işöal olunmuş Dağlıq Qarabağ cəbhə xəttindən tamam uzaq, bir çox beynəlxalq iqtisadi və enerji layihələrin keçdiyi Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq Azərbaycan postlarına hücum etmiş və yüksək rütbəli zabit və əsgərlərimizi, o cümlədən dinc sakinimizi qətlə yetirmişdir. Ermənistanın koronavirus pandemiyası dövründə ölkəmizə qarşı etdiyi hərbi təcavüz xaricdə yaşayan soydaşlarımızın haqlı etirazlarına səbəb oldu və bundan irəli gələrək onlar vətəndaşı olduqları ölkələrdə bu təcavüzə qarşı öz etirazlarını bildirirlər.

Təəssüf ki, yaşadıqları ölkələrin qanunlarına uyğun olaraq dinc nümayişlər keçirən azərbaycanlıların sivil dünyaya öz haqq səslərini çatdırmaq təşəbbüsü Ermənistan rəhbərliyi ilə sıx təmasda olan erməni diaspora nümayəndələri tərəfindən mənəvi və fiziki terrorla qarşılandı.

İyul ayının 21-dən başlayaraq ABŞ-nın Los-Anceles şəhərində, Belçikanın paytaxtı Brüsseldə, Parisdə, Moldovada, Ukraynada, Rusiyada və digər ölkələrdə dinc aksiya keçirən soydaşlarımıza ermənilər olan şəxslər tərəfinfən hücumlar təşkil olunur, azərbaycanlılar həmin şəhərlərdə erməni millətçiləri tərəfindən izlənilir və onlara ciddi xəsarət yetirilir. Bütün bu hücumlar sosial şəbəkələrdə azərbaycanlılara qarşı terrora başlamaq çağırışı və bununla da vəziyyəti gərginləşdirmək, dünya ictimaiyyətinin diqqətini Ermənistanın Tovuza hücumundan yayındırmaq məqsədi daşıyır.

Erməni milliyətindən olan şəxslər yaşadıqları ölkələrin qanunlarını kobud şəkildə pozaraq təşkilatlanmış qaydada Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və diplomatik nümayəndəliklərinə basqın etmiş və səfirliklərin binalarına və əməkdaşlarına ciddi xəsarət yetirmişlər. Bir çox aksiyalarda ASALA terror təşkilatının emblemi və hərbi geyim forması geyinmiş erməni gənclərinin fotoları qeydə alınıb.

Dünyanın gözü qarşısında baş verən, foto və videolarla sübut olunan bu vəhşiliyə, vandalizmə və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına beynəlxalq təşkilatlar, xüsusilə sizi kimi insan haqlarının müdafiəsi istiqamətində ixtisaslaşmış beynəlxalq QHT-lər laqeyd qalmaqda davam edir.

Sizin bu səssizliyiniz və laqeydliyiniz Azərbaycan QHT sektoru arasında təkcə heyrətlə qarşılannmır, həmçinin ciddi narazılıq və suallar doğurur. Necə ola bilər ki, sizin rəhbərlik etdiyiniz qurumlar ölkədə baş verən ən xırda qanun pozuntusuna dərhal reaksiya verir və bununla bağlı beynəlxalq həmrəylik nümayiş etdirirsiniz, ancaq gözünüzün qabağında və ofisinizin qarşısında azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş bu qədər açıq zorakılıq və cinayət hadisələrinə göz yumursunuz?

Azərbaycanlıların yerli qanunvericliyə uyğun olaraq razılaşdırlmış nümayişlər və etiraz aksiyalarına edilən hücumlar nəticəsində xəsarət alan vətəndaşların pozulmuş hüquları sizləri heçmi maraqlandırmır? Sizin susqunluğunuz erməni millətçiləri tərəfindən açıq şəkildə yol verilən nifrət cinayətinin coğrafiyasının genişlənməsinə və nəticələrinin daha ağır olmasına gətirib çıxardır.

Bütün bunları nəzərə alaraq, Azərbaycanın QHT sektoru adından sizlərə müraciət edir, yuxarıda adları qeyd olunan ölkələrdə dinc azərbaycanlılara qarşı erməni milltəçiləri tərəfindən törədilən fiziki terroru, zorakılığını, nifrət cinayətlərini pisləməyə çağırırıq.

Ümid edirik ki, sizlər bizim bu müraciətimizə laqeyd qalmayacaq, ikili satandarlardan və selektiv yanaşmalardan uzaq olduğunuzu sübut etmək üçün bu hadisələrə obyektiv və ədalətli qiymət vermək imkanını qaçırmayacaqsınız”.

Bu müraciət Azərbaycanda fəaliyyət göstərən 876 QHT tətəfindən qəbul olunub.
Azərbaycan türklərində nə çatışmırHəmişə millətimə hörmətim olub və olacaqdır. Çünki mənim millətim türkdür və türk olaraq qalacağam. Kökünə xain çıxan gövdəsiz qalar.

Həmişə fikirləşmişəm, bizdə çatışmayan nədir? Hər bir orqanizm kimi, bütöv bir xalq, bütöv bir millət, bir orqanizmdir. Kütlə bir nəfər tərəfindən idarə oluna bilər. Amma təəssüf ki, bu idarəçilik bizdə hələ yoxdur. İnsanın istər xəstəliyə, istərsə də düşmənə müvaqiməti olmalıdır. Bu müqavimət nədir? Birlikdə idarə olunmaq, birlikdə təsir göstərmək.

Həkim kimi deyim, hesab edin ürək işləyir, ağciyər işləyir, böyrək işləmir, fəlakət olacaq yoxsa yox? Əlbət də olacaq! Bəs bununu tənzim mexanizmi varmı? Var! Baxır hardan idarə olunur! Elə bir mərkəzdən idarə olunmalıdır ki, hər şeyə nəzarət edə bilsin. Bir şeyə nəzarət pozulursa nəticə sıfıra bərabər olacaq.

Nəyə görə dedim?

Bir professor dostum var idi. Fizika-riyaziyyat elmlər doktoru, professor olduğunu dedi. Kvant nərəzəriyyəsi üzrə alim olduğunu bildim. O, öz nəzəriyyəsinə uyğun olaraq bildirdi ki, su 50 -100 metrlik ağacın ən yüksək nöqtəsinə qədər qalxır və axrıncı yarpağı necə su ilə təchiz etdiyini dedi. Mən bir sual verdim. Su əvəzinə neft töksək həmin budağın yarpağına çata bilərmi? Əlbət də çatmaz! Çünki, osmotik təzyiq lazımdır.

Hə, bizdə nə çatışmır. Osmotik təzyiq.Niyə? – deyə bilərsiniz. – Millətin əhval-ruhiyyəsi ölüb, və ya öldürülüb fərqi yoxdur! –onu deyə bilmərəm. –Hansı səbəbdəndir özünüz yaxşı bilirsiniz.

Hesab edin ki, odununuz var, neftiniz də var, amma alışdırmaq üçün alışqan yoxdur. Neyləməlisiniz? Ya alışqan tapmalısınız, tapmadınızsa od üçün topladığınız odunu aparıb zibilliyə atmalısınız, atmayıb neyləyəcəksiniz? Qapıda zibiləmi çevirəcəksiniz? Yox, çevirməyəcəksiniz, məcbursunuz aparıb zibilliyə atasınız, nefti də evdə bir küncə qoymalısınız ki, bəlkə gələcəkdə lazım oldu.

Yaxud, başqa misal deyim; hesab edin, evə gəlirsiniz, əlinizdə də ev üçün müəyyən aldığınız qida məhsulu var. Evə çathaçatsınız. Qəflətən bir it sizə hücüm edir. Siz məcbursunuz itdən qurtulmağa! Nə etməlisiniz? Əlinizdəki yükü tullamalısınız, evin qapısını açmaq mümkün olmadıqda darvazadan aşıb canınızı qurturmalısıniz. Hesab edin darvazanı aşıb qurtuldunuz. Sonra fikirləşirsiniz. Mən necə oldu bu darvazanı aşıb keçə bildim? Başqa vaxt aşa bilməzdim?!

Hə, səbəb budur. Insanda və ya xalqda özünü müdafiə refleksi var. İnsan və ya xalq həyəcanlanır. Həyəcanlandıqdan sonra, onda adernalın adlanan ferment ifraz olunur. Bu ferment insanın və ya xalqın, millətin gücünü artırır. Bu fermentin hesabına kimsə özünü qoruya bilir və ya qurtulur.

Deyə bilərsiniz bəs, “bir millət kimi bizdə nə çatışmır”? Deyimki, “özünü müdafiə refleksi”. O bizdə məhv edilib. Onun yaranma səbəbi ya yüksək həyəcandan, yaxud yüksək əhval-ruhiyyədən aslıdır. Bu milli özünü dərkdən keçir. Hamıya deyirəm, iqtidara da, müxalifətə də, gəlin özümüzü sevək, özümüzü müdafiə edək, yoxsa məhv ola bilərik...

Qalib Şəfahət
Bizim dost, qardaş itirən vaxtımız deyil...Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri

Türk əsgərinin Azərbaycana gəlişini insanlarımız böyük coşqu ilə qarşıladı. Bu gəliş həm düşmənlərə göz dağı verdi, həm də Azərbaycanın çətin günlərində təkbaşına qalmayacağına işarə oldu.

Belə bir zamanda Ayasofiya məsələsi ətrafında yalançı demokrat kəndirbazlığı ilə məşğul olmaq, fürsət düşən kimi Ərdoğana hücum etmək qətiyyən ölkəmizin maraqlarına uyğun deyil. Nəzərə alaq ki, Türkiyənin cumhurbaşqanı Ərdoğandır və məhz onun iradəsi altında bu gün Türk ordusu Azərbaycandadır və məhz onun iradəsilə son hadisələrdə Türkiyə Azərbaycana açıq dəstək verdi. Azərbaycanda xırda vəzifə daşıyana belə söz deməyə qorxanların qardaş Türkiyə rəhbərlərinə hücum etmələri bizə yalnız ziyan gətirə bilər.

Türkiyədə problemlər varmı? - Var. Çoxdurmu?-Bəli.Bu barədə Türkiyəli qardaşlarımız danışsın. Rəhbərlərini qoy onlar tənqid, tərif etsinlər.

Bizim dost, qardaş itirən vaxtımız deyil...
Federasiya prezidentinə nazirlikdə vəzifə verildiMüdafiə Sənayesi Nazirliyinə məxsus Xaçmaz Kondensator Zavodu MMC-nin direktoru Telman Məlikov vəzifəsindən azad edilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, müəssisəyə rəhbərlik Maarif Bağırova həvalə olunub.

O, bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarını qida ilə təchiz edən “Xəzər İaşə” MMC-nin ümumi məsələlər üzrə direktor müavini işləyib. Yeni direktor paralel olaraq Azərbaycan Karate Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.