Sizin Reklam Burada

QHT rəhbəri Milli Məclisin Komitə sədrinin qəbulunda

QHT rəhbəri Milli Məclisin Komitə sədrinin qəbulundaNadir Azəri: Layihə çərçivəsində reallaşdıracağımız işlərlə bağlı silsilə görüşlərə başlamışıq

“Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qaliblərindən biri də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyidir (CASCFEN). Bizim təqdim etdiyimiz layihə bu il imzalanmasının 15-ci ildönümü olan və müasir türk birliyinin əsasının qoyulmasına təkan verən Naxçıvan sazişi, həmçinin türk dünyasının inteqrasiyası istiqamətində görülən işlərin təbliğinə həsr olunub”.

Bunu CASCFEN sədri, Azərbaycan Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri deyib.
O, qeyd edib ki, hazırda layihənin son variantı üzərində işdər gedir və inşallah agentliklə müqavilədən sonra layihənin icrasına başlanılacaq: “Heç şübhəsiz, bundan öncə reallaşdırdığımız layihələr kimi bu layihəni də uğurla həyata keçirəcək və yadda qalan bir layihəyə olacağı üçün əlimizdən gələndə edəcəyik. Onu da qeyd edim ki, layihə çərçivəsində reallaşdıracağımız işlərlə bağlı, həmçinin Eskişehirdə və Naxçıvanda keçirəcəymiz konfranslarda türk dünyasından, o cümlədən Azərbaycandan tanınmış şəxslərin, ictimai-siyasi xadimlərin iştirakı üçün silsilə görüşlərə başlamışıq”.

N.Azəri bildirib ki, məhz bu kontekstdə bu günlərdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın qəbulunda olub: “Öncəliklə mən dəyərli Fazil Mustafaya bizə göstərdiyi xüsusi diqqət və zaman ayırmasına görə minnətdarlıq edirəm. Eyni zamanda deyim ki, bu qəbulda söhbətimiz çox məhsuldar alındı. Fazil Mustafa həm ümumilikdə layihə, həm də Naxçıvan konfransı barədə dəyərli təkliflərini verdi. Komitə sədri həmçinin konfransa dəvət təkilfimizi də məmnuniyyətlə qarşıladı və zaman, o cümlədən iş qrafiki imkan verərsə mütləq tədbirdə iştirak edəcəyini dedi”.

N.Azəri onu da deyib ki bu silsilədən görüşlər davamlı olacaq: “Yaxın günlərdə CASCFEN sədri yanında Məşvərət Şurasının üzvləri olan, türk dünyasının və Azərbaycanın ictimai-siyasi xadimləri ilə də görüşlər keçirib, müzakirələr aparacayıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər