24 may 19:07region

Saakaşvili Gürcüstana qayıdacaq - Müxalifət liderindən AÇIQLAMA

Saakaşvili Gürcüstana qayıdacaq - Müxalifət liderindən AÇIQLAMAHəbsdən yenicə azad edilmiş, "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Gigi Ugulava Mixeil Saakaşvilidən danışıb.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Ugulava Saakaşvilinin Ukraynada vəzifəyə təyin olunmasına öz münasibətini bildirib. O qeyd edib ki, bir Gürcüstan vətəndaşı kimi, ölkənin sabiq prezidentinin uğuru onu çox sevindirir.

Ugulava həmçinin Bidzina İvanişvili ilə Saakaşvilini müqaisə edib:

"İvanişvili bu gün Gürcüstan siyasətinin ən böyük problemidir, Buna baxmayaraq onun ölkədə uzunmüddətli siyasətçi rolu aparması üçün siyasi resursları yoxdur, ancaq bundan fərqli olaraq Saakaşvilinin Gürcüstan siyasətində böyük siyasi resursları və təcrübəsi var. İvanişvilidən fərqli olaraq o, ölkədə daha uzun müddətli siyasi sima olaraq qalacaq" - deyə Ugulava bildirib.

Bundan başqa, müxalifət lideri Mixeil Saakaşvilinin Gürcüstana qayıdacağını da qeyd edib:

"Gürcü Arzusu deyir ki, əgər hakimiyyətdə biz olmasaq, Saakaşvili olacaq, Təbiidir ki, Saakaşvili Gürcüstana mütləq qayıdacaq", - deyə Ugulava bildirib.
XƏBƏR LENTİ
SORĞU