Ramil qəhrəman deyil: qəhrəman ola bilmədi...Ramil Səfərov – mənim içimdə bir ağrıdır. Onu xatırlayanda, onu düşünəndə, barəsində söhbət düşəndə həmişə içim sızıldayır.

Yanlış anlamayın. Ona görə yox ki, Ramil Səfərovu – Azərbaycan Ordusunun bu şərəfli zabitini qəbul etmirəm, bəyənmirəm, sevmirəm.

Qətiyyən!

Ramil mənimçün çox əzizdir. Heç bir genetik, qohumluq bağlarımız olmasa da, doğmalarımdan biri sayıram – həm də ən əzizlərdən.

Məni ağrıdan, içimi sızıldadan Ramil Səfərovun taleyidir, aqibətidir, yaşadıqlarıdır. Onun gənc ömrünə sığışdırdıqlarıdır...

Ramili tanıdığımız o məşum günləri xatırlayırsınız? O iztirablı, insanın qanını donduran acılı günləri... Onun ilk fotosunu. Məhkəmədən yayılan ilk çıxışını.

Yutubda indi də qalır. O qısa videoda, o kiçik epizodda biz yüksək səviyyəli, savadlı, ədəb-ərkanlı, alicənab, güclü, intellektli, igid bir Azərbaycan zabitini gördük...

Yadınıza düşdümü?

Bəli, ilk dəfə Ramili onda tanıdıq. İnsafla cavab verək: o gəncə qatil demək olardımı?

Biz əslində o ağır günlərdə, ondan sonrakı əzablı-məşəqqətli aylarda, həbsxanada keçirdiyi uzun və ümidsiz illərdə Ramilin etdiklərinə ad qoya bilmədik. Ad tapmadıq.

Ürəkdən-candan “Qəhrəmanımız” deyə bilmədik. Qəhrəman hesab edə bilmədik onu. Çünki Ramil Mübarizdən, Fəriddən, Fred Asifdən, Allahverdi Bağırovdan, Vəzir Orucovdan fərqli olaraq, ön cəbhədə, səngərdə düşmən öldürməmişdi.

Qəhrəmanlıq başqa bir mərtəbədir.

Qəhrəmanlıq...

Ramilin atdığı addım da böyük cəsarət idi, sonunu düşünməmək idi. Fəqət, tamamilə başqa, tamamilə fərqli vaqeəydi...

Ona acıyıram ki, taleyi Ramilə qəhrəman olmaq fürsəti vermədi. Halbuki o, qəhrəman doğulmuşdu – bu Vətən üçün, bu torpaq üçün böyümüşdü...

Amma... Amma dəyişməyən həqiqət odur ki, Ramil Səfərov əsl Azərbaycan zabitidir. Azərbaycan əsgəri necə olmalıdırsa, odur – hər yerdə - Ayda da, Marsda da, hansısa bir ölkənin ərazisində də, ön cəbhədə, səngərdə də torpaqlarımızı işğal edən bir ölkənin ordusunun əsgəri ilə, yəni erməni əsgəri ilə rastlaşarsa, münasibəti məhz bu cür olmalıdır. Azərbaycan əsgəri üçün fərqi nədir ki, bura Qarabağdır, yoxsa Macarıstan və ya Monqolustan.

Azərbaycan əsgərinin vəzifəsi düşməni məhv etməkdir!

Üstəlik, bu, sadəcə, üz-üzə gəlmək deyilsə, qarşındakı düşmən üçrəngli bayrağını, yəni uğrunda ölməyə hazır olduğun simvolunu təhqir edirsə, səni aşağılayırsa, üstəlik, Xocalıda erməni barbarlarının əliyalın insanlarımıza, qız-gəlinlərimizə, körpələrimizə etdiklərini xatırladaraq həqarət edirsə, gülürsə... - xahiş edirəm, o səhnəni gözünüzün önünə gətirin - mənim Əsgərim buna sussun, dözsün, sinəyə çəksin? Bunu istəyirsiniz?

Ramildən bunu gözləyirdiniz, ay kosmopolit yığını, ay erməni vəkilləri?..

Ramil Səfərov nə edibsə, düz edib. Vəssalam. Məncə, bu, müzakirə olunmamalıdır. Yəni biz – qız-gəlini əsir aparılan, 2 yaşlı Zəhrası qətlə yetirilən, hamilə qadınlarının bətnindəki körpələri süngüyə keçirilən, soydaşlarının başının dərisi soyulan, skalpeli çıxarılan... azərbaycanlılar bunu müzakirəyə çıxarmamalıyıq.

Amma nə yazıq ki, bizim toplumun bəzi “dünyəvi dəyərləri” əlində bayraq edən nümayəndələri, - onların arasında xeyli “tanınmış” da var – Ramil Səfərovla bağlı müzakirələrə - bir vaxt utanmadan Mübarizi müzakirə etdikləri kimi – “bəşəri prizmadan” yanaşırlar. Sosial şəbəkələrdəki mənzərə nə qədər rəzil və ironikdir: sanki yaşadığımız faciələrin bunlara və bunların “bəşəri dəyərlərinə” heç bir aidiyyəti yoxdur. Hər kəs kosmopolitdir. Sanki heç bu ölkədə yaşamayıblar, hansısa qayğısız-problemsiz Avropa ölkəsinin vətəndaşlarıdırlar və heç nədən – Xocalıdan, Ağdabandan, Andranikdən - xəbərləri yoxdur.

Heç Njdeyə heykəl qoyan, babası SS-də döyüşən Paşinyana münasibətdə bu qədər radikal deyillər.

Heç Xocalı qətliamını törətdiyi üçün Sərkisyana belə reaksiya verməyiblər...

“Özünü erməninin yerinə qoy” deyirlər.

Təsəvvür edirsiniz, bu, nə deməkdir? Özümüzü ermənilərin yerinə qoysaq, “məntiqlə” gərək, biz də hamilə erməni qadınlarının qarınlarına şiş soxaq, uşağa, böyüyə, qocaya, qarıya fərq qoymadan, uf demədən öldürək, qətlə yetirək.

İllər öncə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komissiyasının hesabatında oxumuşdum: erməni əsgər girov götürdükləri azərbaycanlıların arasından gənc bir qadının qucağından körpəsini dartıb alır və uşağı ananın üzünə çırpmağa başlayır. O qədər vurur ki, uşaq parça-parça olub ətrafa dağılır...

O bədbəxt ananı da dəhşətli işgəncə ilə öldürmüşdü o erməni.

“Özünü ermənin yerinə qoymaq” bax, budur. Erməni tərəfdən məsələyə baxış – dünyaya, insanlığa, bəşəriyyətə hayqırıdır.

Hər şeyi bağışlamaq olar bəlkə. Hər şeyi unudub xoşbəxt olmaq da mümkündür. Amma... Bəlkə hardasa başqa bir yerdə. Azərbaycanda yox. Uzaqlarda. Azərbaycanı və azərbaycanlıları unudaraq...

Bu ölkədə, bu torpaqda Xocalını nə bağışlamaq olar, nə unutmaq. O köməksiz, əliyalın insanları, onların dəhşətdən böyümüş gözlərini, o günahsız körpələri, son nəfərinə qədər qətl edilmiş ailələri, viran qalmış o şəhəri, o şəhərin üstündəki havalanmış ruhları... Xocalıya aid hər şeyi, yazılması, ifadə edilməsi çətin olan, xatırlayanda adamın sinəsinə dağ basılırmış kimi yandırıb yaxan, qanadan hər şeyi... nə bağışlamaq olar, nə unutmaq...

Hələ qətl edilmiş arzulardan danışsam, dinləməyə gücünüz çatarmı? Doğulmamış ölən, böyüməmiş qocalan, min yaşı olan arzuları deyirəm. O yükü daşımağa gücünüz çatar?..

Mümkün deyil. Bu ağrılar bizim taleyimizə biçilmiş “don”dur. Biz az müddət ərzində - təxminən son 20-25 ildə bir neçə əsrə sığmayacaq miqyasda dərd yaşamışıq. Hələ də yaşayırıq. Xocalı isə heç bir ağrı-acıyla, faciə ilə müqayisə olunmayacaq bir oddur, alovdur, yandırır.

Bunları yada salandan, sadalayandan, etiraf edəndən sonra Ramili müzakirə edin, görün, alınırmı?

Ramil Səfərov əslində bizim edə bilmədiyimizi edib. İçimizdəki qırıqları, sınıqları toparlamağa çalışıb. Ona görə heç birimizin haqqı yoxdur onun nə etdiyini, niyə etdiyini, necə etdiyini dartışmağa. Yoxdur!

Ən başlıcası isə... O, ermənini yatdığı yerdə öldürməyib. Bu, hətta məhkəmədə də sübuta yetirilib.

Amma bunun da heç bir fərqi yoxdur əslində: Ramil Səfərov 14 yaşlı qızı Xocalıda divara mıxlayıb, necə can verməsinə tamaşa etməyib, günahsız erməni uşağını, qadınını, qocasını öldürməyib. Erməni zabitini öldürüb. Azərbaycanlı uşaqların potensial qatilini... Və belələrinin harada, necə öldürülməsinin heç bir fərqi yoxdur.

O səbəbdən biz özümüzü yalnız Ramilin yerinə qoya bilərik. Yalnız onun.

Onu bacarın, özünüzü Ramillərin, Mübarizlərin, Fəridlərin yerinə qoymağa çalışın: bu millətin öcünü almaq üçün “sonunu düşünməyənlər”dən olmaq istəyin; bu yurda həqarət edənləri susdurmaq üçün hər yerdə - dünyanın o başında da, bu başında da – döyüşə hazır olan İgidlərimiz, Qardaşlarımızın yerində olmağı fikirləşin!

Başqa heç kəsin. Macarlar nə etdi, ermənilər nə dedi, dünya buna necə baxır, Avropa İnsan Haqları Məhkəməsi nə qərar çıxarır...

Cəhənnəmə olsun hər şey! Bizim haqlarımızı düşünən var? Bizə ədalətlə yanaşan var? Bir daha gəlməyəcəyimiz bu dünyada niyə bu ağrıları, acıları yaşamalıyıq? Niyə bizim sevdiklərimiz, doğmalarımız ölməlidir? Niyə bizim evlərimiz, yurdlarımız viran qalmalıdır? Niyə bu toplum Şuşa həsrətiylə yaşamalıdır? Niyə Laçını xəritədə öpməliyik? Niyə? Biz hansı günahların bədəlini ödəyirik? Əsirlikdə qocalan ömürləri də xatırladımmı? Onların bada gedən həyatları nə olsun?..

Siz şəhidlərimizin övladlarının gözlərinə baxmısınız heç? Baxmamısınızsa, baxın. Görün o baxışların qarşısında dayana bilirsiz? O uşaqlara istədiyini verə bilərsiz? Heç olmasa, bir anlığa, bircə anlığa Atalarını qaytara bilərsiz?..

Gücünüzdə deyil. Gücümüzdə deyil. Əl çəkin, əlinizi çəkin ağrılarımızdan.

Rahat buraxın Ramili və Ramilə baxıb Ramil kimi, Mübarizə baxıb Mübariz kimi olmaq istəyən, özünü onların yerində görən, bu Yurdu, bu Vətəni sizdən daha yaxşı qoruyacaq Nəsildən – Arzularımızı göyərdəcək Şərəfli nəsildən əl çəkin, onların düşüncələrini erməni vəkilliyinizlə zəhərləməyin!

İrəvandan, Zəngəzurdan, Göyçədən sonra “Qardaş olub Hayastan” oxumaqla, Qarabağ verən nəsil yetişdirənlərdən olmayın!

Biz qurbanıq! Ramil daxil, hamımız qurbanıq. Qarabağ münaqişəsinin taleyini dəyişdiyi qurbanlar...

Qarabağ üçün ölməyə hazır, Qarabağa qurban olmağa hazır...

Biz Qarabağa mütləq qayıdacağıq...

Amma sizinlə yox!

Biz Qarabağa Mübarizlərlə, Fəridlərlə, Ramillərlə qayıdacağıq!

Bu yolda ayağımızın altında qalıb, ayaqaltı etməyin özünüzü!

Aynur Camalqızı
Səudiyyə Ərəbistanında koronavirus (COVID-19) sürətlə artmaqdadır.

Ötən gün ölkədə daha 1618 nəfərdə infeksiya aşkarlanıb, 22 nəfər virusun qurbanı olub.

Bununla da Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 83 384-ə, ölənlərin sayı isə 480-ə yüksəlib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı COVID-19-a yoluxma sayına görə pandemiyanın vüsət aldığı Çini (83 001) geridə qoyub. modern.az
İsrail ordusu təlim keçəndə də bizi hədəf alır... - Fələstinİsrail əsgərlərinə şübhələndikləri fələstinlini öldürmələri üçün birbaşa və açıq tapşırıq verilir.

Axar.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Eyni zamanda, onlar Fələstin xalqını atış təlimi keçmək üçün hədəf olaraq seçirlər”, - XİN-in məlumatında bildirilib.

Qeyd edək ki, İsrail əsgərləri ötən gün Şərqi Qüdsdə əqli cəhətdən əngəlli olan fələstinli uşağı öldürüblər.
Deputat may ayı ərzində 700-dən çox seçici problemi dinlədiMilli Məclisin deputatı Anar Məmmədov vətəndaşların müraciətləri əsasında onlayn formada 30-a yaxın seçicinin müraciətini dinlədi.

Avrasiya.net xəbər verir ki, Anar Məmmədov Goranboy rayonu (Dəliməmmədli şəhəri, Borsunlu, Veyisli, Xoylu, Muzdurlar, Nadirkənd, Faxralı, Rəhimli, Qurbanzadə, Bağçakürd, Yolqular, Qarqucaq, Quşçular, Səmədabad kəndləri, Qazanbulaq qəsəbəsi) və Naftalan şəhərindən məşğulluq, torpaq, kommunal, abadlaşdırma və sağlamlıq sahələri üzrə müraciət edən seçiciləri qəbul edib. Qəbulda vətəndaşların müraciətlərinin bir hissəsi araşdırılması üçün nəzarətə götürülüb, digər hissəsinin həlli üçün isə müvafiq hüquqi yardımların göstəriləcəyi qeyd olunub.

Deputat seçiciləri ilə onlayn qəbulda bildirib ki, hökumət vətəndaşların sosial rifah halının daha da yüksəldilməsi üçün çoxsaylı proqram və layihələr həyata keçirir.Vətəndaşlar da öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətdən razılıq edərək, ölkə rəhbərliyinə olan dəstəklərini ifadə ediblər.

Qeyd etmək lazımdır ki, deputat Anar Məmmədov may ayı ərzində seçicilərlə 3 onlayn event təşkil edib ( 69 nəfər qeydiyyatdan keçib), 3 onlayn qəbul keçirib ( ümumilikdə 108 nəfər ) , seçicilərlə 3 telefon danışığı ( cəmi 42 nəfər ) baş tutub. Ramazan bayramı münasibətilə 466 – dan çox ailəyə bayram sovqatı göndərilib, Ramazan bayramı günü 20 nəfər kənd ağsaqqalının və ziyalısının iştirakı ilə iftar süfrəsi təşkil olunub. Ümumilikdə may ayı ərzində 705 seçici problemi dinlənilib.
Deputat may ayı ərzində 700-dən çox seçici problemi dinlədi
Deputat may ayı ərzində 700-dən çox seçici problemi dinlədi
Deputat may ayı ərzində 700-dən çox seçici problemi dinlədi

İranda məscid və ticarət mərkəzlərinə tətbiq edilən məhdudiyyətlər ləğv olunduİranda yeni növ koronavirus tədbirləri çərçivəsində təqribən üç ay əvvəl ibadət üçün bağlanan məscidlərin yenidən açılması və ticarət mərkəzlərindəki məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb.

“Anadolu” agentliyi xəbər verir ki, Koronavirusa qarşı Milli Mübarizə Komitəsinin Tehrandakı iclasından sonra prezident Həsən Ruhani ölkənin epidemiya ilə bağlı son vəziyyəti barədə məlumat verib.

Koronavirus epidemiyasının ölkənin ən vacib problemi olduğunu deyən Ruhani bu virusun dünyada siyasət, sosial, səhiyyə və hətta mədəniyyət sahələrində bir çox dəyişikliklərə səbəb olduğunu bildirib.

O, qeyd edib ki, tədbirlərin yumşaldılmasına baxmayaraq, epidemiyadan əvvəlki vəziyyətə qayıtmaq üçün vaxt lazımdır:

“Xalq bilməlidir ki, yaxın zamanda koronavirusdan əvvəlki vəziyyətə qayıda bilməyəcəyik”.

Onun sözlərinə görə, yumşalma təhlükənin azalması anlamına gəlmir.

ABŞ-ın 25 böyük şəhərində komendant saatı tətbiq olunubABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhərində afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu etirazlarla əlaqədar ölkənin azı 25 böyük şəhərində komendant saatı tətbiq edilib.

"Report" xəbər verir ki, bu barədə CNN teleşirkəti bildirib.

CNN-in məlumatına görə, əhalinin hərəkətinə məhdudiyyət gecə saatlarında Los-Anceles və Beverli-Hillz (Kaliforniya ştatı), Denver (Kolorado), Mayami (Florida), Atlanta (Corciya), Çikaqo (İllinoys), Luisvill (Kentukki), Minneapolis və Sent-Pol (Minnesota), Roçester (Nyu-York), Sinsinnati, Kolumbus, Deyton, Toledo və Klivlend (Ohayo ştatı), Portlend və Yucin (Oreqon ştatı), Filadelfiya və Pitsburq (Pensilvaniya ştatı), Çarlston və Kolumbiya (Cənub Karolina ştatı), Neşvill (Tennessi), Solt-Leyk-Siti (Yuta ştatı), Sietl (Vaşinqton ştatı), Miluoki (Viskonsin ştatı) şəhərlərində tətbiq edilib.

Xatırladaq ki, mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizi ilə onun boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Koronavirus dərmanı xəstəxanalara verilir - Rusiya tarixi AÇIQLADIRusiyanın koronavirus xəstələrinin müalicəsi üçün istehsal etdiyi "Avifavir" dərmanının xəstəxanalara veriləcəyi tarix açıqlanıb.

Publika.az "İzvestiya"ya istinadla xəbər verir ki, ilk tədarük iyunun 11-də olacaq.

Dərman azad satışa çıxarılmayacaq. Yalnız həkimlərin nəzarəti altında tətbiq olunacaq.

"Avifavir" tətbiq edilərkən klinik sınaq iştirakçılarının müalicə müddəti doqquz gündən dörd günədək azalıb.

"İstehsal artıq 18 min qablaşdırma preparatın iyun ayında planlaşdırırıq qoymaq Rusiya xəstəxanalarına 60 mindən çox qablaşdırılması. Texnoloji güclər ayda 60 min qablaşdırma, ildə 720 min qablaşdırma istehsal etməyə imkan verir", - deyə RFPİ nümayəndəsinin "xəbəri" ndən sitat gətirilir.
Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayırBu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunub.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib.

Qərara əsasən, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bu məhdudiyyət 31 may 2020-ci il saat 00:00-dan aradan qaldırılıb.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.
Bu gündən bəzi məhdudiyyətlər ləğv edilir - RƏSMİNazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-i saat 00.00-dək uzadılıb.

Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, eyni zamanda 31 may saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;

- ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);

- açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Qərargah hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırıb. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.
Türkiyədə polislərə silahlı hücum: ölən varTürkiyənin Diyarbəkir vilayətinin Bağlar qəsəbəsində polislərə silahlı hücum edilib.

Axar.az xəbər verir ki, silahlı şəxsin atəş açması nəticəsində polis əməkdaşı Atakan Arslan güllə yarası alıb.

A.Arslan xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şübhəlinin tutulması üçün genişmiqyaslı əməliyyatlara başlanılıb.