Sizin Reklam Burada

Xaricdəki tələbəmiz 5 ölkənin mətbuatında Qarabağ mədəniyyətinə dair çıxış edib

Xaricdəki tələbəmiz 5 ölkənin mətbuatında Qarabağ mədəniyyətinə dair çıxış edibAvropanın aparıcı ölkələrinə aid media orqanlarında zəngin Qarabağ mədəniyyətinin müxtəlif aspektlərini əks etdirən təbliğat xarakterli yazılar dərc edilib.

Modern.az xəbər verir ki, İngiltərə, Bolqarıstan, Çexiya, Gürcüstan və Avstriya mətbuatında Qarabağın dünya miqyaslı arxeoloji abidələri, məşhur muzeyləri bəzəyən xalçaları, ləziz kulinariyası haqqında məqalələr yayımlanıb.

Məqalələrdən biri UNESCO irsi sayılan muğamın Qarabağda tarixi, yerli xanəndələri, Azərbaycan və ümumilikdə İslam dünyasının mədəniyyət paytaxtı sayılan müasir Şuşada keçirilən “Xarı bülbül” festivalı və digər məqamlara həsr edilib. Məqalələrdə həmçinin Qarabağda uzun illər işğal altında qalan tarixi-memarlıq abidələri, talan edlən mədəniyyət müəssisələri barəsində də məlumat verilib.

Məqalələrdə Azərbaycanın rəsmi qurumları – Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agenliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi məlumatlarına istinad olunub.

Yazılar İngiltərənin “Thebestmagazine” saytında, Bolqarıstanın “Zemya” qəzetində, Çexiyanın populyar “Prague morning” saytında, “Avusturya günlügü” xəbər saytında və Gürcüstanın 3 dildə yayımlanan “Newsday” saytında dərc edilib.

Qeyd edək ki, məqalələr Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi tərəfindən icra olunan “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” çərçivəsində hazırlanıb.

Məqalələrin müəllifi Budapeşt Biznes Universitetinin birinci kurs tələbəsi Tuncay Eyvazlıdır.

Yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:

//thebestmagazine.uk/2024/07/11/garabagh-cuisine-its-more-than-just-tasty-dishes/

//praguemorning.cz/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet/

//zemya.bg/ пътепис-уникалните-килими-от-град-шуш/

//newsday.ge/index.php?m=31&cat_id=130&news_id=45520&lng=eng

//avusturyagunlugu.com/haber/20897435/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet

//thebestmagazine.uk/2024/07/16/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet/

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər