BMT Baş katibi Azərbaycan Prezidentini təbrik etdiBMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edib.

Avrasiya.net-in xəbərinə görə, təbrikdə deyilir:

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Birləşmiş Millətlər Təşkilatının hər bir üzvü özünəməxsus mədəniyyətə və tarixə malikdir. Bu müxtəliflik bizim təşkilatımızı və dünyamızı zənginləşdirir. Ölkənizin müxtəlif beynəlxalq məsələlərlə bağlı Birləşmiş Millətlər Təşkilatının işində fəal iştirakı çox böyük əhəmiyyət daşıyır.

Bu il - BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri naminə Fəaliyyət Onilliyinin ilk ilində biz hamı üçün əlverişli qloballaşmaya nail olmaq məqsədilə öz kollektiv ambisiyamızı gücləndirməli və iqlim dəyişikliyi məsələsində qəti addımlar atmalıyıq.

Bütün bu səylərdə, bizim hər kəs üçün daha sülhməramlı, ədalətli və davamlı dünyamızda Azərbaycan Respublikasının töhfələrinə və dəstəyinə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
ABŞ bu terrorçunun başına 3 milyon dollar qoyduABŞ İŞİD təbliğatçısı Məhəmməd Hadir Musa Ramazanın gizləndiyi yer haqqında məlumat verənə 3 milyon dollar mükafat bağışlayacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, Ramazan eyni zamanda təşkilatın media sahəsindəki rəhbərlərindən biridir və İŞİD-ə yeni üzvlərin cəlb etmək üçün vacib rol oynayır.
Kim Çen İlham Əliyevə məktub göndərdiKoreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen İn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının Hökuməti və xalqı adından Sizin dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

Koreya ilə Azərbaycan arasında dərin tarixə malik dostluq və əməkdaşlıq əlaqələrinin hər iki xalqın arzusu və istəyinə uyğun olaraq daim inkişaf edəcəyinə əminliyimi bildirir, Sizə və xalqınıza Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".
 ABŞ-dan Rusiyaya mesaj: Qafqazda işğalı dayandır!Cənubi Osetiya respublikası mövcud deyil, bu, Gürcüstanın işğal olunmuş hissəsidir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor deyib. O, Moskvanı Gürcüstan ərazilərini işğal etməkdə ittiham edib.

Gilmor Rusiyanın işğal olunmuş ərazilərdə sərhədlər, baryerlər çəkməsini dərhal dayandırmasını tələb etdiklərini bildirib.

ABŞ səfiri Rusiyanın Gürcüstandakı “Luqara” biolaboratoriyası barədə dezinformasiya yaydığını da deyib.
Ər arvadını gözəllik salonunda öldürdüMayın 28-də saat 13 radələrində 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Nurana Qədimovanın işlədiyi Ramana qəsəbəsində yerləşən gözəllik salonunda bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rayonun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin əri 1973-cü il təvəllüdlü Rüstəm Qasımov tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Heç bir xain qüvvə çirkin planına nail ola bilməyəcək" “Tamamilə düz fikirdir ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olsaydı, bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi”.

Bunu “Xalq Cəbhəsi” qəzetinə aşıqlamasında politoloq Mirsamir Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin dünən Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında ermənilər tərəfindən torpaqlarımızın işğalı ilə bağlı işlətdiyi fikirlərə münasibətində qeyd edib.

Politoloq bildirib ki, ümummilli lider H.Əliyev varlığı nəinki erməniləri, onların havadarlarını belə qorxuya salmışdı. 90-cı illərdə ölkədə hakimiyyət davası torpaqlarımızın işğalı ilə nəticələndi: “Ermənilər xarici havadarlarının dəstəyi ilə bundan məharətlə yararlana bildilər. Xaos, özbaşnalıq ermənilərin Dağlıq Qarabağın işğalı, yüzlərlə mülki və hərbçimizin itkisi ilə nəticələndi. Ermənilər, onların havadarları və o vaxtkı Azərbaycanda olan hakimiyyətdəki qüvvələr Heydər Əliyevin ölkəmizə gəlişini belə əngəlləməyə çalışırdı. Amma bunu bacara bilmədilər, xalq liderini, xilaskarını tələb etdi, ona qovuşdu, arxalandı”.

M.Məmmədov onu da qeyd edib ki, 1990-cı ilin yanvar ayının 19-20-nə keçən gecə Qorbaçovun göstərişi ilə Bakıda törədilən faicənin baş sifarişçisi əlbəttə ki, ermənilər idi. Hər an izlənilən H.Əliyev xəstə olduğu halda qorxu bilmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib ölkəyə qarşı imperiyanın təcavüzünü pisləyir, həyəcan təbilini dünya ictimaiyyətinə çatdırır və xalqımıza dərin hüznlə baş sağlığı verir: “Bu cəsarət yalnız ümummilli liderdəydi. Həmin çətin və qorxulu dönəmdə Heydər Əliyev xalqının acısı ilə bir yerdə olduğunu göstərdi. Əgər 90-cı illərdə Azərbaycanda hakimiyyət başında ümummilli lider olsaydı, ermənilər və onların xaricdəki dəstəkçiləri işğal haqqında fikirləşməyə belə cürət etməyəcəkdilər. Onlar ümummilli liderimizin nəyə qadir olduğunu yaxşı anlayırdılar. Onlar Heydər Əliyevin SSRİ rəhbərliyinin və dünya ermənilərinin qurduğu tələdən öz mahir kəşfiyyatçı bacarığı ilə xilas olaraq sağ-salamat çıxdığını görmüşdülər. Onlar bilirdilər ki, Heydər Əliyev Azərbaycanın bir qarış torpağını da güzəştə getməyəcəkdi, xalqını qırğından qoruya biləcəkdi”.

Politoloqun fikrincə, H.Əliyev Kremldən uzaqlaşandan sonra məlum Qarabağ məsələsini reallaşdırmaq üçün ermənilərin və onlara havadarlıq edən Moskvanın əlinə fürsət düşdü: “Dağlıq Qarabağda yaşayan insanlar heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda yaşayan insanlardan pis yaşamayıblar. Ölkə ərazisində yaşayan bütün vətəndaşlara bərabaər şərait yaradılmışdı. Ancaq Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti imkan vermirdi ki, orada bir dənə də olsun hadisə baş versin. Ümummili liderə qədər Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlı əhalinin sayı 10-14 faiz olub. Heydər Əliyev 1982-ci ildə Azərbaycandan gedəndə bu rəqəm 25 faizə çatmışdır. Əgər o, Azərbaycanda qalsaydı, bir 10 ilə 50 faizə çatacaqdı. Ermənilər və burada yerli satqınlar Heydər Əliyev Moskvada işləyəndə donoslar, anonim məktublar yazırdılar. Azərbaycanda Özbəkistan variantının təkrarlanmasına çalışırdılar. Azərbaycana bir qrup müstəntiq göndərmişdilər ki, işlər yoxlanılsın, lakin ümummilli liderimiz ölkəmizə, xalqımıza böhtanın atılmasına imkan vermədi. Müstəntiq qrupunun ölkədən çıxmasına nail oldu. Baxın, o vaxtdan ümummili liderimizin ürəyi Azərbaycanla döyünüb, Moskvada vəzifədə olduğu zamanlarda da vətən, xalq dərdi çəkib”.

Politoloq bildirib ki, o vaxtları ermənilər və Azərbaycandakı ermənipərəst qüvvələr ümummilli liderimizdən Siyasi Büroya donos yazırdılarsa, bu gün həmin qüvvələr Qərbə üz tutublar: “Fərqlənmirlər, hər iki qüvvə xalq düşmənidir. Onlar da özlərinə başqa ölkədə himayədar axtarırdılar, bunlar da. Hər iki qüvvənin bir məqsədi var – hakimiyyəti ələ keçirmək. 90-cı illərdə torpaqlarımız da elə bu prosesin qurbanı oldu. Nə o vaxtı onların iyrənc və çirkin planları baş tutdu, nə də bu gün baş tutacaq. Xalq öz liderinə arxayındır və arxadır. Azərbaycanda xalq-hakimiyyət birliyi mövcuddur. Bu birlik istənilən xarici və daxili düşmənlərin planlarını alt-üst etməyə qadirdir. Müasir Azərbaycan ümummilli liderimizin bizə əmanətidir, onu qorumaq hər birimizin borcudur”.
“Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi dövlətin prioritet vəzifələrindəndir”Dünən Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib.

Qeyd edək ki, sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Birinci yaşayış kompleksində 11 yaşayış binası, ikinci və “Qobu Park-3” yaşayış kompleksində isə onmərtəbəli 13 yaşayış binası inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb.

“Xalq Cəbhəsi” qəzetinə açıqlama verən Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib ki, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi dövlətin prioritet vəzifələrindəndir: “Hazırda dünyada müxtəlif səbəblər üzündən öz yurdlarından məhrum olanların sayı təxminən 42 milyon nəfərdir. Onların 16 milyonu qaçqın, sığınacaq axtaran şəxs, 26 milyon nəfəri isə məcburi köçkündür. Digər ölkələrlə müqayisədə ən yüksək nisbi göstərici Azərbaycanın payına düşür. Ermənistanın 1988-1992-ci illərdə həyata keçirdiyi etnik təmizləmə siyasəti və ölkəmizə hərbi təcavüzü nəticəsində 1 milyon soydaşımız qaçqın və məcburi köçkün düşüb”.

F.Kərimov vurğulayıb ki, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi hər zaman dövlətin diqqətindədir və bununla bağlı dövlət proqramları uğurla həyata keçirilib: “Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin ərazi bütövlüyü ilə bağlı fikirlərini çatdırarkən daim birmənalı olaraq bildirib ki, işğal olunmuş torpaqlar erməni silahlı qüvvələrindən azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Təbii ki, torpaqlarımız sülh yolu ilə azad edilməsə, istənilən vasitə ilə azad ediləcəkdir. Biz buna inanırıq. İnanırıq ki, Prezidentimizin qətiyyətli siyasəti nəticəsində işğal olunan ərazilərimiz tezliklə geri alınacaq və oradan didərgin düşən qaçqın və köçkünlərimiz doğma yurdlarına qayıdacaqlar”.
QHT sədrinin sözlərinə görə, zaman-zaman məcburi köçkünlərin sığındığı çadır şəhərciklərinin ləğv olunması böyük uğurdur. İndiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub: “Dünyada iqtisadi və maliyyə böhranı hökm sürdüyü, neftin qiymətinin bir neçə dəfə kəskin düşdüyü şəraitdə məcburi köçkünlərlə bağlı heç bir layihədə yubanma və ixtisar olmadı. Azərbaycan bu ağır dönəmdə də iqtisadi gücünü qoruyub saxlaya bildi. Əhalinin sosial rifahını yaxşılaşdıracaq əhəmiyyətli layihələrə imza atdı.

Belə ki, ötən ildə məcburi köçkünlər üçün 5 minə yaxın ev-mənzil tikildi, bu il isə 7- 8 min mənzilin məcburi köçkünlərə təhvil verilməsi nəzərdə tutulur, Bundan başqa məcburi köçkünlərin sosial təminatı yaxşılaşır, onlara verilən müavinətin həcmi 50 faiz artıb. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir. Bütün bunlar Prezidentin sosial siyasətinin nəticəsidir. Bu siyasət vətəndaşın rifahının yaxşılaşmasına, təhlükəsizliyinə, sağlamlığına yönəlib. Bu gün Azərbaycan dövlətində məcburi qaşqın və köçkünlər üçün yaradılan şərait dünyanın heç bir ölkəsində yoxdur. Elə buna görə də, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın bu siyasətini bəyənir və dəstəkləyir”.
Azərbaycan Ermənistanın istəklərinin qarşısını alacaqAzərbaycan öz ərazilərini işğaldan azad edilməsi istiqamətində ordusunun Ermənistan üzərində əzici üstünlüyünü saxlayacaq.

Bunu "Xalq Cəbhəsi" qəzetinə Cənubi Qafqaz Beynəlxalq Araşdırma Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə Azərbaycan Prezidenti İlham Əliyevin dünən Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi fikirlərə münasibətində açıqlayıb.

Politoloq bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalşı siyasəti hələ də Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə mane olaraq qalır. Ermənistan danışıqlarda çalışır ki, manipulyasiya etsin, status-kvonun qorunmasına çalışsın. Amma, Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi nəticəsində danışıqra prosesi Ermənistanın arzuladığı kimi reallaşmır: "Məhz 2016-cı il aparel döyüşləri Ermənistana ciddi xəbərdarlıq oldu. Hazırda danışıqlar masasında mərhələli həll planıdır. Amma, Ermənistan tərəfi öz xalqını aldadır ki, masa üzərində heç bir həll varnatını qəbul etmir və öz şərtləri var. Əlbəttə ki, bu beynəlxalq vasitəçilərin irəli sürdüyü danışıqlar variantına qarşı olmaq deməkdir. Göründüyü kimi Ermənistanın bu avarüntası öz xalqını aldatmaqla, onların sülhə hazırlığına qarşı deməkdir. Hesab edirəm ki, erməni tərəfinin məqsədi məhz ötən il xalqları sülhə hazırlamaq üçün həmsdərlərin çağrışlarına məhəl qoymamaqdır".

M.Əsədullazadə onu da qeyd edib ki, hazırkı vəziyyətdə Ermənistan çalışır ki, Qarabağ müaqişəsində heç bir real dəyişikilər olmasın. Azərbaycan buna qarşı olacaq və öz ordusunu möhkəmləndirməklə Ermənistanın bu istəklərinin qarşısnı alacaq. Hazırda Azərbaycan öz ərazi bütövlüyünün həllinə BMT qətnamələri əsasında çalışır. Bu istiqamətdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü tanınır: "Hesab edirəm ki, Azərbaycan qəti şəkildə ATƏT-in Mİnsk qrupunun bütün tövsiyələrini də nəzərə alacaq. Amma, öz ərazilərini işğaldan azad edilməsi istiqamətində ordusunun Ermənistan üzərində əzici üstünlüyünü saxlayacaq. Azərbaycana öz ərazini işğaldan azad etmək üçün heç bir beynəlxaq əngəl yoxdur. Yalnız BMT çərçivəsində öz ərazi bütövlüyünü həll edəcək. Bunu Ermənistan və onun havadarları çox yaxşı bilir. Ermənistan tərəfinin bütün arqumentləri artıq blef olaraq dəyərləndirlir".
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürdüMayın 28-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.