Sizin Reklam Burada

Rəsulzadə niyə Almaniyaya getmişdi? - Politoloq

Rəsulzadə niyə Almaniyaya getmişdi? - PolitoloqMəhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoymuş görkəmli ziyalılardandır. Belə bir şəxsi Njde kimi faşistlərə xidmət edən bəsit bir quldur ilə müqayisə etmək səfehlikdir. Paşinyan gözlərini açıb, real tarixə baxsın. Mətbuat qarşısında əlində tutduğu və tarixi fakt adlandırdığı isə sadəcə adi kağız parçasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli bir neçə gün öncə Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin İkinci Dünya müharibəsi zamanı faşitlərə dəstək verməsi barədə “sənədlər” təqdim etməsini şərh edərkən deyib.

O bildirib ki, Nikol Paşinyan İkinci Dünya müharibəsində faşistlərə xidmət edən Qaregin Njdenin, eləcə də babasının əməllərini ört-basdır etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə böhtan atır:

“Mətbuat qarşısında belə bir şey etməsi Paşinyanı gülünc vəziyyətə salır. Çünki əlində tutduğu və izah verməkdə də çətinlik çəkdiyi “faktlar” uydurma, dəyərsiz kağız parçalarından başqa bir şey deyil.

Artıq bir müddətdir ki, Azərbaycan mətbuatında Qaregin Njde ilə bağlı geniş təbliğat gedir. Son olaraq, Nikol Paşinyanın babasının da faşistlərə xidmət etdiyinin aşkarlanması, görünür, Nikolun yaman xətrinə dəyib. Hər halda belə olmasa, özündə cəsarət tapıb, ordan-burdan yığdığı şayiələrlə Məhəmməd Əmin Rəsulzadə kimi bir şəxsi faşist olaraq qələmə verməyə çalışmazdı”.

Politoloq qeyd edib ki, Rəsulzadənin faşistlərlə əməkdaşlıq etməsi tamamilə uydurmadır:

“Rəsulzadə mühacir həyatı yaşayıb və buna görə də Almaniyada olub. Biz bunu nəinki danırıq, əksinə, təsdiqləyirik. AXC-nin süqutundan sonra digər dövlət başçıları kimi o da mühacirətə yollanmışdı. Lakin Rəsulzadə Hitlərlə heç vaxt görüşməyib. Əslində, bu məsələdə Hitlerin Rəsulzadəyə olan marağı və Rəsulzadənin faşistlərə olan görüşünü qeyd etmək lazımdır. Rəsulzadənin Almaniyaya gəlməsi Hitlerə bəlli idi. O, Rəsulzadədən SSRİ işğalı və bu yolda Bakı neftini ələ keçirmək üçün istifadə etməyə çalışırdı. Rəsulzadənin Almaniyaya gəlməsində isə məqsədi tam fərqli idi. Rəsulzadə almanların çox sayda azərbaycanlını əsir aldıqlarını və onları yəhudi zənn edib, toplu şəkildə qırdığını eşitmişdi. Onu da qeyd edim ki, almanlar üçün qarşısındakının sünnətli olması yəhudi olduğunu isbat etmək üçün kifayət idi. Lakin bu adət müsəlmanlarda da vardı. Rəsulzadə bu səhvi aradan qaldırmaq üçün almanlarla danışıqlara girdi”.

Politoloq qeyd edib ki, almanlar Rəsulzadədən təbliğat vasitəsi kimi istifadə etməyə çalışıb:

“Ondan azərbaycanlıları ayağa qaldırmaq və müstəqillik uğrunda almanlara dəstək verməsi ilə bağlı çağırış etməsini istəsələr də, Rəsulzadə imtina edib. Məhz bundan sonra almanlar Rəsulzadəni “arzuolunmaz şəxs” elan edərək, Almaniyadan Türkiyəyə deportasiya ediblər. Rəsulzadə Hitlerin SSRİ daxilindəki xalqları öz çirkin niyyəti üçün istifadə edib, daha sonra öz vədini tutmayacağını bilirdi. Buna görə də nəinki ona dəstək vermək, əksinə, ona mane olmağa çalışıb”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər