Sizin Reklam Burada

Azərbaycanda oğul qaraciyərini anaya verdi

Azərbaycanda oğul qaraciyərini anaya verdiUzun illərdir qaraciyər yetməzliyindən əziyyət çəkən anaya oğlu donor olub.

Avrasiya.net xəbər verir ki, Hacıqabul rayonunun sakini, 1996-cı il təvəllüdlü Elçin İxtiyar oğlu Qaniyev ölümlə üz-üzə qalan anası 1975-ci il təvəllüdlü Tamam Zakir qızı Qaniyevaya öz qaraciyərini verib.

TƏBİB-in mətbuat xidmətindən bildirlib ki, oğlun və ananın həyatı üçün olan təhlükə geridə qalıb.

Qeyd edilib ki, qaraciyər yetməzliyi, serroz diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında daimi həkim nəzarətində olan və müalicə alan T.Qaniyevanın bir müddət əvvəl səhhəti daha da pisləşib və ona qaraciyər transplantasiyası əməliyyatı olunması tövsiyə olunub.


Yekun qərara əsasən, 06.05.2024-cü ildə icbari tibbi sığorta hesabına Bakıda əməliyyat keçirən anaya öz oğlu donor olub və əməliyyat uğurla başa çatıb.

Əməliyyatdan sonra hər iki şəxsin Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilir.

Hazırda ana və oğlunun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər