Şəhid Əli Tağıyevin mövlud məclisi keçirilib
25 iyul 2024-cü il tarixində, Şirvan şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisələrinin rəhbərlərinin, şəhid aillərinin, müharibə veteranlarının, din xadimləri və ictimayyətinin nümayəndələrinin birgə iştirakı ilə Azərbaycan Xususi Təyinatlı Qüvvələrinin Qəhrəman şəhidi Tağıyevin Əli Azad oğlunun Mövlud-Anım günü ilə əlaqədar möhtəşəm tədbir keçirilərək şəhidin ailəsinə mənəvi dəstək verildi.
İlk öncə Şirvan şəhər Şəhidlər Xiyabanında yerləşən Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuşların və Umummıli lider Heydər Əliyevin xatirəsini yad edilərək, 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Əli Tağıyevin doğum günü münasibətilə məzarı ziyarət edilib, onun məzarı önünə tər güllər düzülərək, xatirəsi ehtiramla yad edilərək, şəhidin valideyinlərinə böyük ehtiramla baş sağlığı verərilərək onlara səbir diləndi.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, vətənin müdafiəsi üçün belə qəhrəman, cəsur oğul böyütdükləri üçün şəhidin valideynlərinə təşəkkür edib, onlara Allahdan səbir dilədi. Daha sonra İlqar Abbasov şəhid aillərinə və tədbir iştirakçılarına bildirdi ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim uca tutulacağını vurğuladı.
Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq, bu qayğının Şirvan şəhərində də Respublikamızın hər yerində olduğu kimi Şirvan şəhərində də Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı yüksək hörmət və ehtiramla davam etdirilir. Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşərək, onları narahat edən problemlərlə maraqlanır, həlli istiqamətində müvafiq tapşırıqlar verdiyini qeyd etdi.
“ARBƏD”- Fondunun prezidenti, Əfqanstan və Qarabağ müharibəsinin veteranı, “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin rəhbəri Sərraf Orucov çıxış edərək, ilk öncə Şirvan şəhər Şəhidlər Xiyabanındakı şəhidlərimizi, şəhid valideyinlərinin və tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, Qarabağda, Vətən müharibəsində 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalmış şəhid ailələri arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğulunu şəhid vermiş ailələrimiz vardır. Bu gün bu aillər dövlətimizə və qədir bilən Xalqımza əmanəti qalmışdır.
Ulu öndər Heydər Əliyev tərəfindən Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, müvafiq Fərman və Sərəncamlar imzalamışdır.
Bu gündə bu təbəqəyə diqqət və qayğı ölkə prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə tərəfindən müxtəlif fərman və sərancamlar verilərək davam etdirilir,
Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların qayğısı deyil, bütün cəmiyyətin əsas problemi sayılmalıdır. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara öz döğmalarımız kimi diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.
Bu məqsədlədə, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsini həyata keçirərək, şəhid aillərinə mənəvi, hüquqi və psixoloji xidmət göstəririk.
Sərraf Orucov çıxışının sonunda, şəhid aillərinə və tədbir iştirakçılarına bildirdi ki, “Canlarını Vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcılarıdır. Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim nəsillərdən-nəsillərə keçərək, həqiqi vətənpərvərlik nümünəsi kimi, dərin ehtiramla yad ediləcəkdir!”.
Tədbirdə iştirak edən, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid atası Rəhim Hüseynov, Ehtiyatda olan polkovniklər Valeh Nəcəfov, Rasim İkəndərli, İlham Baxışlı Teymur Əliyev çıxış edərək, ölkəmizdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid aillərinə göstərdiyi diqqət və qayğını nümunə göstərərək, hökümət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə, şəhidlərimizin mövlud və anım məclislərinin birgə keçiriməsini yüksək qiymətləndirərək icra başçısı İlqar Abbasova öz təşəkkürlərini bildirdilər.
Daha sonra tədbir davam edərək, “Şirvan Gənclər Evi” Sosial Xidmətnin Müəssisəsinin və “ARBƏD”- Fondunun təşkilatçılığı ilə, Əli Tağıyevin anım günü ilə əlaqədar adına 150 nəfərlik mövlud ehsan süfrəsi təşkil edilərək, Qəhraman şəhidi Əli Tağıyevinin şəkilləri və keçdiyi döyüş yolundan danışıldı, şəhidin valideyinlərinə və şəhid aillərinə göstərdiyi diqqət və qayğıya görə meddallar, fəxri fərmanlar təltif edildi.
Şəhid Əli Tağıyevin anası Zöhrə Tağıyevaya nümunəvi Şəhid anası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiyyəsi uğrunda döyüşərək canını qurban verib Şəhidlik zirvəsinə ucalmış qəhrəman övlad yetişdirdiyinə görə rəmzi Azərbaycan bayrağı hədiyyə edilərək, “XEYİRXAQ VƏ MƏRHƏMƏTƏ GÖRƏ”- medalı ilə və “FƏXRİ FƏRMAN”- la təltif edildı.
Şəhidin atası Azad Tağıyev isə şəhid atası, Azərbaycan Respublikasının Dövlət siyasətinin həyata keçirilməsində, Gənclərin hərbi-vətənpərvərlik ruhunun aşılaması istiqamətində etdiyi xidmətlərinə və Şəhid aillərinə, müharibə qazilərinə, veteranlarına göstərdiyi diqqət- qayğıya görə, “ARBƏD”-Fondunun Fəxri üzvü vəsiqəsi təqdim edildi.
Şirvan şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasov Şirvan şəhərində, şəhid aillərinə, müharibə əlillərinə, vetranların və ictimayyət nümayəndələri arasında keçirilmiş sosiloji-sorğular nəticəsində, xeyirxaq əməlli xidmətləri və Şirvan şəhər Şəhidlər Konplekstinində aparılmış abadlıq işlərinin, xususəndə Ana heykəlinin möhtəşəm yerə köçürülərək bərpa etdiyini, nümunəvi icra başçısı kimi Azərbaycan Respublikasının Dövlət siyasətinin həyata keçirilməsində, şəhid aillərinə, müharibə qazilərinə, veteranlarına göstərdiyi diqqət-qayğıya görə “XEYİRXAQ VƏ MƏRHƏMƏTƏ GÖRƏ”- medalı ilə və “FƏXRİ FƏRMAN”- la təltif edilərək, şəhid aillərinə, müharibə əlillərinin, vetranların yaxın dostu adına layiq görüldü.
Məclisdə həmçinin, Şəhid aillərinə, müharibə qazilərinə, veteranlarına göstərdiyi diqqət- qayğıya görə, Şəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Ramil Əhmədov, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisələrinin direktoru Əfqan Həsənov, Şəhid Əhmədov Fəxrəddinin Əfqanstan və Qarabağ müharibəsinin veteranı Cingiz Əhmədov Vahib oğlu, “Karasu Əməliyyat Şirkətinin” Həmkarlar İttifaqı Komitəsinin sədri İlkin Nuraliyev “FƏXRİ FƏRMAN”- la təltif edildı.
Şəhid Əli Tağıyev atası Azad Tağıyev şıxış edərək dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə başda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Şəhid ailələri dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasova minnətdarlıqını bidirdi. Sonra o, şəhid Əli Tağıyev olmaqla bərabər şəhidlərimizə diqqət və qayğı göstərdiklərinə görə, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisələrinin direktoru Əfqan Həsənova, Şəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Ramil Əhmədova , Azərbaycan Respublikasının QHT-ına Dövlət Dəstəyi Agentliyinin kolektivinə və “ARBƏD”- Fondunun prezidenti Sərraf Orucova öz təşəkkürünü bildirdi.
“Zəfər Yolu” müharibə iştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai birliyin sədri, “ARBƏD”- Fondunun hümanitar və sosial məsəllər üzrə vitse-prezidenti, şairə Pərvanə Salman qızı Şəhid Əli Tağıyevin xatirəsinə həsr edilmiş və özü tərəfindən Zəfər qələbəsinə həsir edərək yazdığı şeyirləri səsləndirdi.
Daha sonra Əli Tağıyevin böyüyüb boya-başa çatdığı ocağda, şəhidimizin mövlud günü ilə əlaqədar olaraq ictimayyət şəhid aillərinin, müharibə veteranların və qonşuların iştirakı ilə, mövlud anım məclis təşkil edilərək ailəyə mənəvi dəstək verildi.
Məclisdə layihənin hüquqşunastı, Qarabağ müharibəsinin veteranı Mobil Vəkiloğlu və layihənin həkim psixoloqu Türkan İsrafilova tərəfindən şəhidin ailəsinə və müharibə veteranlarını maraqlandırlan tibbi–sosial mələllər haqqında çıxış edərək ətraflı məlumat verildi.
Məclisdə məclis iştirakçılarına şəhid Şəhid Əli Tağıyevin mövlud esanı verildi ev onun muzeyi ziyarət edilərək xatirə şəkilləri çəkildi.