Sizin Reklam Burada

“Yurd” gənclər təşkilatı onlayn turnir keçirib

“Yurd” gənclər təşkilatı onlayn turnir keçirib“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi “28 May-Respublika günü”nə həsr olunmuş Zoom platforması üzərindən onlayn “İstiqlal turniri” yarışı təşkil edib. Yarışda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Biləsuvar, Cəlilabad, Qəbələ rayonlarından, Gəncə, Sumqayıt, Şəki, Xırdalan və Lənkəran şəhərlərindən 14-29 yaşlı 49 nəfər gənc qatılıb.

Təşkilatın sədri Ramin Mahmudov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin gənclər arasında təbliğinə, koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi çərçivəsində gənclərin asudə vaxtının səmərəli təşkilinə, onların bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.

Yarışda iştirak edən gənclər Azərbaycan Xalq Cümhuriyyəti, onun yaradıcıları, Azərbaycanın istiqlal mübarizəsində fəal olan şəxsiyyətlərin həyat və fəaliyyətinə aid təqdim edilən 15 sualı cavablandırıblar.
“Yurd” gənclər təşkilatı onlayn turnir keçirib
Yekunda Xırdalan şəhər sakini Gülay Əliyeva və Siyəzən rayon sakini Mirkamil Əlifov eyni xala sahib olmaqla birinci mükafata layiq görülüb. Şəki şəhər sakini Kamran İsayev, Şabran rayon sakini Fuad Mikayılov və Cəlilabad rayon sakini Əli Mirzəyev ikinci mükafatın, Sumqayıt təmsilçisi Əli Nadirli, Lənkərandan yarışa qatılan Zamin Ağazadə, Biləsuvar sakini Ziyafət Əhmədzadə, Qəbələ təmsiçisi Şahlar Mirzəliyev və Quba rayon sakini Xəyal Eyyubov üçüncü mükafatın sahibi olublar. Bütün qalib və mükafatçılara elektron diplomlar təqdim olunub.
“Yurd” gənclər təşkilatı onlayn turnir keçirib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər