Sizin Reklam Burada

Okamponun absurd və məntiqsiz tələbi

Okamponun absurd və məntiqsiz tələbiErmənilərdən daha artıq erməni olmaq istəyənlər, ifrat erməniçilik edənlər həqiqətən də zavallı insanlardır. Vaxtilə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş Luis Moreno Okampo da belə zavallılardan biridir. Daim diqqət mərkəzində olmağı çox sevən bu qatı ermənipərəst indi də “hüquq müdafiəçisi” və “iqlim fəalı” donuna bürünərək yenidən gündəmə gəlməyə qərar verib. Belə ki, Okampo ermənilərdən alət, vasitə kimi istifadə edərək növbəti anti-Azərbaycan kampaniyasına start verib. Onun dünya ermənilərinə isterik, emosional müraciətindən açıq-aşkar görünür ki, Okampo ermənilərə sadəcə pul kisəsi kimi baxır. Çünki o, ermənilərin xarakterinə, xislətinə yaxından bələddir və onların millətçi, türkəfob hisslərini istismar edərək ermənilərdən daha çox pul qopara biləcəyinə əmindir.

Hiyləgərlikdə hətta erməniləri də heyrətləndirə biləcək Okampo başlatdığı anti-Azərbaycan kampaniyasının daha da effektiv olması və ajiotaj doğurması üçün bu ilin sonlarında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un arxasında gizlənməyə və COP29-dan Azərbaycana qarşı şantaj predmeti kimi istifadə etməyə qərar verib. Belə ki, onun xəstə məntiqinə görə, Azərbaycan COP29-un baş tutmasını istəyirsə, bunun üçün ilk növbədə soyqırımı, müharibə cinayətləri, terror və separatizm cinayətlərində ittiham olunan və hazırda Bakıda istintaq altında olan erməni separatçılarını azad etməlidir.

Okamponun bu absurd tələbi onun hüquqşünas kimi də diletant olduğunu göstərir. Maraqlıdır, bu adam bu cür bəsit və qeyri-peşəkar hüquq anlayışı ilə necə olub ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru kimi fəaliyyət göstərib? Axı separatçılar milliyətindən və məkanından asılı olmayaraq bütün hallarda beynəlxalq hüquq normalarına uyğun olaraq layiqli cəzalarını almalıdır. Ancaq dırnaqarası “hüquq müdafiəçisi” və “iqlim fəalı" Okampo isə erməni separatçılarının azad olunmasını tələb edir. Bu isə əsl riyakarlıqdır.

Görünən budur ki, erməni lobbisinin “sponsor”luq etdiyi Okampo hətta beynəlxalq hüquqa zidd mövqe sərgiləməkdən də belə çəkinmir. Ona görə də əslində ilk növbədə məhz Okampo kimi şəxslərin özləri Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunmaldır. Erməni terrorizmini və separatizmini körükləyən bir adamın söz azadlığından bu cür cinayətkarcasına istifadə etməsinə yol verilməməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər