Sizin Reklam Burada

Avstriya polisi ölkə prezidentini bağlı kafedə tapdı - FOTO

Avstriya polisi ölkə prezidentini bağlı kafedə tapdı - FOTOVyana polisi Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Belleni və onun xanımı Doris Şmidaueri gecə saatlarında koronavirus infeksiyasına qarşı mübarizə ilə əlaqadar məhdudiyyətlərə görə bağlanmalı olan restoranın yay eyvanında tapıb.

"Report" xəbər verir ki, bu barədə polisin hesabatına istinadən “Kronen Zeitung” nəşri bildirib.

Nəşrin məlumatına görə, polis patrulu yerli vaxtla saat 00:20-də "Sole" restoranının eyvanında içki masası ətrafında əyləşmiş qonaqları görüb. Hərçənd hökumətin qərarına əsasən restoran saat yarım əvvəl bağlanmalı və sifarişləri qəbul etməməli idi. Məlum olub ki, qonaqlar Avstriya prezidenti və onun xanımıdır.

"Mən "lokdaun" (ciddi ümumi təcridetmə rejimi - red) başlayandan ilk dəfə iki dostum və xanımımla yemək yeməyə getdim. Başımız söhbətə qarışdı və vaxtı unutduq. Çox təəssüf edirəm. Bu səhv idi", - Avstriya Prezidenti nəşrə etiraf edib.

"Əgər restorator (restoranın sahibi-red) həmin hadisəyə görə zərərə məruz qalsa, onda buna görə mən məsuliyyət daşıyacam", - Aleksander Van der Bellen özünün “Twitter”dəki səhifəsində yazıb.

Restoranın direktoru Aki Nuredini də həmçinin hadisəni təsdiqləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər