Sizin Reklam Burada

Rəşad Rəhmanov: "Prezidentimiz İlham Əliyevin timsalında ölkəmizin taleyi etibarlı əllərə əmanət edilib"

Rəşad Rəhmanov: "Prezidentimiz İlham Əliyevin timsalında ölkəmizin taleyi etibarlı əllərə əmanət edilib" Müstəqil Azərbaycan aydın tərəqqi yolunda əzmlə addımlayır. Qürur duyduğumuz ən vacib məqam budur ki, ulu öndərimizin həyata keçirdiyi inkişaf kursunun ardıcıllığını təmin etmiş, bu kursun ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin timsalında ölkəmizin taleyi etibarlı əllərə əmanət edilib.

Təsadüfi deyil ki, bütün dünya cənab İlham Əliyevi xarizmatik lider keyfiyyətlərinə, yüksək intellektinə, dərin zəkasına, işgüzar imicinə görə fenomen kimi qəbul edir, Azərbaycan xalqı isə onu haqlı olaraq Heydər Əliyevin ən layiqli varisi sayır.

Ölkənin sosial, iqtisadi inkişafı Azərbaycan Prezidentinin daxili siyasət xəttində təzahür edən ən əsas istiqamətlərdən biridir. Xalqın sosial vəziyyətinin və maddi rifah halının yaxşılaşmasını fəaliyyətində prioritetə çevirən ölkə başçımızın imzaladığı dövlət proqramları hesabına bu yöndə əsaslı irəliləyişlər əldə edilmiş, Azərbaycan sosial, iqtisadi inkişafın parametrlərinə, əhatə dairəsinə görə yeni bir mərhələyə qədəm qoyub.

Respublikanın tarazlı inkişafının təmin olunması, yeni müəsissələrin və buna paralel olaraq yeni iş yerlərinin açılması, mövcud infrastrukturun yeniləşdirilməsi Azərbaycan vətəndaşlarının mədəni, intellektual səviyyəsinin yüksəlişi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi bu dövrü səciyyələndirən ən başlıca xüsusiyyətlərdəndir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət hesabına ölkəmizdə işsizlik, yoxsulluq səviyyəsi azalmış, iqtisadiyyatımızın neft asılılığından çıxarılması məqsədilə qeyri-neft sektorunun inkişafı istiqamətində əsaslı irəliləyişlər əldə edilmiş, sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar yaradılmışdır.

İllərdən bəri xalqımızı narahat edən Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi cənab prezidentimizin diqqət mərkəzindədir. Cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, Qarabağsız Azərbaycan olmayacaqdır. Bu münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, habelə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində öz həllini tapacağı dövlət rəhbərimizin birmənalı mövqeyidir. Azərbaycan Prezidenti qətiyyətlə bəyan etmişdir: "Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm buna yol verməyəcəyəm"....!

Azərbaycan beynəlxalq aləmdə ildən-ilə daha da güclənməkdə olan mövqeyindən, ən əsası isə çəmiyyətimizdəki mütəşəkkillikdən irəli gəlir. Prezidentimiz cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu daha ardıcıl xarakter daşımağa başlamış, milli həmrəylik əldə olunmuşdur.

Prezidentimiz ölkədə demokratik cəmiyyətin qurulması, söz azadlığının, fikir müxtəlifliyinin təmin olunması üçün öz səylərini əsirgəmir.

Azərbaycan Prezidentinin həyata keçirdiyi dövlət quruculuğu prosesində onun kadr siyasəti də maraqlı məqamlarla diqqəti çəkir. Prezident İlham Əliyev irəli çəkdiyi hər bir kadrın xidmətini onun respublikamızın bütün bölgərində özünü göstərən sosial, iqtisadi inkişaf prosesinə töhfələri, vahid strategiyaya, siyasi kursa sadiqliyi ,ən ümdəsi isə vətəndaşlara xidməti əsasında dəyərləndirir. Dövlət rəhbərinin bu barədə mövqeyi qətidir. "Tutduğu vəzifədən asılı olmayaraq, hər bir rəhbərin başlıca vəzifəsi xalqa, millətə xidmət etməkdir. Mən vəzifəli şəxslərə onların gördükləri işlərə, xalqın onlara verdiyi olan münasibətinə görə qiymət verəcəyəm".

Bu gün insanlarımıza həssas münasibət, bütün problemlərin xalqın arzularına uyğun həlli Azərbaycanın parlaq gələcəyi barədə xoş təsəvvürlər yaradır, qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün hər birimizi aktiv fəaliyyətə sövq edir. Azərbaycanın gələcək yüksəlişi fərd olaraq bizlərdən asılıdır. Vətənimizin daha böyük uğurlara qovuşması naminə səylərimizi əsirgəməməli, Heydər Əliyevin əbədiyaşar irsinə sadiq olmalı və üzərinə götürdüyü şərəfli missiyanın icrasında dövlət başçımız cənab İlham Əliyevə dəstək olmalıyıq.

Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər