Ermənistan koronavirusa təslim oldu: 1 gündə 15 ölümErmənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb.

Erməni KİV-in məlumatına görə, son sutka ərzində 442 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 15 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 113 nəfər koronavirusdan ölüb, 4 816 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması  milli tariximizin şanlı səhifələrindən biridir         Anar MƏMMƏDOV,
Milli Məclisin deputatı

28 may 1918-ci il Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayıram. Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi.

Dahi şəxsiyyət müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması ümummilli liderin adı ilə bağlıdır. Bundan başqa, Ordu Günü, Respublika Günü və bu kimi digər tarixlərin məhz Cümhuriyyət dövrü əsasında müəyyənləşdirilməsi də ayrıca qeyd edilməlidir. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan dəyərin, hörmət və ehtiramın nümunəsidir.

Qoy çətinliklə əldə edilən müstəqilliyimizi bütün vasitələrlə qoruyaq və möhkəmləndirək!
Respublika günümüz mübarək olsun!
Azər Süleymanov Azərbaycan xalqını təbrik edibGürcüstan parlamentinin azərbaycanlı millət vəkili Azər Süleymanov 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Avrasiya.net xəbər verir ki, millət vəkili bildirib ki, bu gün 28 may, milli qürur mənbəyimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür: "1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Azərbaycan xalqının üç minnillik tarixinin ən şərəfli səhifələrindən birinin yazıldığı 28 may 1918-i ildən 102 il keçir.

28 May İstiqlal günü münasibətilə Azərbaycan xalqının bayramını təbrik edir, başda Məhəmmədin Əmin Rəsulzadə olmaqla istiqlal şəhidlərinin əziz xatirəsini hörmət və ehtiramla anırıq. Respublikamızı quranlara, yaşadanlara, bu yolda qətiyyət, dözüm nümayiş etdirənlərə, ölümsüzlüyə qovuşanlara, qazi olanlara sayqı olaraq Respublika Günümüz mübarək olsun".

A. Süleymanov onu da qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələri sırasındadır: "Ümummilli liderin müəllifi olduğu Müasir Azərbaycan bu gün etibarlı əllərdədir. Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli siyasəti nəticəsində Azərbaycanda demokratik və hüquqi bir dövlət, hakimiyyət formalaşıb. Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla yanaşı, dünyada nüfuz sahibidir. Demokratik və milli dəyərləri qoruyub saxlayan Azərbaycan yenilməzdir. Ona görə ki, Azərbaycanda hakimiyyət xalq birliyi, vəhdəti mövcuddur. Xalq öz lideri - İlham Əliyevin ətrafında sıx birləşib. Azərbaycan bütün sahələrdə dünyaya örnək olan bir dövlətdir".
Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcəkV ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılacaqdır.

Dövlət İmtahan Mərkəzindən Avrasiya.net-ə verilən məlumata görə, bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaqdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Həmin abituriyentlər Dizayn ixtisası üzrə müsabiqəyə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.

Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilən qabiliyyət imtahanları fənnlərinin də sayı azaldılacaqdır. Ali təhsil müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində tanış ola biləcəksiniz. Ali təhsil müəssislərinin magistratura səviyyəsinin 70-ci proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üçün qabiliyyət imtahanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) yalnız ADRA-nın ixtisaslaşmaları üçün təşkil ediləcəkdir. 70-ci proqrama aid digər ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə, həmçinin 68 və 69-cu proqrama aid olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə Qabiliyyət İmtahanı Komissiyaları fəaliyyət göstərməyəcək, qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə bakalavrın magistraturaya qəbul imtahanında topladığı bal və orta müvəffəqiyyət göstəricisi əsasında aparılacaqdır.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün qabiliyyət imtahanları Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti və Xoreoqrafiya sənəti ixtisasları üzrə, eləcə də, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Naxçıvan Musiqi Kollecinin (sonuncu ikisində Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla) bütün ixtisasları üzrə keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsində tanış ola bilcəksiniz.
Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı - FotolarRespublika Baş Prokurorluğu Jurnalistlərin binası ilə bağlı araşdırmaya başladıqdan sonra sakinlər tərəfindən mənzillərin satışa çıxarılması prosesi sürətlənib.

“Yeni Sabah” xəbər verir ki, son günlərdə sözügedən binadan bir neçə mənzil sahibi tərəfindən satılır. Onların bir hissəsi alqı-satqı saytlarına yerləşdirilib.

Xatırladaq ki, jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.

Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istəyirlər.
Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı - Fotolar
Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı - Fotolar
Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı - Fotolar
Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı - Fotolar

Tovuzda kütləvi dava olub, xəsarət alanlar varTovuz rayonunda 2 nəfər münaqişə zəminində döyülərək xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Yanıqlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi Z.Əhmədov kütləvi dava zamanı döyülüb. Dava zamanı yeməkxana işçisi olan daha bir şəxs - E.İsmayılov da müxtəlif bədən xəsarətləri alıb.

İlkin məlumatlara görə, hadisəyə yanacaqdoldurma məntəqəsinin ərazisində və ətrafında "avtoşluq" edən şəxslərə yanacaqdoldurma məntəqəsinin işçisinin etiraz etməsi səbəb olub. Sərxoş halda olduğu bildirilən bir qrup şəxslə Z.Əhmədov arasında mübahisə yaranıb, nəticədə dava olub. Bu zaman E.İsmayılov da onları ayırmağa çalışan zaman xəsarət alıb.

Hər iki zərərçəkən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.
Türkiyə ABŞ-la müttəfiqdir, Rusiya ilə... - ABŞ diplomatıTürkiyənin Rusiya ilə əməkdaşlığı genişlədirməsi və gücləndirməsi istəyindən narahatıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Palmer deyib.

“Türkiyənin ABŞ-la müttəfiq olduğunu bildirmək istəyirəm. Bu, Türkiyənin Rusiya ilə olan münasibətlərindən fərqlidir. Türkiyənin Rusiya ilə əməkdaşlığı genişlədirməsi, gücləndirməsi və bəzi məsələlərdə razılıq əldə etmək istəyi ABŞ-ın narahatlığının mənbəyidir. Xüsusilə, bu, Rusiya hərbi təchizatının alışı ilə əlaqəlidir. Bunun bir NATO müttəfiqi üçün yersiz olduğunu və ABŞ-Türkiyə anlaşılmazlıqlarını gücləndirdiyini düşünürəm”, - deyə diplomat bildirib.