"Sosial şəbəkələrin məsuliyyətsizliyi artıq real təhlükəyə çevrilib"Bunu "Xalq Cəbhəsi" qəzetinə açıqlamasında politoloq Ramiz Alıyev ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında imzaladığı sərəncama münasibətində deyib.

O, bildirib ki, Trampın bu sərəncamı reallığı əks etdirir: "Söhbət təkcə, ABŞ-dan getmir, istənilən ölkədə sosial şəbəkə azaddır və bu azadlıqdan sui-istifadə halları da yetərincədir. Trampın məlum sərəncamı heç də internet azadlığının pozulması kimi dəyərləndirilməməlidir. Əgər internet üzərindən terrora, müharibəyə, qarşıdurmaya, vətəndaşlara təhqir çağırışları varsa, eyni zamanda ictimaiyyətə başqa formada fikirlər çatdırılırsa və bu da çaşqınlıq yaradırsa, bunun qarşısı alınmalıdır".

R.Alıyev qeyd edib ki, sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır: "Götürək bizim ölkəmizi. Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir. Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan bu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir".

Onun fikrincə, sosial şəbəkələr söyüş, qeyri etik davranış, terrora, qarşıdurmaya çağırış platformasına çevrilib. Müxtəlif ölkələrdə sabitliyin pozulması prosesi də buradan idarə olunur: "Elə bundan irəli gəlib ki, bəzi ölkələrdə şəbəkələrdən istifadə məhdudlaşdırılıb, ya da tamamilə qadağan edilib. Məsələn, Çində Facebook, Twitter kimi sosial media tətbiqetmələrinə, Google-a və Vikipediyaya giriş yasaqdır. Rusiya da internet meydanıan ciddi nəzarət edən dövlətlərdəndir. İran da sosial şəbəkələrə girişi qadağan edən ölkələrdən biridir. Türkmənistanda Whatsapp Messenger və Viber, eləcə də Youtube, Facebook, Twitter, Vkontakte qadağandır. Türkmənistan hakimiyyəti ölkədə sosial şəbəkələrin istifadəsinə tənqidi yanaşır. Pakistan Whatsapp, Viber, Skype, Facebook və Youtube kimi şəbəkələr üçün qadağa tətbiq edib. Misir, Vyetnam, Şimali Koreyada da qadağalar mövcuddur. Düzdür, əksəriyyət buna internet azadlığının pozulması kimi yanaşır. Ancaq əgər internet üzərindən terrora, müharibəyə, qarşıdurmaya, vətəndaşlara təhqir çağırışları varsa, bunun qarşısı alınmalıdır".

Politoloq sonda qeyd edib ki, sosial şəbəkələrin məsuliyyətsizliyi artıq real təhlükəyə çevrildiyindən bu özbaşınalığa son qoyulmalıdır. Artıq beynəlxalq və ölkələr səviyyəsində bu istiqamətdə iş görməyin, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilməsinin zamanıdlr: "Bu qanunlar bir ölkəni yox, bütün dünyanı sosial şəbəkə təhlükəsizliyindən qorumuş ola bilər".

Ermənistanın bu cəzasızlığı nə vaxta kimi davam edəcək? - Azay Quliyevdən ATƏT-in Baş katibinə sual Mayın 29-da ATƏT Parlament Assambleyası (ATƏT PA) rəhbərliyinin videokonfrans formatında görüşü keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə ATƏT PA-nın rəsmi saytı məlumat yayıb.

Onlayn tədbir çərçivəsində COVID-19 pandemiyası dönəmində çoxtərəfli diplomatiya, dövlətlərarası dialoq və qarşılıqlı əlaqələrin davamlılığının təmin edilməsi, eləcə də regionda davam edən münaqişələrin həlli və təhlükəsizliyə dair ATƏT-in hər 3 ölçüsü (hərbi-siyasi; iqtisadi və ətraf mühit; insan ölçüsü) üzrə fəaliyyətin davam etdirilməsinin mümkün yollarına dair müzakirələr aparılıb.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev iclasda çıxış edərək bir sıra vacib məsələlərə münasibət bildirib. İlk növbədə çoxtərəfliliyin (multilateralism) ciddi sınaq qarşısında olduğunu, bəzi ölkələrin qlobal təhlükəsizliyə cavabdeh olan 6 beynəlxalq müqavilədən birtərəfli qaydada çıxdığını və beləliklə dünya təhlükəsizlik arxitekturasına real təhdid yarandığını deyib. Azay Quliyev ATƏT-in Baş katibi Qreminqerə təklif edib ki, dövlət başçıları və xarici işlər nazirləri ilə görüşdə bu məsələni xüsusi diqqətdə saxlasın. A.Quliyev ATƏT PA olaraq bu mövzuda hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib.

Daha sonra Azay Quliyev pandemiya və post pandemiya dövründə dünya iqtisadiyyatının bərpası üçün bağlılığın (connectivity) təşviqinin, nəqliyyat dəhlizlərinin və yük daşımalarının əhəmiyyətindən danışaraq bu sahədə ATƏT-in gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında məsələ qaldırıb və ATƏT PA-da fəaliyyət göstərən İpək Yoluna Dəstək Qrupunun bu sahənin inkişafına verdiyi önəmi qeyd edib.

Azay Quliyev ATƏT ərazisində münaqişələrə, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də ayrıca toxunaraq Ermənistanın danışıqlara ciddi zərbə vuran təxribatçı əməllərindən Azərbaycan xalqının ciddi narahat olduğunu iclas iştirakçıların diqqətinə çatdırıb: “Ermənsitan martın 31-də Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ regionunda təşkil etdiyi qanunsuz “seçkini” dünya ictimaiyyəti haqlı olaraq tanımadı və birmənalı şəkildə rədd etdi. Ermənistan təəssüf ki, bundan nəticə çıxarmadı. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın Xarici İşlər Naziri Segey Lavrov münaqişənin mərhələli həllinin və Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin geri qaytarılmasının vacibliyini söylədi, Ermənistan bu dəfə də bu çağırışa etiraz etdi. Daha sonra bütün dünyanın qeyri-qanuni adlandırdığı 31 mart “seçkiləri”nin nəticələri ilə təkrar manipulyasiya edərək mayın 21-də Azərbaycanın tarixi şəhərində, hazırda işğal altında olan Şuşada oyuncaq qurumun qondarma “başçısına” “inaqurasiya” mərasimi təşkil etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazisinə gələrək belə bir qanunsuz tədbiri təşkil etməsi bu ölkənin bütün beynəlxalq hüquq normalarını və dəyərlərini ayaqlar altına atması demək idi. Ermənistanın bu təxribatı Azərbaycan xalqının haqlı qəzəbinə, ölkədə müharibə çağırışlarının kəskin artmasına səbəb oldu. Mən ATƏT-in Baş katibindən soruşmaq istəyirəm ki, Ermənistanın bu cəzasızlığı nə vaxta kimi davam edəcək? ATƏT bu işğalçı ölkənin beynəlxalq hüquqa hörmət etməsi üçün hansı təsirli addımlar atmalıdır?”

ATƏT-in Baş katibi Tomas Qreminqer qeyd olunan məsələlərlə bağlı bildirib ki, multilateralizmlə bağlı vəziyyət həqiqətən narahatedicidir və bu məsələ ATƏT-in gündəliyindədir. O, ikinci məsələ, bağlılığın (connectivity) təşviqinin, nəqliyyat dəhlizlərinin və yük daşımalarının ATƏT üçün xüsusi əhəmiyyət daşıdığını, bunun üçün ATƏT-in Mərkəzi Asiya ilə Cənubi Qafqazı və Avropanı birləşdirən “Yaşıl Port” adlı layihəsi olduğunu diqqətə çatdırıb. T. Qreminqer bu mövzunun gələcəkdə də ATƏT üçün prioritet təşkil edəcəyini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Baş katib bildirib ki, bölgədə gərginliyin artması hamını narahat edən məsələdir və O, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bütün səylərini və çağırışlarını dəstəkləyir: “İlin əvvəlində həmsədrlərin ümidverici planları vardı, lakin pandemiyaya görə münaqişə tərəfləri ilə canlı görüşlərin keçirilməsi mümkün olmadığından hələlik bu istiqamətdə hər hansı bir praktik addım atılmır. Ümid edirəm ki, pandemiyanın təsirləri aradan qalxandan sonra danışıqlar yenidən bərpa ediləcək”.

Daha sonra ATƏT PA-nın Büro üzvlərinin iclasında İpək Yoluna Dəstək Qrupunun fəaliyyəti və rəsmi statusu məsələsi də ətraflı müzakirə edilib. ATƏT PA-nın prezidenti Corc Sereteli, vitse-prezidenti Lord Piter Bones, iqtisadiyyat komitəsinin sədri Doris Barnet və Baş katib Roberto Montella bu Qrupun yaradılmasını və keçən müddət ərzində Qrupun Asiya-Avropa əməkdaşlığını daim diqqətdə saxladığını təqdir etdiklərini bildiriblər. Onlar qeyri-formal statusa malik Qrupun statusunun yüksəldilməsi və ATƏT PA-nın rəsmi orqanına çevrilməsini təklif ediblər. ATƏT PA-nın vitse prezidenti və Qrupun sədri Azay Quliyev göstərdikləri dəstəyə və xoş sözlərə, o cümlədən Qrupa rəsmi statusun verilməsi təklifinə görə bütün həmkarlarına təşəkkür edərək bildirib ki, gələn həftə, iyunun 3-də Qrupun onlayn iclasında bu təklifi məmnuniyyətlə qrupa üzv olan 27 ölkənin nümayəndə heyəti ilə müzakirə edəcək.

Görüş daha sonra ATƏT PA-nın gələcək fəaliyyəti haqqında fikir mübadiləsi ilə davam etdirilib.
AXCP üzvü həbs edildi - DİN-dən açıqlamaMayın 29-da Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib. Partiyadan bildiriblər ki, R.Əmirov saxta, siyasi motivli ittihamla həbs edilib.

DİN-in Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, bu gün Azərbaycanda heç kəs əsassız yerə həbs olunmur.

“Qanun qarşısında hamı bərabərdir. Kimliyindən, partiya mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq, hamı qanunlara əməl etməlidir. O ki qaldı vətəndaş Ruslan Təhməz oğlu Əmirovun inzibati qaydada həbs edilməsinə, burda heç bir saxta və ya siyasi motivdən söhbət gedə bilməz. Bu adam doğulduğu Masallı rayonunun Eminli kəndində daimi qeydiyyatdadır. Xüsusi karantin rejiminin tələblərinə görə, rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakıya girişi məhdudlaşdırılıb. R.Əmirov bunu bilə-bilə Masallıdan Bakıya gəlib. Lakin Bakı-Ələt-Astara yolunun 65-ci km-də quraşdırılmış polis postunda hamı kimi ondan da sənəd təqdim etmək tələb olunub. R.Əmirov qeydiyyatının Bakıya olmadığı üçün sənəd təqdim etməkdən imtina edib.

Polislər xüsusi texniki vasitənin köməyi ilə onun qeydiyyatının Bakıya aid olmadığını müəyyən ediblər. Bundan sonra o polisin qanuni tələbinə qəsdən və bilərəkdən tabe olmadığına görə saxlanılaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada 15 sutkalıq həbs olunub. Göründüyü kimi, Ruslan Əmirovun inzibati qaydada həbsi tam qanunidir”, - DİN-dən qeyd edilib.
Bərdədə hadisə yerinə gələn polis bıçaqlandıBərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Qaradəmirci kəndində qeydə alınıb.

Rayon sakini Elçin Cəfərov əvvəlcə bacısı Vüsalə Cəfərovanı, sonra isə hadisə yerinə gələn polis zabiti Eşqin Məmmədovu bıçaqlayıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Ermənistanda koronadan daha 7 nəfər öldüErmənistanda son sutka ərzində koronavirusa 251 nəfər yoluxub.

Avrasiya.net xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, bununla ölkədə koronavirusa yoluxanların ümumi sayı 8927-yə çatıb. Son sutka ərzində 7 nəfərin koronavirusdan öldüyü vurğulanıb. Bununla koronavirusdan ölənlərin ümumi sayı 127-yə yüksəlib.
Yellənçəkdə boğazına kəndir dolanan 14 yaşlı oğlan öldüİmişli rayonunun Qızılkənd kəndində ölüm hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, yaşadığı evin həyətində yelləncəkdə yellənən 2006-cı il təvəllüdlü Şıxəliyev Rövşən Rubail oğlunun boğazına ilişən kəndir onun ölümünə səbəb olub.

R.Şıxəliyevin meyiti İmişli Rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspetizası tərəfindən müayinə olunub.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Vüqar Səfərli maxinasiya ilə məşğul olduğuna görə işdən qovulub“Vüqar Səfərli bizim qəzetdə - “Hürriyyət” qəzetində işləyib. Texniki işçi idi, qovduq. Kasıb, acından ölənin biri idi...”

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Qardaşım Qurban Məmmədov Vüqar Səfərliyə iş verdi. Maxinasiya ilə məşğul olduğuna görə qovduq. Sonra hansısa xətlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edildi. Biz bu adamları çox yaxşı tanıyırıq. Təsəvvür edin, vəzifədə olanda Şamaxıya gedirdi, rayon icra hakimiyyətinin başçısı ov üçün xüsusi hazırlıq görürdü, donuzları qabağına qovalayırdılar ki, ov etsin. Bu adam oğru, dələduz olub. İcra başçısının bu adamın xidmətində dururdu, kimdi bu? Əyninə şalvar ala bilmirdi...” – S.Cəlaloğlu qeyd edib. / Pravda.az
Nazir bu rayona yeni rəis təyin etdiDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Neftçala rayon Dövlət Yol Polis bölməsinə yeni rəis təyin edib.

Avrasiya.net Unikal.org-a istinadla xəbər verir ki, nazirin müvafiq əmrinə əsasən, polis mayoru Əsədov Seymur Əsədağa oğlu Neftçala rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi təyin edilib.

O, 2011-2018-ci illər Saatlı rayon polis şöbəsinin DYP bölməsinin rəisi işləyib.


Sumqayıtda dəhşətli qəza - iki nəfər öldüSumqayıt şəhərində “DAF” və “КamAZ" markalı iki yük avtomobili toqquşub.

Avrasiya.net Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КamAZ" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.