Sizin Reklam Burada

Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi varBildiyimiz kimi cari ilin 20 iyul tarixində Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu konfransda iştirak etmişdir. Xüsusi olaraq qeyd etməliyik ki, keçirilən beynəlxalq konfransın işğaldan azad edilmiş Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Eyni zamanda bu konfransın Şuşada keçirilməsi erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da əhəmiyyəti böyük idi.

Konfransda çıxış edən Möhtərəm cənab Prezident bir sıra qlobal əhəmiyyət daşıyan məslələrə toxunmuş və konfrans iştirakçılarının suallarını cavablandırmışdır. Qeyd etməliyik ki, Şuşada keçirilmiş tədbirdə 50 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 30-dan artıq ölkəsinin dövlət informasiya agentliyi, beynəlxalq təşkilatların nümayəndələri və media qurumu iştirak etmişdir. Xüsusi vurğulamalıyıq ki, keçirilmiş konfransda iştirakçılarla İlham Əliyev cənabları arasında olduqca maraqlı və məhsuldar fikir mübadiləsi aparıldı.

Üç saatdan artıq davam edən Forumda cənab Prezidentin ona ünvanlanan müxtəlif məzmunlu çoxsaylı suallara verdiyi dolğun cavablar Azərbaycan Respublikası Prezidentinin praqmatik və dərin düşüncəli lider olduğunu bir daha nümayiş etdirdi. Ermənistanla münasibətlərə dair sualları cavablandıran dövlət başçımız vurğulamışdır ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir və bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması ölkəmiz üçün böyük önəm kəsb edir. Azərbaycan bu istiqamətdə qətiyyətini açıq şəkildə nümayiş etdirir və beynəlxalq güclərlə sıx əməkdaşlıq etməkdədir.

Cənab Prezident “bir sıra ittifaqların sarsıldığı bir şəraitdə Türk Dövlətləri Təşkilatının siyasi, iqtisadi, ticari baxımdan, eyni zamanda, hərbi sahədə uzunmüddətli perspektivdə necə bir gələcəyi var? sualını cavablandırarkən qeyd etdi ki, “Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var”. Son illər ölkəmizin xarici siyasətində Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, son illərdə Azərbaycanla Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlmişdir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Dövlətimizin başçısı xüsusi vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. İnanırıq ki, yüksələn xətlə inkişaf edən bu münasibətlər Azərbaycan xalqı ilə yanaşı bütün türk xalqlarının rifahının yüksəldilməsinə xidmət etməklə regionumuzda sülh və sabitliyin davamlı olmasına təkan verəcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər