Göyçayda 10-cu sinif şagirdi kanalda batdıGöyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə bu gün saat 19:00 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyib.

Onun meyidinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub. (APA)
"Qurub-yaratmaq, qorumaq və inkişaf etdirmək imandandır və milli-mənəvi dəyərdir" - FOTOLARNizami rayonu, Bəhruz Nuriyev küçəsi 79,75 və Elşən Süleymanov küçəsi 53, 55, 57 saylı binaların sakinləri uzun illər qulluq etdikləri ağacların, bitkilərin ara-sıra bilinməyən səbəblərdən məhv edilməsinə etiraz edirlər

Azərbaycanda aparılan düşünülmüş, məqsədyönlü siyasət nəticəsində ölkəmizin hər bir kənd və qəsəbələri, şəhərləri inkişaf edir, gözəl, abad, yaraşıqlı diyara çevrilir. Paytaxt Bakımızın göz oxşayan park və xiyabanları, istirahət mərkəzləri, özündə tarixin izlərini yaşadan qədim tikililəri, gözəl, uca binaları ilə dünyanın bir çox şəhərlərini geridə qoyur. Bu baxımdan paytaxta gələn xarici turistlər, qonaqlar Bakının gözəlliyinə heyran qalırlar. Təbii ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinə, onun iqtisadi, mədəni inkişafına göstərdiyi diqqət və qayğısının nəticəsidir. Sözsüz ki, görülən uğurlu işlər şəhər sakinlərində olduqca xoş təəssüratlar və məmnunluq hissi yaradır.

Bakı gündən-günə gözəlləşir və inkişaf edir

Bu uğurlu siyasət bu gündə davam etdirilir. Bu gün də Bakı şəhərində geniş miqyaslı quruculuq-abadlıq işləri aparılır, göz oxşayan park və xiyabanlar salınır, müasir üsluba uyğun küçə və meydanlar inşa edilir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Bakının inkişafına, gözəlləşməsinə vətəndaşlar da tövfələr verməyə çalışırlar. Şəhər sakinləri yaşadıqları binalarının həyətində müxtəlif güllər, ağaclar əkir, yaşıllıq zolaqları salırlar. Bəzi bina sakinləri təyin etdikləri günlərdə iməcliklər keçirib, həyətlərindəki daşları ağardır, ağacları sulayır, güllərə qulluq edirlər. Elə Nizami rayonu Bəhruz Nuriyev küçəsi 79,75 və Elşən Süleymanov küçəsi 53, 55, 57 saylı binaların sakinləri, o cümlədən stadionun yanında yerləşən 80 nömrəli texniki peşə liseyinin kollektivi də müxtəlif vaxtlarda iməclik təşkil edib, həyətlərində səliqə-səhman yaradan sakinlərdirlər. Amma təəssüf doğuran məsələ ondan ibarətdir ki, sözügedən binaların sakinləri qurub-yaratmağa əmək sərf etdikləri halda bəzi işbazlar stadionun kənarında uzun illər qulluq edilib, yetişdirilən ağacları kəsirlər. Yuxarıda qeyd olunan binaların vətəndaşları bildirir ki, Bakıda şəhər sakinlərinin və turistlərin istirahəti üçün gözəl şərait yaradılır: “Göz oxşayan parklar, istirahət məkanları insanların xoş istirahətinə və rahatlığına xidmət edir. Bütün bunlara görə, Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edir, təşəkkürümüzü bildiririk”.
"Qurub-yaratmaq, qorumaq və inkişaf etdirmək imandandır və milli-mənəvi dəyərdir" - FOTOLAR
Bu köhnə bir stadionun ərazisi uzun illər baxımsız qalmış, kol-kos, yabanı bitkilər ətrafda arzuolunmaz mənzərə yaratmışdır: “Bina sakinlərinin zəhməti, şəxsi vəsaitləri hesabına ərazi tullantılardan təmizlənərək, müxtəlif çeşidli güllər, ağaclar əkilib, həmin ağacların qulluğu üçün əraziyə sakinlərin təşəbbüsü ilə su xətti çəkilib, yaşlı insanların, uşaqların, gənclərin idmanla məşğul olmaları üçün oksigenlə zəngin olan şərait və imkanlar yaradılmışdır. Uzun illərin zəhməti ilə yaradılan şəraitin nəticəsi olaraq ərazi, bina sakinlərinin, uşaqların, həmçinin həmin məkandan keçən insanların ürəyində xoş duyğular yaradır”.

Onu da qeyd edək ki, binaların sakinləri tərəfindən yaradılan bu şərait Nizami Rayon İcra Hakimiyyəti tərəfindən qiymətləndirilərək, xüsusi diqqət olunaraq həmin stadionun ətrafına çoxillik şam ağacları da əkilmişdir və sakinlər tərəfindən həmin ağacların qulluğu hal-hazırda aparılır.

“Xeyirxah addım atılsın və ərazidəki stadion yenidən salınsın”

“Zəhmət hesabına qurulan səliqə-səhmanı, təmizliyi qorumaq hər birimizin mənəvi borcudur” deyən sakinlər onu da bildirir ki, təmizliyin qorunub, saxlanması, ağacların inkişaf etdirilməsinə qulluğun göstərilməsi həm də ekoloji mədəniyyət səviyyəmizin göstəricisidir: “Təəssüflə bildirməliyik ki, kimlərsə, qurub, yaratdığımız yaşıllıqları məhv etməyə, ağacları sıradan çıxartmağa çalışır. Ara-sıra yeni əkilmiş bitkilər köklərindən çıxarılır, stadionun dirəkləri tez-tez sındırılır, iri gövdəli ağaclar köklərindən kəsilir. Bir sözlə qəsdən bilinməyən səbəblərdən stadionun yenidən daha da abadlaşmasına süni maneələr yaradılır.

Uzun illərdir qulluq olunan ərazidə gələcək nəsillərin idmanla səmərəli məşğul olunması üçün həmin stadionun yenidən salınması, ətrafında yaradılan yaşıllığın qorunub-saxlanılması və istirahət parkı kimi istifadə edilməsini biz vətəndaşların, sakinlərin zəhmətlərimizi dəyərləndirilməsini xahiş edirik. “Biz çox istərdik ki, hümanist, xeyirxah addım atılsın və abadlaşdırılan ərazi, ölkə vətəndaşının mənəvi rifah halının yaxşılaşdırılması naminə stadion yenidən qurulsun. Ümid edirik ki, aidiyyəti dövlət qurumları tərəfindən bizim istəyimiz düzgün qiymətləndirilib və müvafiq tədbirlər görüləcəkdir”.
"Qurub-yaratmaq, qorumaq və inkişaf etdirmək imandandır və milli-mənəvi dəyərdir" - FOTOLAR
Hesab edirik ki, sakinlərin, ətrafda yaşayan insanların bu istəklərinin reallaşdırılması aidiyyəti qurumlar üçün çətin olmaz. Ən azı əkilən ağacların qorunması, həmçinin stadionun yenidən qurulması gələcək nəsillər üçün sağlam cəmiyyətin yetişməsi, Bakı şəhərinin simasının daha da gözəlləşməsi, həmçinin ölkəmizin inkişafı və yaşıllaşması baxımından olduqca əhəmiyyətli olar və sakinlərdə xoş ovqat, məmnunluq hissi yaradar.

Rəvan Bağırov
Resurs Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri
Daha 248 nəfər koronavirusa yoluxdu, iki nəfər öldüAzərbaycanda bu gün 248 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nairlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956 və 1960-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3428 nəfər müalicə olunaraq sağalıb, 63 nəfər vəfat edib, 2003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298.648 test aparılıb.
Şamaxı rayon ağsaqqallarından Prezidentə minnətdarlıq Möhtərəm cənab Prezident!

Dünyanı bürüyən koronavirus pandemiyası dönəmində Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə əhalini qorumaq üçün aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verir. Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması istiqamətində atılan hər bir addım bütün əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Səhiyyə sahəsində həyata keçirilən effektiv tədbirlər Birinci vitse-prezident Mehriban xanımın bu işlərə bilavasitə nəzarətinin və fədakar əməyinin nəticəsidir. Dünyanın inkişaf etmiş ölkələrində COVİD-19-dan ölüm sayı 10 minlərə çatdığı halda Sizin müdrik və çevik qərarlarınız sayəsində ölkəmizdə əldə olunan ürəkaçan nəticələrə görə Sizə öz təşəkkürümüzü bildiririk.

Hətta belə çətin dövrdə Sizin və Mehriban xanımın rayonumuza səfəriniz əhalimiz tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanır.

Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri olan Şamaxı özünün yeni çiçəklənmə dövrünü yaşayır. Bu sizin diqqətinizin nəticəsidir. Rayonumuzdakı tikinti quruculuq, abadlıq işləri ilə yanaşı tarixi abidələrə göstərdiyiniz qayğı onlara ikinci həyat verir və bizi sevindirir. Pirsaat Baba, İmadəddin Nəsiminin qardaşı Şahxəndanın türbəsi və Pir Ömər Sultan ziyarətgahlarının yenidən qurulması çərçivəsində görülən işlərə diqqətiniz isə biz şamaxılılar üçün mühüm əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, bu abidələr bütün ölkə əhalisinin və başqa ölkələrdən gələn qonaqların ziyarət etdiyi müqəddəs yerlərdir. Hörmətli xanım Mehriban Əliyevanın təşəbbüsü ilə son illərdə tariximizə və mədəniyyətimizə göstərilən qayğı Sizin milli mənəvi dəyərlərimizə həssas münasibətinizdən xəbər verir.

Sizin şamaxılılara olan diqqətiniz səfər zamanı hər addımda hiss olunur. Şamaxıda yeni binalar tikilir, zəlzələdən zərər çəkmiş minlərlə ev təzələnir, kəndlərə, qəsəbələrə yeni yollar salınır, ucqar kəndlər belə qazla təmin olunur, heçvaxt suyu olmayan kəndlərə su çəkilir, əhalimizə regionda ilk dəfə Şamaxıya hədiyyə etdiyiniz müasir avtobuslar xidmət göstərir.

Eyni zamanda çox sevinirik ki, hər bir göstərişiniz, tapşırıqlarınız, regionlara təyin etdiyiniz rəhbərlər qarşısında qoyduğunuz vəzifə və öhdəliklər gənc kadrlar tərəfindən layiqincə həyata keçirilir. Onların hər bir addımında sizin diqqət və qayğınızı hiss edir, istənilən sahəyə nəzər saldıqda aparılan islahatların nəticəsini görürük.

Çox təəssüf hissi ilə qeyd edirik ki, son zamanlarda ölkəmizdə, o cümlədən regionlarda aparılan inkişaf prosesinə kölgə salmağa çalışanlar var. Bu ölkəmizi, vətənimizi sevməyən, süni narazılıq yaratmaq istəyən şər qüvvələrin əməlləridir və onlar bu istəklərinə çatmayacaqlar. Əmin ola bilərsiniz ki, bütün azərbaycan xalqı, o cümlədən şamaxılılar Sizin hər bir qərarınıza güvənir və apardığınız siyasəti dəstəkləyir.

Əziz Prezidentimiz və hörmətli Mehriban xanım, Allahdan Sizə möhkəm can sağlığı, dövlətimizin və xalqımızın inkişafı naminə apardığınız şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!

Böyük hörmət və sevgi ilə,
Şamaxı Rayon Ağsaqqalları
Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib 30 may 2020-ci il tarixdə Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin növbəti toplantısı keçirilib. İdarə Heyətinin üzvü Azər Həsənsoyun sədrliyi ilə keçirilən iclasda təşkilati məsələlərin müzakirəsi zamanı Hərəkata yeni üzvlər (Asim Vəliyev, Ceyhun Bayramlı, Fərman Salmanlı, Müşviq İbişov) qəbul edilib.

Daha sonra Hərəkatın maliyyə hesabatı İdarə Heyətinin üzvü Anar Nəsibovun məlumatı əsasında dinlənilib və qənaətbəxş hesab edilib. Hərəkatın İdarə Heyətinin üzvü və icraçı direktoru Mübariz Göyüşlü, İdarə Heyətinin üzvü Vüsal Hətəmov AVH-nin bundan sonra da ölkənin ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi sahəsində önəmli rol oynayan qurumların təmsilçiləri və şəxslərilə görüşlərinin davam etdirilməsini, qarşılıqlı faydalı əməkdaşlıq əldə olunmasına çalışılmasını təklif ediblər və təklif dəstəklənib.

Müzakirələrdən sonra Hərəkatın Məclisinin üzvləri Sahil Abbaslı gənclərlə və könüllülərlə iş üzrə koordinator, Ceyhun Bayramlı isə əlaqələr üzrə koordinator təyin olunublar. Hərəkatın İdarə Heyətinin üzvü Anar Turan, Hacı Həsənov AVH-nin baş verən ictimai-siyasi, milli və dövlətçilik məsələləri ilə bağlı aktiv olmasının, Hərəkat üzvlərinin bu məsələlərə münasibət bildirməsinin zəruriliyini bildiriblər. Qərara alınıb ki, ölkə əhəmiyyətli məsələlərdə AVH üzvləri mövqelərini mediada, sosial şəbəkələrdə müntəzəm şəkildə açıqlasınlar.

AVH Məclisinin üzvləri Fərman Salmanlı və Asim Vəliyev 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Hərəkat üzvlərinin, Qafqaz İslam Ordusunun şəhid hərbiçilərinin Xocahəsən qəsəbəsində yerləşən məzarını ziyarət etməsini təklif edib. AVH Məclisinin üzvləri Tural Abasquliyev, Elmir Mehdiyev, Anar Atakişiyevin qeydlərindən sonra təklif qəbul edilib və qərara alınıb ki, şəhid hərbiçilərin məzarının düzəldilməsi üçün aksiya həyata keçirilsin. Sonda Hərəkatın fəaliyyətinin daha da aktivləşdirilməsi üçün müxtəlif təkliflər verilib və onların gələcəkdə həyata keçirilməsi qərarlaşdırılıb.
Xəzərin dibi ilə yol çəkək – DeputatMən sözsüz ki, bu qanun layihəsinə səs verəcəyəm. Bir məsələni həmkarlarımın, ümumiyyətlə, hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Yəqin, rast gəlmisiniz ki, əsrin böyük layihələrindən biri Norveçdə həyata keçirilib. Norveçin bir başından o biri başına suyun altı ilə dəyəri 40-47 milyard dollar civarında olan yol çəkilir. Həmin o yolun uzunluğu 1100 kilometrdən artıqdır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Millət vəkili əlavə edib ki, bzimlə Türkmənistan arasında olan məsafiə isə 300 kilometrdən də azdır.

“Onlar pantonlar vasitəsilə suyun 380 metr dərinliyində həyata keçirirlər. Xəzərdə isə Türkmənistanla bizim aramızda suyun dərinliyi 200 metrdən bir qədər artıqdır. Bunu ona görə söyləmək istəyirəm ki, həmin layihəni sınaqdan keçiriblər, onun üzərindən böyük tankerlər də üzüb keçib. Hətta qəza olanda, borulara toxunanda da onlar ekoloji problem yaratmayıb. Onlar uzun müddət idi ki, bu layihəni müzakirə edirdilər. Nəhayət, 2017-ci ildə bu layihənin reallaşdırılmasına başlayıblar.

Azərbaycanla Türkmənistan arasında da Xəzərin dibi ilə belə bir yolun çəkilməsi məsələsi gündəmə gəlsə - baxmayaraq ki məsafə də azdır- Çindən tutmuş bütün Orta Asiya respublikaları, Avropa İttifaqı, ümumiyyətlə, Çindən başlayan “Bir kəmər, bir yol” layihəsinin üzərində olan ölkələr buna maliyyə dəstəyi verə bilərlər. Əlbəttə, bu, gələcəyin işidir, amma indidən bunun müzakirəyə çıxarılması hesab edirəm ki, önəmli olar”.
Milli Məclis tibbi maskaya görə cərimələri TƏSDİQ ETDİMilli Məclisin bu gün keçirilən plenar iclasında koronavirus pandemiyası dövründə maska taxmamağa görə cərimələri müəyyən edib.

Avrasiya.net-in məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik parlamentdə müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena vəkarantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
"Palmali"dən müflis olma xəbərinə REAKSİYA"Palmali Holding”in müflis elan edilməsi barədə xəbər əsassızdır və şirkətin nüfuzuna zərər vermək məqsədi daşıyır. Belə qeyri-ciddi məlumatı yayan saytlar “Palmali” şirkətinin mövqeyini heç öyrənməyə cəhd etməyiblər".

Bu barədə “Palmali” Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva məlumat yayıb.

"Bu da onların qeyri-peşəkarlığını və xəbərin sifarişli olmasını göstərir. Bunu tam məsuliyyəti və ciddiliyi ilə bildirirəm. Qısa müddət ərzində bununla bağlı ətraflı məlumat tərəfimizdən ictimaiyyətə açıqlanacaq", - məlumatda vurğulanır.

Mübariz Mənsimovun şirkəti ilə bağlı ŞOK QƏRAR - VİDEO
Qeyd edək ki, "Report" xarici mediaya istinadla “Palmali Holdinq”in müflis elan edildiyi haqda məlumat dərc edib.